Bakıda beşulduzlu "Kempinski Badamdar" otel kompleksinin açılışı olub [Foto]

Bakıda beşulduzlu "Kempinski Badamdar" otel kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak etmişlər. Mərasimə toplaşanlar dövlətimizin başçısını, xanımını və ailə üzvlərini hərarətlə qarşıladılar. Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır.

Bildirildi ki, kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir.

Bakıda beşulduzlu Bakıda beşulduzlu Kompleksin birinci mərhələsi – otel binasında yaradılmış şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına bildirildi ki, burada ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Oteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edəcəkdir. Otelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır.

Bakıda beşulduzlu Bakıda beşulduzlu Bakıda beşulduzlu Kompleksin birinci mərhələsi – otel binasında yaradılmış şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına bildirildi ki, burada ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Oteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edəcəkdir. Otelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır.

Bakıda beşulduzlu Bakıda beşulduzlu Bakıda beşulduzlu Prezident İlham Əliyev kollektivi təbrik edərək Bakıda dünya şöhrətli mehmanxanalar şəbəkəsi olan "Kempinski Hotel-Badamdar" kompleksinin açılmasını Azərbaycanın inkişafının göstəricisi olduğunu vurğuladı. Bakının sürətlə inkişaf etdiyini, gözəlləşdiyini diqqətə çatdıran dövlətimizin başçısı sərmayədarların Azərbaycan iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqət və marağının artmasını sevindirici hal kimi qiymətləndirdi.

Bakıda beşulduzlu Bakıda beşulduzlu Bakıda beşulduzlu Ölkəmizdə turizmin inkişafına böyük diqqət göstərildiyini bildirən Azərbaycan Prezidenti "Turizm ili" çərçivəsində beşulduzlu altı otelin açılacağını vurğulayaraq, bunun ölkəmizdə turizmin, xidmət sektorunun sürətli inkişafının göstərici olduğunu qeyd etdi. Avropa ölkələrindəki Kempinski otellər şəbəkəsinin prezidenti Canni van Daalen açılış mərasimində iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirərək ölkəmizlə qurulan münasibətlərin daha da inkişafına ümidvar olduğunu qeyd etdi. Sonra Prezident İlham Əliyev otel kompleksinin xatirə kitabına ürək sözlərini yazdı. Otel kompleksinin kollektivi dövlətimizin başçısı və ailə üzvləri ilə xatirə şəkli çəkdirdi.

Bakıda beşulduzlu Bakıda beşulduzlu Bakıda beşulduzlu Kompleksin mənzillər və ofislər binası ilə tanış olan Prezident İlham Əliyevə bildirildi ki, 14 mərtəbəli binada ailəsi ilə bərabər istirahət etmək istəyən müştərilər üçün 37 mənzil vardır. Mənzillər hər bir ailənin yüksək səviyyədə istirahəti üçün bütün məişət avadanlığı ilə təchiz edilmişdir. Bundan başqa, ziyafət, iclas-konsert zalları, görüş və ofis otaqları ən son texnologiyalarla təmin olunmuşdur.

Bakıda beşulduzlu Bakıda beşulduzlu Bakıda beşulduzlu "Kempinski Hotel-Badamdar" kompleksinin alış-veriş və əyləncə mərkəzinin üçmərtəbəli mağazalar sahəsi ən yüksək tələblərə cavab verir. Burada dövlətimizin başçısı kompleksin növbəti - dördüncü mərhələsində görüləcək işləri əks etdirən fotoşəkillərlə tanış oldu. Prezident İlham Əliyev və ailə üzvləri buz meydançasında idmançıların çıxışlarını izlədilər. Dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11740   Tarix: 03 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 644
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 728
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 711
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 318
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 258
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 499
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 214
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 230
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 335