Yaşadığınız hissin sevgi ya bağlılıq olduğunu bəlli edən 6 ƏLAMƏT - FOTO

Bir çox insan hər dəfə münasibətə başladıqda bunun şərtsiz olaraq sevgi olduğunu iddia edir və bu hal hər dəfə də təkrarlanmağa davam edir.

Uzunmüddətli münasibət yaşayan insanlar isə həmin insanların bir həyatda bu qədər sevməyi necə bacardıqlarını heç cür dərk edə bilmir. Bir sözlə, gəlin səmimi olaq.

Bunların hamısı sevgi ola bilməz. Bu tək qalmaq qorxusudur. Bəlkə biz tək qalmaqdan o qədər qorxuruq ki, kimlə olmağımızdan asılı olmayaraq, bunu sevgi adlandırmağa meylli oluruq.

Əgər siz, "axı mən onu necə sevə bilərdim, mənə uyğun olmayan, bu qədər dayaz.. və s… birini necə sevərdim" sualını özünüzə bir dəfə də olsa vermisinizsə, deməli bu sevgi deyil, sadəcə bağlılıq idi. İndi isə sevgi ilə bağlılığı bir-birindən ayıran bəzi nöqtələrə baxaq:

1. Sevgi ehtirasdır, bağlılıq isə vecsizlik.

Burda söhbət ayrılıqdan gedir. Çox vaxt böyük sevgilər bitdikdən sonra, əvəzini nifrət, kin alır, böyük ehtirasla və hirslə bir-birinə nifrət edirlər. Lakin sevmədiyiniz insandan ayrıldıqda, ona nifrət etməyə də vaxtınız olmur. Bu ya narahatlıq ya da mərhəmətlə əvəzlənir, lakin heç vaxt nifrətə çevrilmir.

Yaşadığınız hissin sevgi ya bağlılıq olduğunu bəlli edən 6 ƏLAMƏT - FOTO2. Sevgi şərtsizdir, bağlılıq isə məqsədlər üzərində qurulub.

Siz sevdiyinizdə ancaq həmin şəxs haqqında düşünürsünüz. Həyatınızda ilk dəfə öz mənafenizdən daha üstün başqasının mənafesi olmağa başlayır. Siz onun istəklərini nəzərə almaqla hər bir addımızı atmağa, onun xoşuna gəlməyə və ona xoş gəlməyə çalışırsınız. Bir insana öyrəşdikdə isə, bu hər zaman məqsədlərə bağlı olur. Eqonuzdan keçməyiniz mümkün olmur.

Yaşadığınız hissin sevgi ya bağlılıq olduğunu bəlli edən 6 ƏLAMƏT - FOTO3. Sevgi hər zaman çətindir, bağlılıq isə sadəcə yan-yana olmadıqda

Həqiqi sevgidə hər şey çətindir. Sizə elə gəlir ki sevginiz təmiz və böyük olduğu üçün hər şey asan olmalıdır. Lakin əslində bunun tamamilə əksi olur. Çünki həyatda ən dəyərli şeylər üçün mübarizə aparmaq lazımdır. Siz özünüzü münasibətinizi inkişaf etdirməli və yaşatmalı olursunuz. Bağlılıqda isə, bu tamamilə başqa cürdür. Bütün məsələ həftə ərzində bacardığınız qədər çox görüşməkdə olur. Bu cür münasibətlər olduqları kimi qalır və bir gün mütləq bitir.

Yaşadığınız hissin sevgi ya bağlılıq olduğunu bəlli edən 6 ƏLAMƏT - FOTO4. Sevgi azadlıqdır, bağlılıq isə zindan.

Siz həqiqətən sevdiyinizdə, həmin insanı daima nəzarət altında saxlamaq ehtiyacı hiss etmirsiniz. Siz sevdiyiniz insanı hiss edə bilmək üçün onun yanında olmaq məcburiyyəti hiss etmirsiniz. Heç vaxt onun sevgisindən şübhə duymursunuz və dözülməz qısqanclıqlar etmirsiniz. Lakin bu bağlılıqdırsa, sizin partnyorunuzu başa düşmək ehtimalınız çox azdır. Siz bir yerdə olmadıqda, şübhələrdən məhv olur, ağlınıza min cür fikir gələ bilir.

Yaşadığınız hissin sevgi ya bağlılıq olduğunu bəlli edən 6 ƏLAMƏT - FOTO5. Sevgi bütün sərhədləri açır, bağlılıq isə çərçivəyə salır

Dünyada başqa heç bir şey həqiqi sevgi qədər insana öz gücünü açmaqda kömək edə bilməz. Həqiqi sevgi azadlığın tamamilə yeni tərəfinə kəşf etməyinizə, enerjiylə dolmanıza gətirib çıxaracaq. Siz sağsınız və dünyanı yerindən oynatmağa hazırsınız! Bağlılıqda isə hər şey hökm etmək üçün banal mübarizəyə çevrilir. Siz daima özünüzü təsdiq etmək ehtiyacı hiss edirsiniz.

Yaşadığınız hissin sevgi ya bağlılıq olduğunu bəlli edən 6 ƏLAMƏT - FOTO6. Sevgi əbədidir, bağlılıq isə müvəqqəti.

Əgər siz həqiqətən sevirsinizsə, bu əsrlikdir, əbədirir. Münasibət alınacaq ya yox- fərqi yoxdur, həmin insan hər zaman sizin qəlbinizdə qalacaq. Bağlılıqda isə bu keçmir. Onun bitmə tarixi var, sünidir. İki tərəfdən biri mütləq bir gün həqiqi sevgisi ilə qarşılaşa bilər və bu bağlılıq yarandığı qədər tez də yox olub gedər.

Yaşadığınız hissin sevgi ya bağlılıq olduğunu bəlli edən 6 ƏLAMƏT - FOTOpahoo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5346   Tarix: 14 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 503
.

"TikTok"da bir-birini tapan "əkizlər" trend oldu

TikTok sosial şəbəkəsində bir-birlərinə çox bənzəmələri ilə diqqət çəkən iki azərbaycanlının söhbəti trend olub. -ın xəbərinə görə, biri Zərdab, digəri Ağcabədi rayonundan olan Məhəbbət və Ədalət adlı bu iki nəfər sosial şəbəkədə təsadüfən tanış olublar və oxşarlıqlarına özləri də mat qalıblar. Sosia

19:50 0
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 332
.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

10:20 157
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 518
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 287
.

Əslən pakistanlı olan Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib

Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi olan Sadiq Xan seçkilərdə qalib gələrək üçüncü dəfə London meri seçilib. Leyborist siyasətçi səslərin 43,9 faizini toplayaraq mühafizəkar rəqibi Syuzan Holla qalib gəlib. Məlumat üçün əlavə edək ki, əslən pakistanlı olan 53 yaşlı Sadiq Xa

13:10 141
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 616
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 365