"Gülü məni dirədi ki,..." -Rəmişin dostu oğurluq ittihamına cavab verdi

"Gülü məni dirədi ki,..." -Rəmişin dostu oğurluq ittihamına cavab verdi"Rəmiş bu dediklərindən sonra mənim üzümə necə baxacaq? Rəmiş 9 il bütün bayramlarda bizim evimizdə çörək yeyib. 9 il məndən heç bir pislik görməyən insan bunu necə deyir?

BiG.AZ xəbər verir ki, Xalq artisti Rafiq Hüseynovun(Rəmiş) qızıllarını oğurlamasında ittiham etdiyi 9 illik dostu Rüfət Hüseynov "Bizimləsən" verilişinin qonağı olub.
O, verilişdə Rəmişin ittihamlarına cavab verib:

"Bütün Lənkəran camaaatı bilir ki, mənim evimə oğru girib. Rəmişlə həyat yoldaşı Gülü İrana gedirdi. Maşını bizim həyətdə qoydular. Allah bilir ki, yalan danışmıram. Ticarətlə məşğul olan adamam. Rəmişin əlində 2 qızıl üzüyü, boynunda sepi, bir də qolbağı var idi. 8 gümüş üzük, 9 ədəd bir dollar, 1 ədəd 2 dollar, bir də Gülünün dəsmalını verib getdilər İrana. Elə oldu ki, Gülü Biləsuvara qayıdası oldu. Dedim ki, gəlin əmanətinizi götürün. Özü dedi ki, mahiyyəti bir şey deyil qoy qalsın. Elə oldu ki, mən də İrana gedəsi oldum və Gülü də bunu bilirdi. Evdə olmadığım günlərdə bizim evimizə oğru girdi. Sahə rəisi də gördü ki, evimə oğru girib. Həmin hadisədən sonra Rəmişlə Gülü 3 gün bizim evimizdə olublar. Gülüyə deyəndə, məni dirədi ki, 4 min verəcəksən mənə. Axı sən mənə deməmişdin ki, verdiyin bu qızılların dəyəri 4 mindir. Sən bunu mənə deməliydin axı. İnsanı yandırıb tökən odur ki, sən 9 il mənim evimə gedib gəlmisən Rəmiş müəllim. Mənim evimi yaran inanlar da tutulub təsdiqlənib ki, qızılları onlar aparıb alınıb veriləcək. Sadəcə səbr etmək lazımdır. Bu qızıllar veriləndən sonra görüm üzümə necə baxacaqlar".

Xatırladaq ki, Xalq artisti Rəmiş 9 illik dostunun onun qızıllarını oğurlamaqda ittiham edib.
O, açıqlamasında "İrana gedəndə qızıllarımızı rayonda yaşayan 9 illik yaxın dostuma verdik. Elə oldu ki, İrana gedəsi olmadım. Qızıllar həmin insanda qaldı. Sonra onu bizə qaytarmadı, dedi oğurlayıblar. İndi polis bölməsinə şikayət ərizəsi vermişik", açıqlamasını verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4606   Tarix: 10 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni videosunu paylaşıb. Xalq artisti göbəyi açıq, mini geyimdə cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin paylaşımı təqdim edirik:

27.04.2024 4786
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 838
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 488
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 378
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1320
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1240
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 793
.

Xalq artisti ilə Namiqin SƏMİMİ görüntüsü YAYILDI… – VİDEO

Xalq artisti Naibə Allahverdiyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib. BİG.AZ bizim.media-ya istinadla xəbər verir ki, sənətçilər məclislərin birində üzləşiblər. Namiq mahnı oxuyarkən Naibə səhnəyə çıxıb və onlar səmimi şəkildə qucaqlaşaraq görüşüblər. Allahverdiyeva Qaraçuxurlunun mahnısın

28.04.2024 1474
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 905