Suriyada döyüşən azərbaycanlılar saxlanıldı - DTX əməliyyat keçirdi

Suriyada döyüşən azərbaycanlılar saxlanıldı - DTX əməliyyat keçirdiDövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarının dini radikal silahlı birləşmələrə və ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

DTX-dan BiG.AZ-a daxil olan məlumata görə, həyata keçirilən son istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç saxlanılıblar.

Müəyyən edilib ki, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zöhrab Məmmədov, Zərbəli Abdullazadə və Vladimir Marfin 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

Zöhrab Məmmədov Suriya ərazisindəki «Mühacir Ansar», İbad Muxtarov isə İraqdakı «Muvahidd camaatı» qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıblar.

Həmçinin müəyyən edilib ki, keçmiş SSRİ silahlı qüvvələrinin xüsusi təyinatlı dəstələrində xidmət etmiş, hərbi sahədə xüsusi biliklərə malik olan Vladimir Marfin qeyri-qanuni yollarla Suriya ərazisinə keçirilərək «Azəri camaatı» qanunsuz silahlı birləşməsinə cəlb edilən Azərbaycan Respublikasının vətəndaşlarına odlu silahlardan istifadə və döyüş taktikası üzrə təlimlər keçib, onları müxtəlif şərtlər altında döyüşə hazırlayıb, Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələri ərzaq və hərbi əməliyyatlar üçün zəruri olan digər ləvazimatlarla təchiz edib.

Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç şübhəli bilindikləri cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bir daha Azərbaycan Respublikasının vətəndaşlarını hər hansı formada qanunsuz silahlı birləşmələrə cəlb edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəkləri barədə xəbərdarlıq edir və onların radikal dini ideoloji təsiri altına düşmüş Azərbaycan Respublikasının vətəndaşlarını belə qanunsuz silahlı birləşmələrə qoşulmamağa çağırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1769   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xirosima qurbanının kimliyi 80 il sonra müəyyənləşdi

Yaponiyalı alimlər Xirosimaya atılan atom bombası nəticəsində həyatını itirmiş bir uşağın kimliyini ilk dəfə DNT analizi vasitəsilə dəqiqləşdiriblər. Qaynarinfo xəbər verir ki, söhbət 1945-ci il hücumundan sonra itkin düşmüş kimi qeydə alınan 13 yaşlı Hatsue Kajiyamadan gedir. Xirosima Bələdiyyəsini

22:30 1
.

Xanım deputatlar saçyolduya çıxdılar - Video

Meksika paytaxtının şəhər Konqressində xanım deputatalra arasında dava düşüb. "Yeni Sabah" xəbə verir ki, qarşıdurma Mexiko şəhərinin şəffaflıq agentliyinin ləğvi və onun yerinə yeni nəzarət orqanının yaradılması təklifinin müzakirəsi zamanı yaranıb. Tribuna qarşında deputatlar münasibətlərin

20:30 1
.

Nadir nəvəsindən danışıb ağladı

Müğənni Nadir Qafarzadə yeni doğulan nəvəsindən danışaraq kövrəlib. "Yeni Sabah" xəbər verir ki, ifaçı "Öz aramızda" verilişində illərdir bu həsrətlə yaşadıqlarını deyib. "Bu uşaqlar hər gün Allaha dua edirdi. Oğlum 5 ildən çoxdur ki, namaz qılır. Deyirdim ki, Allah, böyüklüyün

20:45 1
.

Xətai rayonunda zibil yığılmamasının səbəbi ŞADLIQ SARAYI İMİŞ...

Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub. Xətai Rayon İcra Hakimiyyətindən -ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiy

11:56 230
.

Ana və iki övladı yanıb öldü, ata sağ qaldı

Rusiyanın Voloqda vilayətində yanğın zamanı 3 nəfər ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə dekabrın 16-na keçən gecə Kıçmenqski Qorodok qəsəbəsində baş verib. İlkin məlumatlara görə, alov qısa müddətdə bütün evi bürüyüb. Bələdiyyə dairəsinin rəhbəri Andrey Andrinoviçin bildirdiyinə görə, yanğı

20:00 1
.

Kral Harri və Meqanı saraya gətirmək istəyir

Britaniya Kralı II Çarlz xərçəng xəstəliyinin gələn il daha da pisləşməsindən qorxur. Axşam.az xəbər verir ki, bu səbəbdən o, qarşıdan gələn Miladın onun üçün sonuncu ola biləcəyindən narahatdır. Buna görə də, Britaniya kralı onu xüsusi bir şəkildə - saraydan uzaqlaşdırılan Susseks hersoqları da daxi

21:00 1
.

Valideyn razılığı olmadan övladlığa götürmə hansı hallarda icra edilir?

"Övladlığa götürmə yalnız yetkinlik yaşına çatmayan uşaqlar barəsində və onların mənafeyi naminə, uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra həyata keçirilir. Proses üç mərhələdən ibarətdir: övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürməni

15:51 136
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

11:38 295
.

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Qış fəslinin başlanmasına artıq sayılı günlər qalır. Son günlər havada hiss olunan şaxta və kəskin soyuqlar qarşıdan gələn qışın sərt keçəcəyinə işarə edir. Mövsümün dəyişməsi ilə yanaşı, əhali arasında da narahatlıq artır. Vətəndaşları əsasən bir sıra vacib suallar düşündürür: yollar qış şəraitinə n

18:30 1
.

TOP MP3