"İlhamə dedi ki, "onu öldür, arxanda dayanmışam"" - ŞOK İTTİHAM

"İlhamə dedi ki, "onu öldür, arxanda dayanmışam"" - ŞOK İTTİHAMMüğənni İlhamə Quliyevanın keçmiş köməkçisi, hazırda həbsxanada saxlanılan Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov musavat.com saytına məktub göndərib.

Mehriban Hüseynovanın həyat yoldaşı iddia edib ki, İlhamə Quliyeva ona M.Hüseynovanı öldürməyi təklif edib: "İ.Quliyeva elə düşünür ki, qar yağdı, izlər örtüldü. Bəs qarlar əriyəndən sonra necə olacaq? Keçən ilin oktyabr ayında yoldaşımla onun arasında yaranan bu konfliktdən sonra İ.Quliyeva mənə öz telefonu ilə zəng edərək, gileyləndi. Mən də bu məsələnin gərginləşməməsi, sakitcə bizdən uzaqlaşması üçün yalandan dedim ki, "mən də onunla dalaşmışam, acıq edib, gedib". Sözlərimə inanan İ.Quliyeva dedi ki, "O, sənə layiq deyil, qorxma, öldür onu, arxanda mən dayanmışam".

Konflikt bu həddə çatandan sonra istintaqın ilk günlərində isə İ.Quliyeva ilə telefonda danışarkən onun əlaltısı Vüqar Bəkirov telefonu ondan alıb, mənə dedi ki, 45 (qırx beş) min manat gətir, bu məsələyə son qoyaq. Dediyim hər iki faktı istintaq araşdırarsa, (araşdırmalıdır da) həmin vaxt telefon danışıqlarından bunu əldə edə bilərlər. İstintaqa verdiyim izahatda bunların hamısını yazmışam".

T.Hüseynov İ.Quliyevanın "Mehribanın şəhid qardaşı yoxdur" sözlərinə də aydınlıq gətirib: "İ.Quliyeva verdiyi müsahibələrdə bildirir ki, Mehriban Hüseynovanın dedikləri yalandır, onun heç bir şəhid qardaşı da yoxdur. Bu qədər haqsız danışmaq olmaz. Mehriban Hüseynovanın şəhid qardaşı İbrahimov Emin Bəylər oğlu 1995-ci il may ayının 24-də 19 yaşında olarkən separatçılarla döyüş zamanı təxribatçıların ağır işgəncələri altında qətlə yetirilib. Bu haqda "Bərdə şəhidləri" kitabında geniş məlumat verilib. İstintaq qrupu rəsmi müraciət əsasında bu haqda təsdiqedici sənəd də ala bilər. İ.Quliyeva deyir ki, "Onun ərini də mən saxlamışam". Bilmirəm, bəlkə, məni uşaqlıqdan da o böyüdüb? Adam xain, məkrli, riyakarcasına bu qədər yalan danışmaz. İnsan yaşlaşanda gənclərə yol göstərər, məsləhət verər, daha ev yıxmağa çalışmaz. Bununla belə, televiziya verilişində deyir ki, "Mənim yerim göylərdədir, mən yemirəm, yedizdirirəm". Sən özündən başqa heç kimi yedizdirmirsən. Əksinə, başqalarının əllərində olanları "reket"cəsinə almağa çalışırsan. Onun bədəni ilə yanaşı, ruhu da xəstədir. Mənəm-mənəm deyərək, nə dediyinin də fərqinə varmır. Verilişdə deyir ki, "Mən hər gün anamla telefonda danışıram, mənə mesaj göndərir". Dünyasını dəyişən insanla "telefonla danışıram" demək nə dərəcədə düzgünlüyə dəlalət edir?"

