Qeyri-səmimi müğənnilər kimlərdir ? - SİYAHI

Qeyri-səmimi müğənnilər kimlərdir ? - SİYAHIBiG.AZ-ın əməkdaşı mədəniyyət və şou-biznes yazarları arasında sorğu keçirib:

"Səhnəmizin qeyri-səmimi müğənnisi kimdir və hansı müğənninin jurnalistlərlə davranışı sizi qane etmir?

Nəticələri təqdim edirik:

Jurnalist Zülfiyyə Qurbanova 10 ildir şou-biznes sahəsində işləsə də, hələ çox səmimi müğənni görmədiyini deyir:

"Faiq Ağayev ve Röya Ayxan digərlərinə nisbətən daha səmimidirlər. Amma bu o demək deyil ki, onlar həmişə səmimi olurlar. Əsla! Amma nisbətən az və ya çox qeyri-səmimi olanları var. Nadir Qafarzadə, Rəqsanə özünə səmimiyəm deyir, amma yalandır. Qətiyyən səmimi deyillər. Aygün Kazımova qeyri-səmimi müğənnilər sırasında üçlükdədir. Aygün Kazımova, Nadir Qafarzadə və Rəqsanə. Əslində səhnə adamının səmimiliyi heç kimə lazım deyil. Onları ciddi qəbul etmək də lazım deyil. Onların öz dünyaları və onları olduğu kimi qəbul edən öz çevrələri var. Bu dünyanın qaydaları bizə görə deyil. Müğənnilər öz qaydalarına uyğun yaşamağa məhkumdurlar. Başqa cür mümkün deyil. Onların dünyasından gəlmiş səmimilik bizə ancaq zərər vura bilər".

Axşam.az saytından Sərvər Mehdiyev qeyd edib ki, Emma və Sevda Ələkbərzadə bacıları jurnalistlərə yalan danışır:

"Müxtəlif anlarda davranışlar fərqli olur. Amma hər dəfə media nümayəndələri ilə sərt danışan əməkdar artist Röya Ayxandır. Belədə ki, işləri düşəndə hamısı jurnalistlərlə mehriban olurlar, "canımla" danışırlar.Səmimi və ya qeyri-səmimi olmağı onların özü və Allahları bilir. Əsasən yalan danışan, dediyini danan müğənnilərimiz çoxdur. Məsələn, Xatirə İslam Elnarə Abdullayeva haqqında dediyi sözləri dandı. İki gündən sonra isə qayıtdı ki, demişəm, əcəb etmişəm. Ötən gün isə Emma və Sevda Ələkbərzadə bacıları bütün media nümayəndələrinə yalan açıqlama verdi. Sabah onları efirə çağıranda qayıdacaqlar ki, "Saytlar yalançıdır, nə gəldi yazır". Deməyəcəklər ki, "Biz yalan açıqlama yayırıq". Heç bir jurnalist yalançı deyil, müğənni verdiyi açıqlamanı fikirləşsin. Sonra başqa şey düşünüb jurnalisti günahlandırmasın. Bununla özünü biabır edir. Amma unutmasınlar ki, bu gun saytların yazdıqları mövzular əsasında gündəmə gəlirlər, ondan sonra efirə dəvət alırlar".

Qafqazinfo.az saytının müxbiri Elvin Elxan da Sevda və Emma Ələkbərzadə bacılarından gileylidir:

"Qeyri-səmimi hesab etdiyim müğənnilər Sevda və Emma Ələkbərzadə bacılarıdır. Jurnalistlərlə kobud rəftarına görə isə İlqar Xəyal, Zamiq Hüseynovun adını çəkə bilərəm".

Publika.az saytının müxbiri İsa Şükürov Sevda Ələkbərzadə və Xatirə İslamın adını çəkir:

"Son hadisələri nəzərə alıb qətiyyətlə cavab verə bilərəm ki, ən qeyri səmimi müğənnilər sırasında ilk yerləri Sevda Ələkbərzadə və Xatirə İslam tutur. Mən jurnalistə qarşı ayrı-seçkiliyi, sözü danmağı sevmirəm. Hər bir müğənni ictimai fiqurdur. Onlar danışıqlarına fikir verməlidir. Düzdür, əksəriyyəti savadsızdır. Belə olduğunu halda çalışmalıdırlar ki, minimum danışıb, minimum fikir bildirsinlər".

