Banklar girov mənzilləri satdırır

Banklar girov mənzilləri satdırırİndi Azərbaycanda girova görə evi satılanların sayı çoxalıb və çox vaxt belə müştərilər banklar tərəfindən aldadıldıqlarını iddia edirlər.

BiG.AZ bildirir ki, anspress-ə şikayətlə müraciət edən vətəndaşlardan biri xaricdə müalicə üçün 30 min dollar kredit aldığını deyir. Təbii ki, pulu biznes krediti kimi rəsmiləşdiribmiş: "Bankdan mənə söz vermişdilər ki, gecikməyə görə faiz ödəməyəcəm. Amma faiz də tutdular. Evi satandan sonra banka təxminən 40 min dollara yaxın pul ödədim, amma bundan sonra əlimdə çox az pul qaldı. İndi bir otaqlı evə belə pulum çatmır".

Bu cür kreditlər adətən biznes krediti kimi rəsmiləşdirilir. Belə kreditlərin dərəcəsi 10-14% arasında dəyişir. Bu cür pul götürmək sələmçidən ayı 10% pul götürməkdən qat-qat əlverişli sayılır. Həmin pulu götürmək üçün prosedur da elə uzun çəkmir - vətəndaş 6 aydan çox müddətə fəaliyyət göstərən biznesi olduğunu sübut edən arayış gətirir. Kreditlər şərti olaraq biznesi genişləndirmək üçün verilir və qarşılığında müvafiq girov tələb edilir.

Amma müştərilər arasında belə kreditləri toy və yas mərasimlərini yola vermək, müalicə xərcləri üçün istifadə edənlər çoxdur. Təbii, bu cür təyinatından kənar işlədilən kreditlərin içində problemliləri çox olur. Bu da uyğun olaraq girov mənzillərin satılması ilə nəticələnir. Mənzillər məhkəmə yolu ilə də, müştərinin özünün istəyi ilə də satıla bilir.

Vətəndaşlar özləri istəməsə və kredit şərtlərini dəyişdirməyi xahiş etsə belə, banklar onların əmlakını məhkəmə vasitəsi ilə sata bilirlər. Nəticədə, bu cür kredit əməliyyatlarından sonra ölkədə evsizlərin sayı artır, sosial problemlər dərinləşir.

Milli.Az bildirir ki, Bank sahəsində fəaliyyət göstərən hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov anspress-ə müsahibəsində bu cür insanları evlərini satmaqdan xilas etməyi mümkün sayır:

"Məhkəmədə bankların müştəriyə qarşı qeyri-səmimi davranmasını sübut etmək olar. Məsələn, banka sual vermək olar ki, niyə yerli bazarda biznes üçün ayırdığın krediti dollarla verirsən? Müştəri krediti dollarla götürməyə razı olursa, deməli, xaricə müalicə üçün gedir və bank bilərəkdən buna göz yumur".

Bu mənzərə Azərbaycan Mərkəzi Bankının statistikasında da özünü aşkar göstərir. Statistikaya görə, Azərbaycanın bütün regionlar üzrə dollar kreditlərinin toplam məbləği manat kreditlərinin məbləğinə yaxındır. Amma aparılan araşdırma tezliklə bu nisbətin dollar kreditlərinin xeyrinə dəyişəcəyini ortaya çıxarır.

Əkrəm Həsənovun sözlərinə görə, banklar kreditlər üzrə faiz dərəcəsini də bilərəkdən artıq hesablayırlar ki, bu da müştərilərin aldadılması kimi sübut edilə bilər: "Mülki Məcəllənin 741-ci maddəsinə görə, kreditlər üzrə faizlər ildə bir dəfə hesablanmalıdır, amma banklar hər ay faiz hesablayırlar. Bunun nəticəsində müştəri 8 min manat əvəzinə 10 min manat ödəməli olur".

Amma bununla belə Əkrəm Həsənov məsələnin hər iki tərəf üçün məqbul olan yollarla həllini də mümkün sayır: "2015-ci ilin may ayında Konstitusiya Məhkəməsi qərar verib ki, mənfəətlə işləyən banklar müştərilərə yardım etməlidir. Banklar bu qərarı presedent kimi götürərək müştərilər üçün daha yüngül kredit şərtləri təqdim edə bilərlər ki, onlar ödəniş edə bilsinlər".

Əslində, bəzi banklar artıq bir neçə ildir ki, belə şərtlərlə işləyirlər və aylıq ödənişləri müştərinin gəlirlərinə uyğunlaşdırmaqla kredit problemlərini məhkəməsiz həll edirlər. Düzdür, belə olan halda kreditin ödənilməsi müddəti uzanır. Amma bu cür razılaşma nəticəsində müştəri evini satmaqdan xilas olur, banklar isə həmin kredit üzrə gəlirlərini bir qədər də artırırlar.

Məhkəmə yolu ilə müştərinin evini satan bank isə əhali arasında yalnız pis imic qazanır. Həmin bank müştəriyə yardım etmək istəməyib. Nəticədə, ictimaiyyət arasında bankı mütəmadi gözdən salan bir mənbə də artıb. Banklar bu məqamı gərək nəzərə alsınlar. Yəni atalar demişkən, yüz yeyənin olsun, bir deyənin yox.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1487   Tarix: 11 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

02.05.2024 128
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

02.05.2024 543
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 140
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 136
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477