"Bank of Azerbaijan" sabahdan əmanətlərin qaytarılmasına başlayacaq

"Bank of Azerbaijan" sabahdan əmanətlərin qaytarılmasına başlayacaq"Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv olunmuş "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılmasına yanvarın 29-dan başlanacaq".

BiG.AZ-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, ümumilikdə bu bankın 7 342 əmanətçisi var. İcraçı direktor deyib ki, bu əmanətçilərdən 6 599 əmanətçisinə 24 mln. manat (6 milyon dollar və avro ilə əmanətlərin payına düşür) məbləğində kompensasiya veriləcək: "Araşdırmalar nəticəsində məlum olub ki, "Bank of Azerbaijan" öz öhdəliklərini yerinə yetirə bilmir. Buna görə, bu bankın qorunan əmanətçilərinə kompensasiya veriləcək. Sığorta hadisəsi yanvarın 22-də baş verib. Qanuna görə 7 gündən sonra kompensasiya verilməlidir".

A. Cavadov əlavə edib ki, qanunun tələblərinə əsasən, qorunan əmanətlərin maksimum həddi 30 min manat olduğundan bu məbləğə malik əmanətçilərin əmanətləri agent bank tərəfindən geri qaytarılacaq: "Məsələn, bu bankda 50 min manatı olan əmanətçiyə 30 min manat fond tərəfindən qaytarılacaq, qalan 20 min manatı ləğvedici qaytaracaq".

Kompensasiyaların verilməsi üçün agent banklar da müəyyənləşib. Belə ki, əmanətçilərə kompensasiyalar "Muğanbank" ASC, Naxçıvanda isə "Rabitəbank" ASC-nin filialları vasitəsilə veriləcək.

A. Cavadov deyib ki, lisenziyası geri çağırılan digər 5 bankda sığorta hadisəsinin baş verməsi ilə bağlı hələlik fonda məktub daxil olmayıb.

Xatırladaq ki, ilin əvvəlindən Azərbaycanda 6 bank- "Qafqaz İnkişaf Bankı", "Atrabank", "Gəncəbank", "Bank of Azerbaijan", "United Credit Bank" və "NBC Bank"ın lisenziyası ləğv edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 671   Tarix: 28 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 336
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 158
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 172
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 421
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

25.04.2024 598
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173