AMEA dövlətə pul qazandıracaq

AMEA dövlətə pul qazandıracaqAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) dövlət büdcəsinin gəlirlər hissəsində payını artırmaq istəyir.

BiG.AZ bildirir ki, bunu Trend-ə AMEA Rəyasət Heyəti Aparatının İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev deyib.

Onun sözlərinə görə, AMEA rəhbərliyi milli iqtisadiyyata, xüsusilə qeyri-neft sektorunun inkişafına töhfə vermək, o cümlədən büdcədən asılılığını azaltmaq məqsədilə addımlar atır: "AMEA-nın layihələrindən həmişə iqtisadi faydalar qazanılıb. Lakin bu proses indiyədək məhdud səviyyədə, məhdud çərçivə daxilində mümkün olub. Bundan sonra isə məqsədimiz daha mütəşəkkil formada bu fəaliyyəti həyata keçirərək idxalın əvəz edilməsi, rəqabətqabiliyyətli ixrac potensialının artırılması və nəticə etibarilə AMEA-nın özünün də gəlir əldə edərək dövlət büdcəsinin gəlirlər hissəsində payını artırmaqdır. Əminik ki, dövlət, biznes və elmin birgə, qarşılıqlı faydalı əməkdaşlığı Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsinə xidmət edəcək".

V.Babayev əlavə edib ki, AMEA-nın hazırda icrası üzərində çalışdığı innovativ layihələr əsasən kimya, biologiya, geologiya, kənd təsərrüfatı, İKT və müdafiə sistemləri üzrə cəmləşib. Lakin AMEA-nın potensial olaraq bütün dəqiq elmlər və aqrar elm bölmələri üzrə yeni, faydalı və rəqabətqabiliyyətli layihələr reallaşdırmaq imkanı da var: "Hazırda ilkin təcrübə-sınaq mərhələsində icrasına başladığımız layihələrin sayı təxminən 10 olsa da, AMEA-nın Təcrübə-Sənaye Zavodunda 30-dan artıq adda innovativ məhsulların istehsalı həyata keçirilir".

V.Babayev qeyd edib ki, innovativ layihələrdə əsas maraqlı ola bilən tərəf biznes strukturlarıdır.

Onun sözlərinə görə, ölkəmizdə biznes strukturlarının Azərbaycan elminə, onun potensialına münasibəti son illərdə müsbətə doğru dəyişməkdədir: "Xarici hazır texnologiyaların idxalı daxili bazarda yaradılan alternativ texnologiyalardan istifadə ilə müqayisədə iqtisadi baxımdan müəssisələrimiz üçün xərc predmeti kimi əlavə yük hesab edilə bilər. Belə anlayışı və yanaşması olan iri biznes strukturları son zamanlar AMEA-nın alim və mütəxəssislərinin inkişaf etdirə biləcəyi innovativ texnologiyalara maraq göstərirlər. Bunlar əsasən dağ-mədən, geologiya, kimya, tibb və əczaçılıq, maşınqayırma, elektronika, kənd təsərrüfatı və İKT sektorları üzrə xüsusi hiss edilir".

V.Babayev qeyd edib ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da elm və texnologiya parkının yaradılması, texnologiyaların transferi və biznes-inkubator mərkəzlərinin çoxalması zərurəti hiss edilir. Bu baxımdan AMEA Təcrübə-Sənaye Zavodunun bazasında sənaye və aqrar yönümlü layihələrdən başlayaraq Elm və Texnologiya Parkının yaradılması istiqamətində ilkin addımlar atılır: "Biz burada biznes strukturlarının tələbini də nəzərə alaraq, onlarla birlikdə yeni layihələrin həyata keçirilməsi üçün bütün lazımi infrastrukturu yaratmışıq. İnnovasiya fəaliyyəti istiqamətində Elm Parkları və İnnosiya Əraziləri üzrə Beynəlxalq Assosiasiyaya (IASP - red.) assosiativ üzv olmaqla beynəlxalq səviyyədə də innovativ təkliflərimizin tanıdılması üçün əlavə imkanlar qazanmışıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 532   Tarix: 13 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 344
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 227
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 159
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404