Bu xəstəlik uşağa öpüşlə yoluxur - TƏHLÜKƏ

Bu xəstəlik uşağa öpüşlə yoluxur - TƏHLÜKƏUşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma yolu tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. Sıx görülən bir xəstəlikdir. Böyük yaşa gələn insanların 95%-i bu xəstəliyi keçirmiş olur. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçə bilir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən sağlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu "sağlam" şəxs uşağı öpməklə onu çox ciddi bir təhlükə ilə qarşı qarşıya qoyur.

Xəstəliyin əlamətləri

Virus orqanizmə daxil olduqdan sonra boğazda artıb çoxalır, ordan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da (qaraciyər, dalaq) infeksiya törədir. Beləliklə, uşaqda

- Boğaz ağrısı

- Qızdırma (5-10 günə qədər davam edə bilən)

- Boyun limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsi

- Halsızlıq, qarın ağrısı, baş ağrısı

Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir, lakin öpücük xəstəliyində əlamətlər daha abartılı olur, boğaz ağrısı çox şiddətli, qızdırma adətən 38-38,5 olur, amma uzun müddət - 5-10 günə qədər davam edə bilir və yanaşı olaraq limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.

Bu xəstəlikdə yersiz antibiotik istifadəsi nəticəsində bədəndə səpgilər əmələ gəlir. Xüsusilə də təbii penisillin qrup antibiotiklərin qəbulundan sonra ilk 24 saatda uşaq səpir.

Xəstəlik klinik gedişatinda öz-özünə sağalır, lakin bəzən ağırlaşmalarla da üzə çıxa bilir.

Ağırlaşmaları:

- Ensefalit
- Meningit
- Ürək əzələsinin zədələnməsi, miokardit, perikardit

Bu uşaqlarda dalaq böyüdüyü üçün uşaq idman edərkən və ya oyun oynayarkən qarın nahiyəsindən alınan travmadan dalaq yırtılması ola bilər.

DİAQNOSTİKASI: Tipik müayinədən əlavə, qanın ümumi analizi (limfositar leykositoz, trombositopeniya), periferik yaxmada atipik limfositlər, seroloji testlərdən - monotest tez nəticə verir və virusun spesifik antitellərinin qanda aşkarlanmasi ilə diaqnoz qoyulur.

MÜALİCƏSİ: Spesifik bir müalicəsi yoxdur. Antibiotiklərdən və ya virusəleyhinə preparatlardan istifadə yersizdir. Müalicə simptomlara yönəlik (qızdırma varsa, qızdırmasalıcı vermək), dəstək müalicə və yataq istirahəti ilə aparılır.

Xəstəlikdən qorunmaq üçün

Uşaqları öpmək olmaz!
Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağıza götürməklə xəstəliyə yoluxa bilər.
Bundan başqa ağızdan su axan uşaqlar tüpürcəklə asanlıqla digər uşaqları yoluxdura bilər. Ona görə bu tip toplumlarda gigiyenaya mütləq riayət edilməlidir (oyuncaqlar tez-tez yuyulmalı, uşaqların əli tez-tez yuyulmalı, oyuncaq ağıza alınmamalı) Diqqətlə riayət olunan təmizlik xəstəliyin yayılmasını əngəlləyər.

aile.lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2609   Tarix: 23 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 887
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2942
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 734
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 798
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1253
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 646
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 856
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 841
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 865