Bakı inciləri: Metropoliten

Bakı inciləri: MetropolitenSuveren Azərbaycanın paytaxtı müasir Bakı yaxın Şərqin ən böyük şəhərlərindən biridir. Təbii amfiteatrın ərazisində yerləşən şəhər 150 kv. km ərazini tutur və dəniz buxtası boyunca təxminən 20 km uzanıb gedir.
Bakı və neft bir-birindən ayrılmayan anlayışlardır. Neft yataqlarının mövcudluğu Abşeron fəhlə axınına səbəb olmuşdur. Burada neftçıxarma və neft emalı, energetika, maşınqayırma, kimya, metaltökmə kimi sənaye sahələri inkişaf etmişdir. Xəzərin böyük limanlardan biri olan şəhərdə gəmiqayırma sahəsi də əmələ gəlmişdir. Sənaye obyektlərinin ətrafında fəhlə qəsəbələri yaranmışdır. 30-cu illərin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRI-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantların da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün - metropolitenin tikintisi qərara alındı.
Bakı inciləri: MetropolitenLakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu.... Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə - axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşası başlanır. Baş yolun xəttləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
Bakı inciləri: Metropoliten1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni Idarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası və 9,2 km-lik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi.
Bakı inciləri: MetropolitenIlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Birinci sahədən sonra 2,3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6,4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.
Bakı inciləri: MetropolitenStansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Bakı metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xətdən, 23 işləyən və bir tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü (çıxışı) var Metropolitendə pilləkən zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 km-dan artıqdır. Bakı metropolitenini digərlərindən fərqləndirən başlıca xüsusiyyət bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır. Burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.
Bakı inciləri: MetropolitenXətlər və stansiyalar:
İçərişəhər - Həzi Aslanov-18,36 KM (tarixi məlim deyil)
2002-ci ildə istismara verilən Həzi Aslanov adına stansiyasının başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır.
Bakı inciləri: Metropolitenİçərişəhər - N. Nərimanov-6,5 KM (1967)
N. Nərimanov - Neftçilər-7,4 KM (1972)
Netfçilər - Əhmədli-3 KM (1989)
Əhmədli - H. Aslanov-1,46 KM (2002)
28 May - Xətai-2,3 KM (1968)
28 May - Nizami-2,4 KM (1976)
Nizami - Memar Əcəmi-6,7 KM (1985)
Memar Əcəmi - Nəsimi-2,1 KM (2008)
Nəsimi - Azadlıq prospekti-1,3 KM (2009)
Azadlıq prospekti - Dərnəgül-1,5 KM (2011)
Dərnəgül - Günəşli-14,8 KM (planlaşdırılır)

Gələcək planlar:
Bakı inciləri: MetropolitenGələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır.
Ümumiyyətlə 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var. Artıq Cavadxan, Avtovağzal stansiyalarının və Dərnəgül Elektrik Deposu-nun tikintisinə başlanılmışdır. Bakı metropolitenin 20 illik inkişaf proqramı çərçivəsində daha 40 yeni stansiyanın inşası planlaşdırılır.

Bakı metrosu «Ginnesin Rekordlar Kitabı»nda:
Bakı inciləri: Metropoliten28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza «Ginnesin Rekordlar Kitabı»na ən dəhşətli metro qəzası kimi düşüb. Prezident Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan edilir. Beləliklə ilk dəfə 1967-ci ildə «Ginnesin Rekordlar Kitabı»na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşdü. Birinci göstərici dəyişməyən rekordlar siyahısına daxildir. Üçüncü rekord da müstəqillik dövrünə təsadüf edir. Bakı Metrosu bu dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı şəbəkəsi kimi böyük bir "uğura" imza atıb və təqribən 15 ilə yaxın müddətdə "keçici bayrağı" heç kimə verməyib.
Gediş haqqı və metroda istifadə olunan gediş kartı:
Bakı inciləri: Metropoliten30 sentyabr 2009-cu ildə Tarif Şurasının iclasında Bakı Metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən Gediş haqqının 5 qəpikdən 15 qəpiyə qaldırılması barədə qərar qəbul olunub. Bu, 1996-cı ildən bəri metroda ilk bahalaşmadır. 2006-ci ilə qədər isə Bakı metropolitenində jetonlardan istifadə olunurdu.
Bakı inciləri: MetropolitenBakı inciləri: MetropolitenBakı inciləri: MetropolitenBu jetonlarında qiyməti keçmiş valyuta ilə 250 manat (5 qəpik) təşkil edirdi. 2007-ci ildən isə tam olaraq kart sisteminə keçildi. Bu sistemə keçildikdən sonra isə metropolitenin stansiyalarında yeni kassa aparatları quraşdırıldı.
Bakı inciləri: MetropolitenArtıq 2006-cı ildən metropolitenin stansiyalarında yeni piyada şlaqbaumları quraşdırılmağa başlanıldı.
Bakı inciləri: MetropolitenSon 3 ildə isdifadəyə verilənlər:
2008-ci ildə "İşəri Şəhər" metrostansiyasının təmirdən sonra vestübülünün açılışı oldu.

Bakı inciləri: Metropoliten"Nəsimi" metrostansiyası:
Bakı inciləri: Metropoliten"Nəsimi" metrostansiyası 2006-cı ildə inşaata başlanilmışdır və 2008-ci ilin Oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon manat məbləğində vəsait xərclənilib. Metrostansiyanin 6 və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Hər gün bu stansiyadan 6 min nəfərə qədər sərnişinlər istifadə edir. Stansiyanın platformasının uzunluğu 102 metr, eni 15 metrdir.

" Azadlıq prospekti " metrostansiyası:

Bakı inciləri: Metropoliten"Azadlıq prospekti" Azərbaycanda platforması sütunsuz olan ilk metrostansiyadır. "Azadlıq prospekti"nin digər stansiyalardan əsas fərqi də bundan ibarətdir. Stansiyanın yerləşiyi yer layının süxurları əsasən əhəng daşından ibarət olduğundan platformanı sütunsuz inşa etmək mümkün olub. 15 metr dərinlikdə yerləşir. Stansiyanın memarı Elbəy Qasımzadədir. Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub.
Bakı inciləri: MetropolitenStansiya 30 dekabr 2009-cu ildə istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.

"Dərnəgül" metrostansiyası:
Bakı inciləri: MetropolitenBakı Metropoliteninin ən son tikilən stansiyasıdır. Stansiya 7-8-ci mikrorayonların ərazisində yerləşir.
Bakı inciləri: MetropolitenSüleyman Sani Axundov küçəsinə çıxışı var. Tikintisinə 2009-cu ildə başlanılıb. 2011-ci il 29 iyun tarixində istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir. Bakı inciləri: MetropolitenBakı inciləri: MetropolitenStansiya Bakı metropolitenində "Azadlıq prospekti" stansiyasından sonra ikinci sütunsuz stansiyadır.

İnanırıq ki, Bakımızın ayrılmaz tərkib hissəsi olan metropoliten günü-gündən inkişaf edəcək. Bu işdə isə ən çəx sərnişinlər çalışmalıdır. Çünki kifayət qədər sərnişinin hər gün metropolitenə "işi düşür". Çalışaq, metrodan düzgün istifadə edək ki, o da hər gün bizi mənzil başına rahat çatdıra bilsin.
Bakı inciləri: Metropoliten


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 10549   Tarix: 07 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

TOP MP3