Bu dövlət orqanlarında etik qaydalar pozulub - SİYAHI- STATİSTİKA

Bu dövlət orqanlarında etik qaydalar pozulub - SİYAHI- STATİSTİKA2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 321 intizam tənbeh tədbiri təhlil olunub. BiG.AZ-ın xəbərinə görə, bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabatında qeyd olunub.

"Təhlil zamanı müəyyən olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 141, Dövlət Sosial Müdafiə Fondu üzrə 70, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 34, Təhsil Nazirliyi üzrə 25, Maliyyə Nazirliyiüzrə 17, Standartlaşdırma, Metrologiya və Patent üzrə 11 Dövlət Komitəsi üzrə 10, Dövlət Statistika Komitəsi üzrə 6, Energetika Nazirliyi üzrə 3,Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə 3, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 3, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə 2, Nəqliyyat Nazirliyi üzrə 2,Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi üzrə 2, İqtisadiyyat Nazirliyi üzrə 1, Milli Televiziya və Radio Şurası üzrə 1,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib. Mərkəzi icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 321 intizam tənbeh tədbirindən 285-i töhmət, 27-i vəzifə maaşının azaldılması, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 2-i dövlət qulluğundan azad edilmə olub" – deyə hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Tarif (qiymət) Şurasının Katibliyi, Dövlət Mülki Aviasiya Administrasiyası, Prezidenti yanında Ali Attestasiya Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi, Nazirlər Kabinetiyanında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Arxiv İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən intizam tənbeh tədbiri tətbiq edilməyib: "Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Dəniz Administrasiyası, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göndərilən cavab məktublarında intizam tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi barədə məlumat göstərilməyib".

Qeyd edək ki, ötən il "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 920   Tarix: 06 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264