"Skype" istifadəçiləri diqqətli olun! hakerlər sizi izləyir

"Skype" istifadəçiləri diqqətli olun! hakerlər sizi izləyir"Palo Alto Networks" şirkətinin mütəxəssisləri ekran skrinşotları (screenshot) edən, həmçinin "Skype"da danışıqları qeydə alan tam yeni bir növ "T9000 troyan" proqramı aşkar ediblər.

BiG.AZ xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, mütəxəssislərin açıqlamalarından o nəticəyə gəlmək olar ki, istifadəçilərə dair məlumat toplamaq həmin virusun ilkin hədəfidir - videozənglər etdikdə, istifadəçinin fotosu çəkilib yaddaşa verilir və danışıqlar yazılır.

Yüksək professionallıqla hazırlanmış kod tərkibi olduğu üçün "troyan" antiviruslardan yayına bilir. Əgər kompüterdə "Skype" işə salınmışsa, o istifadəçiyə "explorer.exe wants to use Skype" (explorer.exe Skype-dən yararlanmaq istəyir) mesajı göndərir və bunu standart brauzerin sorğusu olduğunu düşünən istifadəçi "T9000 troyan"ına tam giriş icazəsini vermiş olur. Beləliklə, istifadəçi tora salınır.

Rich Text Format (RTF) uzantısında olan fayllar işə düşdükdə kompüter virusa yoluxur. Bundan sonra "T9000 troyan"ı çoxpilləli quraşdırma prosesinə başlayır və hər addımda antivirus proqramının olub-olmadığını yoxlayır. Tam yoxlamadan sonra virus yoluxmuş sistem haqqında məlumatları toplayıb hakerin serverinə göndərir. Proqram sizin danışıqlarınızın audio və video qeydlərini "%APPDATA%\Intel\Roaming\Skype" qovluğunda saxlayır.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi troyandan qorunmaq üçün elektron poçtla işləyərkən daha diqqətli olmağı, tanımadıqları şəxslərdən gələn və ən əsası ".RTF" uzantısı ilə olan qoşma faylları açmamağı tövsiyə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1621   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

17:52 160
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

11:58 113
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 252
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

16:11 117
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 226
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 376
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

13:00 417
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

16:37 169
.

"Hər zaman beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycan bu sahədə nümünəvi model ortaya qoyub"-DEPUTAT

"Hər zaman beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycan bu sahədə nümünəvi model ortaya qoymuşdur. Ötən həftə ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumda 110 ölkədə

10:29 51