"Neftin qiymətinin düşməsi bizə sərf edir" - Mübariz Mənsimov

"Neftin qiymətinin düşməsi bizə sərf edir" - Mübariz MənsimovAzərbaycanlı iş adamı Mübariz Mənsimov (Qurbanoğlu) Türkiyənin "Hürriyet" qəzetinə müsahibə verib. Müsahibəsində M.Mənsimov maraqlı faktlara toxunub.

BiG.AZ ans press-ə istinadən məlumatına görə, Mübariz Mənsimov bildirib ki, dənizçilikdə tonnaj gücünü 3 milyon tondan 5 milyon tonadək yüksəldəcək.

Rusiya-Türkiyə arasında yaşanan gərgin münasibətlərdən sonra işlərində az da olsa durğunluq yaşadığını qeyd edən Mübariz Mənsimov, baş verən böhranın onun işlərinin tamamilə sona çatdırması haqqında gəzən məlumatların yanlış olduğunu vurğulayıb.

"Deyirlər ki, mən Türkiyəni tərk edib Rusiyaya gedəcəm. Bu, doğru deyil. Mənim Rusiyadakı şirkətim 20 ildir fəaliyyət göstərir. Həmin şirkət tamamilə rus qaydaları ilə qurulub. Hər ay hökumətə vergi ödəyirik. Oradakı işlərim davam edir. Mən Azərbaycan türküyəm, Türkiyədən getmək fikrim də yoxdur", - deyə biznesmen söyləyib.

Malta, Azərbaycan, Rusiyada şirkətlərə sahib olduğunu deyən azərbaycanlı neftin qiymətinin kəskin azalmasından da danışıb. Əsas işinin neft nəqli olan Mübariz Qurbanoğlu neftin qiymətinin düşməsinin onun biznesinə müsbət təsir etdiyini qeyd edib.

"Neftin qiymətinin düşməsi bizə sərf edir. Çünki xərclər də düşüb. Dünyanın hər bir yerinə gedirik. Gəmilərin ən böyük xərci yanacaqdır. Gəmilərə 3-4 min ton yanacaq alırıq. Əvvəl yanacağa daha çox pul ödəyirdiksə, indi az ödəyirik. yaxın 10 il ərzində gücümüzü 3 milyon tondan 5 milyon tona qaldırmaq fikrindəyik. Eyni zamanda, yeni gəmilər də almağı düşünürük. Hazırda 270-ə yaxın gəmimiz var. Son 20 ildə Türkiyədə heç bir türk şirkəti bu qədər sayda gəmi tikdirməyib".

Azərbaycanlı iş adamı Türkiyədə heç bir şirkətinin bağlamadığını və hər birinin işlədiyini söyləsə də, amma yaxın vaxtlarda turizm sektorundan çıxmaq istədiyini bildirib. Onun sözlərinə əsasən, İstanbuldakı mehmanxana kapitalını satacaq. Biznesmen özünə aid heç bir mülkünü satmadığını da vurğulayb.

"Başqa hansısa bir məkanı satmaq bu dəqiqə gündəmdə deyil, amma mən bir iş adamıyam, çox yaxşı təklif gələrsə, dənizçilikdən başqa, hər şeyi sata bilərəm. çünki dənizçilik bizim əsas işimizdir".

Borclarına gəlincə isə, Qurbanoğlu gəmilərin 50 faizinin öz hesabına, 50 fazisin isə kreditlə tikdirdiyini söyləyərək, bu kreditlərin uzunmüddətli olduğunu və vaxtında ödədiyini israr edib.

"Sizin barənizdə mənfi xəbərlərin yazılmağınının səbəbini nədə görürsünüz?" - sualına Mübariz Mənsimov "Sevənimiz çoxdur!"- deyə cavab verib. Ardından isə o, dünyanın hər bir yerində problem olduğunu, lakin Türkiyənin iqtisadiyyatı naminə daim çalışacağını söyləyib. Hətta, gəzən bəd xəbərlərin onun işlərinə heç də təsir etmədiyini deyən biznesmen: "İş dünyasında çox şayiələr çıxır. Hər kəs bir-birinə nəsə deyir, ya da arxasınca danışır. Halbuki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mən də, uşaqlarım da burada yaşayırıq. Başqa bir ölkədə yaşamağı da düşünmürük", - deyə sözünə davam edib.

Müsahibəsinin sonunda Rusiya-Türkiyə münasibətlərinə bir daha qayıdan iş adamı iki ölkənin bir-birinə bağlı olduğunu qeyd etdi. O, həmçinin, türklərlə rusların arasına "şeytanın" girdiyini deyib. Biznesmen Suriyadakı yaşananlara və Suriya ərazisinə düşən təyyarə hadisəsinə bağlı təəssüf hissini də gizlətməyib.

Azəri əsilli türk adamı 1998-ci ildən Türkiyəni istehsal bazası olaraq seçib və orada məskən salıb. Sahibi olduğu Palmali Şirkətlər Qrupu Türkiyədə qısa müddətdə tanına bilib. Dünyanın ən böyük dəniz nəqliyyatı donanmalarından birinin sahibi olan Mübariz 2007-ci ildən Türkiyə vətəndaşlığına keçərək, Qurbanoğlu soyadını götürüb. O, 2013-2014-cü illər Türkiyənin ən zəngin 10 adamdan biri olub, 2015-ci ildə isə "Forbes" jurnalında ən zənginlər siyahısına daxil edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2136   Tarix: 13 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 532
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 329
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 166
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 451
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 135
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 301
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 591
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 405
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 311