"Azpetrol"da dava salan generalın qohumu azadlığa buraxıldı

"Azpetrol"da dava salan generalın qohumu azadlığa buraxıldıYanvarın 26-da gecə Bakının Tiflis prospektində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar azad edilib. BiG.AZ-ın məlumatına görə, bu barədə virtualaz.org saytına Nəsimi rayon polis idarəsindəki mənbələrdən bildirblər.

Mənbə deyib ki, yanacaqdoldurma məntəqəsində törədilən xuliqanlığa görə saxlanılmış İsa Əzizov və Mahir İsgəndərov iki sutka saxlanıldıqdan sonra onların barəsində cinayət işi qaldırılmadığından azadlığa buraxılıblar. Polisin səlahiyyətinə görə saxlanılan şəxs barəsində cinayət işi qaldırılmasa ən çoxu iki sutka saxlanıla bilər.

Xatırladaq ki, "Bentley" avtomobilində yanacaqdoldurma məntəqəsinə daxil olan İsa Əzizov və daha üç nəfər (ikisi qız olmaqla) əvvəlcə məntəqənin operatorunu döyüb. Daha sonra mühafizəçi Sadiq Bağırorovu döyərək ona ağır bədən xəsarətləri yetirib. Ardınca onların daha bir neçə dostu "Prado" markalı avtomobillə YDM-ə gələrək işçiləri döyüb təhqir ediblər. İsa Əzizov habelə maşından silah çəkərək YDM-in işçilərini hədələyib, "hamınızı güllələyib pulda basdıraram" deyib.

Xəbər verildiyi kimi İsa Əzizov prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin rəhbəri, Bakı polisinin keçmiş rəisi general Məhərrəm Əliyevin qohumudur. Ötən ilin mayında Bakıda "Famous" karake-barında iki qızı da döyən İsa Əzizovla qohumluq əlaqələrinin olduğunu generalın qardaşı, deputat Adil Əliyev də təsdiq edib. Lakin o, İsa Əzizovla "uzaq qohum olduqlarını" bildirmişdi.

Araşdırmalar zamanı məlum olub ki, İsa Əzizov Məhərrəm Əliyevlə heç də uzaq qohum deyil. Onun atası Nadir Əzizov Bakının "8-ci kilometr" massivindəki "Ramal" ticarət mərkəzinin sahibidir, Məhərrəm Əliyevin doğma bacısı oğludur və keçmiş sahə müvəkkilidir. Başqa sözlə, Bakıda qoçuluq edən və "hamını güllələyib pulda basdıracağı" ilə hədələyən qoçu generalın doğmaca bacısı nəvəsidir.

Mənbələr bildirir ki, Nadir Əzizov bir müddət dayısının Pirşağıdakı malikanəsini alıb və oğlu orada nadir quşlar saxlayır.

Göründüyü kimi generalın yaxın qohumu növbəti dəfə Bakıda cinayət məcəlləsinin bir neçə maddəsi ilə tövsif edilən əməl törətsə də bu dəfə də onun barəsində cinayət işi qaldırılmayıb və azadlığa buraxılıb. Generalın ərköyün qohumunun bu əməli prezident İlham Əliyevin özbaşınalıq edən məmurlara və yaxınlarına növbəti sərt xəbərdarlığı ilə eyni vaxtda baş vermişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3702   Tarix: 28 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 162
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 196
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

04.05.2024 204
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 189
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 105
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

12:20 110
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 155
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 93
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

11:40 125