Axar.az saytının müxbiri Dilarə Zamanova Röya Ayxanı qeyri-səmimi müğənni hesab edir:
"1-2 dəfə şahidi olduğum hadisələrdən yola çıxaraq hesab edirəm ki, səhnənin ən mədəniyyətsiz və qeyri-səmimi müğənnisi Röya Ayxandır".

Qafqazinfo.az saytının fotomüxbiri Nuran Məmmədov Emma Ələkbərzadənin adını çəkir:

"Deməli qeyri-səmimi davranışına görə Emma Ələkbərzadə. Jurnalistlərlə kobud rəftarına görə isə Abbas Bağırov, Zamiq Hüseynovun adını çəkə bilərəm".

"Kaspi" qəzetinin mədəniyyət yazarı Xəyalə Rəis Vasif Məhərrəmlini qeyri-səmimi adlandırdı:

"Şou biznes nümayəndələri o qədər də güvəniləsi insanlar deyillər. Belə ki, onların bizə işləri düşdükləri zaman özlərini mətbuatın dostları kimi qələmə verirlər. Əslində onlar da bilirlər ki, sənət adamını xalqın gözündən salan da mətbuat nümayəndələridir, onları qaldıran da. Bəzən müğənninin mobil telefonuna zəng edirsən özü dəstəyi götürüb deyir ki, sizinlə danışan müğənninin bacısı, ya da prodüseridir. Daha anlamırlar ki, onlar bu kələyi ilə özlərini gözdən salırlar. Hər hansı bir mövzu ilə bağlı və ya onların yaradıcılıqlarından sual edəndə elə naz qəmzə edirlər ki, sanki bizim onlara borcumuz var. Mənə birazdan zəng edin deyib, telefonunu söndürənlərə də az rast gəlməmişik".

Ürəyi dolu olan Xəyalə əlavə edir:

"O, ki, qaldı şou nümayəndələrinin qeyri-səmimiliyinə mütəmadi olaraq şou nümayəndələri ilə işlədiyim üçün Vasif Məhərrəmlini qeyri-səmimi ifaçı hesab edirəm. Çünki onunla hər hansı məsələ ilə bağlı açıqlama alanda və ya münasibət öyrənəndə yola verməyə çalışır. Bir də efirdən izləyərkən də Xumar Qədimovanın hərəkətləri mənə çox süni gəlir".

Musavat.com saytının müxbiri Könül İbrahimova Zamiq Hüseynov, Günay İbrahimli, Natavan Həbibi, Elnur Məmmədovu qeyri-səmimi müğənni hesab edir :

"Düşünürəm ki, şou-biznes əhlinin 60%-i qeyri səmimidir. Mənə görə, Günay İbrahimli, Natavan Həbibi, Elnur Məmmədov səmimi deyil. Müğənnilərin qeyri -səmimilikləri məni narahat etmir. Bəziləri çox kobuddur. Onlardan biri də Vasif Məhərrəmlidir. Ötən gün zəng etmişdim, sualımı dinləmədən yüksək səslə "Avropadayam" deyib dəstəyi asdı. Təbii ki, mən də səssiz qalmadım. Mesaj yazdım ki, jurnalistə hörmət etməyə borcludur. Bəzən isə Röya və Ədalət Şükürov jurnalistlərə qarşı kobudluq edir. Mənim isə hələ başıma gəlməyib".

Mədəniyyət müxbiri Təranə Xudabaxşiyeva heç bir müğənnini səmimi hesab etmir: "Ümumiyyətlə kamera qarşısında səmimi , olduğu kimi görünən çox az müğənni var. Çoxu ya özünü "boğub" danışır, ya da özünü tərifləyir. Bir sözlə bu gün səmimi bildiyim demək olar müğənni yoxdur mənim üçün. Hamısı pafoslu çıxışları ilə yadda qalır".