İlhamə Quliyevanın keçmiş köməkçinin əri qeyd edib ki, müğənni hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışan dostlarına güvənir: "İlhamə deyir ki, "Mehriban 10 il həbs alacaqdısa, 5 il də üstünə gələcək, bunu mən deyirəm, mənə heç kim "çaşmısan" deyə bilməz". Məgər ona "Şərəf" və "Şöhrət" ordeni ona görə verilib ki, reketlik etsin? Etdiyi hegemonluq, mənəm-mənəmliyi aldığı bu fəxri adlara da böyük ləkə gətirir. Bir-iki dostuna arxalanaraq, xoşu gəlməyən adamın cəzalanmasına, həbs olunmasına nail olur. Əgər qanunlarımız bir-iki orqan işçisinə görə açıq-aşkar tapdalanırsa, onda bizlərin axırı hara gedib, çıxacaq? Həyat yoldaşım dövlət çevrilişinə cəhd göstərib və ya xalqına xəyanət edib? İ.Quliyevanın sifarişi ilə ona ən ağır maddə ilə iş açıblar. Biz dəfələrlə onun zaminə buraxılması üçün rəsmi müraciətlər etmişik. Bununla bağlı məhkəmə olsa da, yenə də iş əvvəlki tək öz qüvvəsində qaldığından buraxmayıblar. Vəkillə birlikdə Bakı Şəhər Prokurorluğunda və Respublika Prokurorluğunda qəbulda olub, şikayətimizi bildirmişik. Hər iki prokurorluq məsələni üstlərindən atır. İ.Quliyevanın yoldaşıma bıçaqla yetirdiyi xəsarət, gecə saat 02:00 radələrində həyətimizə hücum etməyi ilə əlaqədar "102" xidmətinin çağırışı əsasında 5-ci bölmənin faktı təsdiqləyən raportu da prokurorluqda var.

Əgər biz sivil və demokratik dövlətiksə, istintaq da obyektiv aparılmalıdır".

Tofiq Hüseynov Milli Televiziya və Radio Şurası, eləcə də ATV barədə ittihamlar səsləndirib: "ATV KİV-in qanunlarını pozaraq, həyat yoldaşımın şərəf və ləyaqətinin İ.Quliyeva tərəfindən təhqir olunmasına geniş imkanlar yaradır, əksər verilişlərində ona xüsusi yer ayırır. Bununla bağlı MTRŞ-nin rəhbəri Nuşirəvan Məhərrəmliyə rəsmi müraciət etsək də, bizə heç bir cavab verilmir. Təbii ki, istintaq başa çatandan sonra istər ATV, istərsə də MTRŞ bizim tərəfimizdən hüquqlarımızı tapdaladıqlarına görə məhkəməyə veriləcəklər.

Əsl həqiqət üzə çıxandan sonra ATV özünə hansı bəraəti qazandırmağa çalışacaq? Nuşirəvan Məhərrəmli onu qane etməyən verilişlərin bağlanmasına qərar verdiyi halda, efir etikasına layiq olmayan bu süjetin ATV-də yayımlanmasına niyə indiyə kimi göz yumub?"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5653   Tarix: 10 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

05.05.2024 1675
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 715
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 395
.

Məşhur azərbaycanlı aktrisa ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Aktrisa Zarina Qurbanova rəqsi ilə gündəm olub. xəbər verir ki, komedixananın aktrisasının istirahət vaxtı çəkilən videosu maraqla qarşılanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1017
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 419
.

Hüsniyə Məhərrəmli: "Mən Masazırdan təzə çıxmışam" - FOTO

Aparıcı Hüsniyə Məhərrəmli "Instagram" hesabında diqqət çəkən paylaşım edib. xəbər verir ki, aparıcı Amerikada doğum günü məclisinə qatılarkən, ona çox bəzənməməyi tapşırdıqlarını söyləyib. "Sergionun ad gününə gedirəm. Deyiblər, sadə geyin, bura Amerikadır, çox bəzənmirlər. Mən Masazırda

10:27 505
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 362
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 433
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 3944