Olimpiya Stadionunda toy keçirilə bilərmi? - direktordan Açıqlama

Olimpiya Stadionunda toy keçirilə bilərmi? - direktordan Açıqlama"Bakı Olimpiya Stadionunda mərasimlərin keçirilməsinin mümkünlüyünə dair elanlar boşuna yayılmayıb. Biz mərasimlərin təşkili ilə məşğul olan xüsusi agentliyin müraciəti və beynəlxalq təcrübəyə əsasən belə bir qərar vermişik" .

BiG.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev deyib.

Stadionda toy mərasimlərinin təşkilinə cəmiyyətdə birmənalı reaksiyanın olmamasını təbii sayan C.Qarayev insanların yarısının bunu normal, yarısının isə qeyri-adi qəbul etdiyni söyləyib. Lakin o əlavə edib ki, dünyanın bütün aparıcı stadionlarında belə hallara rast gəlinir:

"Araşdırsanız, görərsiniz ki, toy mərasimləri "Kamp Nou"da da, "Emireyts"də də keçirilir. Stadionlar iki yerə bölünür: oyundan-oyuna açılan və boşluq vaxtlarda "çürüyənlər", ya da oyunların keçirilib-keçirilməməsindən asılı olmayaraq, daim canlananlar. Təbii ki, o dərəcədə ehtiyac içində deyilik ki, gözümüzü toylara dikək. Amma stadion olaraq, işimiz qazanc əldə etməkdən ibarətdir. Bizə də belə tapşırıq verilib ki, stadion və ətrafında daim canlanma olsun. Bununla bağlı bir neçə layihəmiz var. Velosiped zonaları, kartinq, peyntbol meydanları salmağı planlaşdırırıq. Əlavə təbii və süni örtüklü meydançalar tikilir. Yaxınlıqda Böyükşor parkı salınıb. Niyə insanlar bu qədər geniş imkanlardan yararlanmasınlar? Bu boyda obyekt niyə də boş qalsın?"

Direktor bildirib ki, toy mərasimini stadionun özü yox, mərasimlərin təşkili ilə məşğul olan xüsusi agentlik təşkil edəcək: "Biz açıq və qapalı məkanda mərasim üçün imkanlara malikik. 12 əlavə servis avtomobilimiz, mərasim üçün çadırlarımız var. Yaşıl ot örtüyündə mərasimin keçirilməsi təhlükəli deyil. Çünki xüsusi döşəmələr var ki, otu bir həftəyədək xarab olmaqdan qoruyur. Biz belə imkanları yaradırıq. Seçim bəylə gəlinin istəyinə bağlıdır. Mərasimi isə mərasimlərin təşkili ilə məşğul olan xüsusi agentlik aparacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1769   Tarix: 07 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 219
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 191
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 259
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 194
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 193
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 176
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 75
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 253
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 155