BiG.AZ -ın baş redaktoru Əfruzə Ağayeva: " Mənim üçün ən səmimi ifaçı Xumar Qədimovadır. Müğənni Emma Ələkbərzadədən xoşum gəlmir, çünki ağzının danışığını bilmir. Röya Ayxandan və Aygün Kazımovadan bir neçə dəfə müsahibəm olub, verdiyim hər suala səmimi cavab verib. Hətta Röya boşanandan bir neçə ay sonra onunla bir müsahibə etmişdik. Boşanma xəbərindən danışanda gözləri dolmuşdu. Gözlər heç vaxt yalan demir. Müğənni Sevda Yəhyayevanın da jurnalistlərə hörmətsiz yanaşmasının və qeyri-səmimiliyini görmüşəm. Brilliant Dadaşova da qeyri-səmimi məşhurlar sırasındadır. Əslində onları qınamıram da... Çünki bir var görmüş müğənnilər, bir də var görməmiş... Aclıqdan, ehtiyacdan, əxlaqsızlıqdan bu yolu tutan bəziləri... Onları anlamaq o qədər də çətin deyil. Qeyri-səmimi etiraf görəndə, gülüb, keçirəm sadəcə... Medianın dostu olmaq onlar üçün şərəflidir və şərəfli olmalıdır".


Mirvari Nəcəf


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2390   Tarix: 22 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afra Saraçoğlu saxlanıldı

Türkiyəli aktrisa Afra Saraçoğlu saxlanılıb. Axşam.az xəbər verir ki, aktrisa narkotik maddələrlə bağlı keçirilən əməliyyat çərçivəsində tutulub. Qeyd edək ki, daha əvvəl aktyor Aras Bulut İynemli, müğənni Seyfullah Sağır (Sefo), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten və keçmiş futbolç

18.09.2026 484
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

09.09.2026 482
.

Nigeriyada məşhur aktrisa 26 yaşında öldü

"Nimmi Ferrari" təxəllüsü ilə məşhurlaşan nigeriyalı aktrisa Adesanya Nimota Omotolani 26 yaşında ölüb. xəbər verir ki, bu barədə aktrisanın ailə üzvlərinə istinadən Böyük Britaniyanın "Need To Know" portalı xəbər yayıb. Məlumata əsasən, gənc sənətçi sentyabrın 6-da dünyasını dəyişib

12.09.2026 500
.

Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO - Heyranedici gözəllik

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovanın yeni görünüşü çox bəyənilib. xəbər verir ki, müğənni sosial mediada yeni fotosunu yayımlayıb. Onun görünüşü və dəyişimi diqqət çəkib. İlqarənin görüntüsü izləyicilərin marağına səbəb olub. Sözügedən paylaşımı təqdim edirik:

13.09.2026 1074
.

Məleykə Əsədovanın qızı Çində təhsil alacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Məleykə Əsədovanın qızı Gülər magistraturaya qəbul olub. Axşam.az-ın məlumatına görə, aktrisanın övladı Çində təhsilini davam etdirməyi seçib. M.Əsədova bununla bağlı hazırda Çinə yollanıb. O, qızının Quançjou şəhərində oxuyacağını bildirib

09.09.2026 498
.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16.09.2026 518
.

"Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."

Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd

19.09.2026 245
.

"Ayrılıb öz ayağı üstə duran qadın qınanır"

"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"

19.09.2026 237
.

Pol Uokerin qardaşından "Forsaj" etirazı

Mərhum aktyor Pol Uokerin qardaşı Kodi Uoker onun canlandırdığı "Brayan O'Konnor" obrazının "Forsaj"ın final filmində geri qayıtmasına qarşı olduğunu açıqlayıb. Axşam.az xəbər verir ki, Kodi Uoker "Entertainment Weekly"yə açıqlamasında obrazın əvvəlki filmdəki taleyində

12.09.2026 277
.