Şəhidin anası danışdı: "Vətəndaşlıq alacam, gələ bilmərəm"

Şəhidin anası danışdı: "Vətəndaşlıq alacam, gələ bilmərəm""Mənə elə bir kağız versinlər ki, orada oğlumun öldüyü yazılsın. Bu yazını sərhəddə oxuyanlar da məni incitməsinlər".

BiG.AZ bildirir ki, bunu AzVision.az-a açıqlamasında təmas xəttində şəhid olan İmran Mirzəyevin anası Sevinc Mirzəyevə deyib. Onun oğlu ilə bağlı səsləndirdiyi fikirləri olduğu kimi təqdim edirik:

"Mənim oğlumu Yevlaxda basdırıblar. Türkiyə vətəndaşlığını almağımla bağlı siyahıya yazılmışam və gələ bilmirəm. Bu gün, sabah bəlli olmur. Bir də burada qalma vaxtımdan 7 ay ötüb. Cəzam var. Uşaq əsgərlikdə olduğuna görə, əlimizdə olan qəpik-quruşları uşağa göndərdik. Zəng vurdu ki, ana siqaretim yoxdur. Siqaret pulu göndərdik. Hər həftə olan pulumuzu ona göndərdik. (red - türk mətbuatı 120 lirə (60 manat) göndərdiyini dərc edib). Mənim burada oturum icazəmin vaxtından 7 ay keçib. İcazəni ehtiyatsızlıqdan ala bilmədim.

Yoldaşım Ankaraya zəng vurub. Ordan isə bildiriblər ki, əgər oğlum ölübsə birinci gün zəng edək və sənədləri ilə maraqlanaq. Birinci gün Ankaraya zəng edəcəyik. Əgər birinci gün icazə verilsə, mən ya həmin gün, ya da sabah Azərbaycana gələcəm.

Jurnalistlər konsulluqlara zəng etsinlər, kağız göndərsinlər. Desinlər ki, bu qadının oğlu ölüb sənədləri yerində olmadığı üçün ölkəsinə gedə bilmir. Onlar mənə şərait yaratsınlar ki, Azərbaycana gedən zaman sərhəddə mənə hər hansı bir problem törətməsinlər. Qızlarım gəlməsə də yəqin ki mən özüm Azərbaycana gedəcəyəm. Azərbaycan-Gürcüstan-Türkiyə sərhəddində məni incitməsinlər.

Əlimə elə bir kağız versinlər və desinlər ki, bunun oğlu ölüb. Məni incitməsinlər. Tək istəyim onlar məni sıxışdırmasınlar. İmran kimi övlad yox idi. O, çox gözəl övlad idi".

Qeyd edək ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.Yevlax şəhərində dəfn olunub. Valideynləri boşanıb. Daha sonra İmranın anası türk vətəndaşı ilə ailə həyatı qurub.

İmran da bacıları ilə birikdə Türkiyənin Bursa vilayətinə anasının yanına gedib. İmran 2014-cü ildə Azərbaycana qayıdıb könüllü olaraq hərbi xidmətə yollanıb. Təxrisinə 54 gün gün qalmış düşmən gülləsinə tuş gəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4465   Tarix: 06 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 185
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

10:30 83
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 248
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 201
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 159
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

04.05.2024 280
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 187
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 187
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 219