Səhiyyə Nazirliyi ana ölümlərindən danışdı

Səhiyyə Nazirliyi ana ölümlərindən danışdı"Hamiləlik əvvəlcədən planlaşdırılmalıdır. Qadın hamiləlikdən əvvəl öyrənməlidir ki, nə dərəcədə sağlamdır. Bəlkə onda ürək, qaraciyər, böyrək xəstəliyi var?! Doğuş zamanı ölən, kritik vəziyyətdə olan qadınların çoxu xəstə olur. Biz onları çətinliklə həyata qaytarırıq."

BiG.AZ APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib. O bildirib ki, bu məsələdə Səhiyyə Nazirliyi tərəfindən hər cür şərait yaradılıb: "Hamiləliyi əvvəlcədən planlaşdırmaqla uşaq 22 həftəyə doğulmayacaq. Uşaq ana bətnində yetişəcək. Hamiləliyin planlaşdırılması o deməkdir ki, qadın əvvəlcədən müayinələrdən keçməlidir. Bu gün qadın məsləhətxanaları, poliklinikalar fəaliyyət göstərir. Hamilə qadın 3 ay ərzində məsləhətxanada qeydiyyata düşməlidir. Ondan sonra mütəmadi, təlimata uyğun həkimin yanına gedib-gəlməlidir. Lap onda sağlam fizioloji hamiləlik olsa da, getmək lazımdır. Biz bununla kritik vəziyyətləri aradan qaldıra bilərik".

L.Rzaquliyeva hamilə qadınlara müraciət edib: "Qadınlarımız o həkimdən bu həkimə, o klinikadan bu klinikaya qaçmasın. Mütəmadi olaraq, qadın məsləhətxanasında qeydiyyata dursunlar. Patoloji vəziyyət yarananda vaxtında aşkarlansın və onlar hospitallaşdırılsınlar".

Qeyd edək ki, bu il Azərbaycanda 6 ana ölümü qeydə alınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 28 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 157
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 162
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 211
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 221
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 179
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

05.05.2024 168
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 158
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 205
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 145