Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı - YENİ QAYDA

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı - YENİ QAYDAAzərbaycan Nazirlər Kabineti (NK) "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nı təsdiqləyib.

BiG.AZ bildirir ki, NK-dan Trend-ə verilən məlumata görə, bu Qayda Azərbaycanın elmi-tədqiqat, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilir.

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbə və şagirdlərinə təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Doktorant, tələbə və şagirdlərə təqaüdün verilməsi onlar təhsil aldıqları müəssisədən xaric olduğu gündən dayandırılır.

İstehsalat təcrübəsi və tətil müddətlərində tələbə və şagirdlərin işləyib-işləməmələrindən asılı olmayaraq, təqaüd alma hüquqları saxlanılır.

Tələbə və şagirdlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsis edilən təqaüdlərin, adlı və digər bu kimi təqaüdlərin təyin edilməsi bu Qayda ilə müəyyənləşdirilən təqaüdlərin verilməsini dayandırmır.

Hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant, tələbə və şagirdlərə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən, onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödənilir.

Tələbə və şagirdlər üçün adlı təqaüdlər Azərbaycan Respublikasının prezidenti tərəfindən təsis edilir.

Tələbə və şagirdlər üçün büdcə vəsaitləri hesabına məqsədli təqaüdlər tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. Büdcədənkənar vəsaitlər hesabına məqsədli təqaüdlər isə təhsil müəssisələrinin Elmi və ya Pedaqoji Şurası tərəfindən müəyyən olunur və ödənilir.

Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə ( ÜOMG) görə verilir.

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində hər tədris ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir və dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həcmində müəyyənləşdirilir. Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması üzrə dövlət sifarişi və dövlət hesabına qəbul olmuş tələbəyə görə nəzərdə tutulan təqaüd yeri (yerləri) ikinci tədris semestrindən həmin ixtisas üzrə təqaüdlər sayına əlavə olunur.

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü;
fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;
fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd.

Qaydalarda qeyd edilir ki, hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci semestrində ali təhsil müəssisəsinə qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir.
Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digərlərinə isə "adi" təqaüd verilir.

Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunan və kredit sistemi ilə təhsil alan tələbələrə təqaüd bu Qaydanın 2.6-cı bəndinə əsasən müəyyən edilir. Tam orta təhsil bazasından qəbul olunan və kredit sistemi ilə təhsil almayan əla qiymətlərlə təhsil alan tələbələrə "əlaçı", əla və yaxşı qiymətlərlə təhsil alan tələbələrə "həvəsləndirici", kafi və digər müvəffəq qiymətlərlə təhsil alanlara isə "adi" təqaüd verilir.

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından dövlət hesabına qəbul olunan tələbələrə birinci tədris ilində imtahan sessiyasının orta bal göstəriciləri, növbəti tədris ilindən isə ÜOMG nəzərə alınmaqla, bu Qaydaya uyğun təqaüd təyin edilir. Orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına olan yerlərinə ümumi orta və tam orta təhsil bazalarından qəbul olunan və imtahan verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digərlərinə isə "adi" təqaüdü verilir.

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil alan, həmçinin ödənişli əsaslarla qəbul olub, lakin sonradan mövcud qanunvericiliyə uyğun olaraq dövlət sifarişi statusu almış, akademik göstəricilərinə görə təqaüd qazanmış və eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbələrə təqaüd (tədris planlarındakı fənn fərqlərindən asılı olmayaraq) köçürüldüyü təhsil müəssisəsində həmin ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısına uyğun verilir.

Tələbənin ali təhsil və ya orta ixtisas təhsili müəssisəsindən xaric olunduğu gündən dayandırılmış təqaüd həmin ixtisas üzrə ÜOMG sıralamasında növbəti yer tutan digər tələbəyə verilir.

Dövlət hesabına təhsil alan doktorantlara birinci təhsil ilində qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd verilir. Növbəti təhsil illərində təqaüd illik attestasiyanın nəticələrinə görə təyin edilir. İllik attestasiyadan keçməyən doktorantın təqaüdü dayandırılır.

İlk peşə-ixtisas təhsili müəssisələrində təqaüdlər dövlət hesabına təhsil alan şagirdlərə təyin edilir. Təqaüd yarımilliklər üzrə imtahanların nəticələrinə görə müəyyən olunmuş məbləğdə verilir. İmtahanların nəticələrinə görə "qeyri-kafi" qiymət almış ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün verilməsi bərpa olunur.

Xəstəliyə və digər üzrlü səbəblərə görə imtahanlarda iştirak etməyən şagirdlərə akademik borcların ləğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir.

Qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2083   Tarix: 11 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1109
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

05.05.2024 209
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

05.05.2024 171
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

05.05.2024 15252
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 178
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 228
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

05.05.2024 277
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 201
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

11:07 192