Bakcell şəbəkəsi 2015-ci ilin "Ən Yaxşı Mobil Şəbəkəsi" adına layiq görülüb

Bakcell şəbəkəsi 2015-ci ilin "Ən Yaxşı Mobil Şəbəkəsi" adına layiq görülübAzərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 2015-ci ilin

"Ən yaxşi mobil şəbəkə" adına layiq görülüb. 2016-cı il 5 fevral tarixində keçirilmiş tədbirdə

şirkət "Business Time" jurnalının təsis etdiyi "Azeri Business Award" Milli Mükafatı ilə təltif

olunub.

Öz abunəçiləri üçün daha geniş əhatə dairəsinə və daha yüksək ötürmə qabiliyyətinə malik olan

şəbəkəni təmin edən Bakcell şirkəti ölkədə ən etibarlı və dayanıqlı şəbəkəyə sahibdir. Bakcell,

tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edən və "LTE-Advance" Kateqoriya 6

xidmətlərini göstərən dünya üzrə 73 şəbəkədən biridir. Təkmilləşdirilmiş Bakcell şəbəkəsi daha

yüksək data sürətini (225 Mbit/saniyəyə qədər) dəstəkləməyə və HD Səs kimi innovativ

texnologiyaları təqdim etməyə texniki baxımdan tam hazırdır.

2015-ci ilin ikinci rübündə aparılan mobil operator şəbəkələrinin müstəqil keyfiyyət

monitorinqinin (bençmarkinq) nəticələrinə görə, Bakcell yüksək keyfiyyətli səs rabitəsi, dayanıqlı

internet əlaqəsi və yüksək sürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla

rəqiblərini üstələyib.

"Bizim üçün ən böyük əhəmiyyət kəsb edən odur ki, indi şəbəkəmizin üstün keyfiyyəti

mütəxəssislər tərəfindən müsbət qiymətləndirilməklə yanaşı, həm də Azərbaycanda fəaliyyət

göstərən müxtəlif biznes sahələri tərəfindən tanınır" – deyə Bakcell şirkətinin Baş icraçı direktoru

Riçard Şirer bildirib. "Bakcell şəbəkəsinin üstünlüyü artıq özünü işgüzar müştərilərimizin sayının

artmasında təzahür etdirir və şirkətimizin "Ən yaxşı mobil şəbəkə" nominasiyasında "Azeri

Business Award" mükafatı ilə təltif olunması bunu bir daha sübut edir. Ötən bir neçə il ərzində

Bakcell öz şəbəkəsinin inkişafına və genişləndirilməsinə böyük investisiyalar yatırıb. Biz yeni-yeni

və daha effektiv vasitələri tətbiq etməklə bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi

planlaşdırırıq" – deyə cənab Şirer əlavə etdi.

Bakcell öz abunəçilərini daha yüksək keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin etmək üçün öz

şəbəkəsinin inkişafına daim investisiyalar yatırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 406   Tarix: 11 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672