Tarix kitablarında tapa bilməyəcəyiniz 10 inqilabçı qadın - FOTO
Tarixdə bizə öyrədilən kişi inqilabçılardan əlavə, prinsipləri və idealları uğrunda vuruşan, həyatını bu yolda qurban verməkdən çəkinməyən, adını az eşitdiyimiz, bəlkə də heç eşitmədiyimiz bir çox inqilabçı qadın da olub. Biz də bu ədalətsizliyi aradan qaldırmaq üçün tarixdə xüsusi iz qoymağı bacarmış cəsarətli qadınlar haqqında yazını sizə təqdim etmək qərarına gəldik.
BiG.AZ pahoo.az-a istinadən sizə inqilabçı və üsyankar ruhlu qadınları təqdim edir:
1. Petra Herrera
Meksika İnqilabı ərəfəsində "soldaderas" adıyla tanınan qadın əsgərlər kişilərlə birlikdə döyüşə qatılmışdılar. Petra Herrera da məhz bu qadın əsgərlərin ən tanınmışı idi. Qadın əsgərlər bir çox zorakılığa məruz qaldığı üçün o cinsini gizlədərək, Pedro Herrera adı ilə vuruşurdu. İnanılmaz şücaət göstərmiş, liderliyi əlinə almış və cinsini çox gec açıqlamışdı. İkinci Torreon döyüşünə özüylə birlikdə 400 qadınla qoşularaq, göstərdiyi qəhrəmanlıqla hər kəsin təqdirini qazanmışdı. Təəssüf ki, qadın olduğu üçün təltif edilməmiş, öz silahdaşları tərəfindən şücaətləri gözardı edilmişdir. Məhz buna görə də Herrera xidmət etdiyi ordudan ayrılaraq, ancaq qadınlardan ibarət birlik təsis etmişdir.
2. Nadejda Krupskaya
Bir çoxu Nadejda Krupskayanı təkcə Vladimir Leninin həyat yoldaşı olaraq tanıyır. Lakin Nadejda həm də Bolşevik inqilabçısı və siyasətçi idi. 1929-cu ildən vəfatına qədər Sovet İttifaqının Təhsil Naziri Müavini də daxil olmaqla, müxtəlif siyasi fəaliyyət göstərmiş, təhsil sistemində köklü dəyişikliklərdə birbaşa iştirak etmişdir.
3. Constance Markievicz
Constance Markievicz (əsl adı Gore-Booth), Sinn Féin ve Fianna Fáil bölgəsində siyasi fəaliyyət göstərmiş, inqilabçı-milliyyətçi, eyni zamanda da sosialist idi. O, 1916-cı ildə İrlandiyada baş qaldırmış Pasxa üsyanının liderlərindən biri olmuş, bir çox döyüşlərdə iştirak etmişdir. Üsyandan sonra tutulan 70 nəfərin içində tək qadın o idi. Ölüm cəzası verilməsinə baxmayaraq, qadın olduğuna görə əfv edilmişdi. Məhkəmə qaynaqlarında qeyd edilib ki, o, bu qərara "Siz kaş ki məni vura biləcək qədər dürüst olardınız." şəklində reaksiya verib. Conctance dünyada nazir vəzifəsində çalışan ilk qadınlardan biri hesab olunur.
4. Nwanyeruwa
İgbo qəbiləsindən olan nigeriyalı Nvanyeruva Afrikada ingilis hakimiyyətinə qarşı qısa müddətli mübarizəni başladan qadındır. 1929-cu il, 18 noyabr tarixində Nvanyeruva siyahıya alma üzrə məmur Mark Emereuwa "keçilərini, qoyunlarını ve insanlarını sayacaqsan" dediyində buna qarşı çıxdı. Bu, dövlətin ondan vergi alacağına işarə idi və bir qayda olaraq, qadınlardan vergi alınmırdı. Nvanyeruva bu məsələni digər qadınlarla da müzakirə edərək, iki ay sürən Qadınların Müharibəsi adlı etiraz aksiyaları başlatmış oldu. Bölgənin hər yerindən iyirmi beş min qadın bu etirazlara qoşularaq, yeni çıxarılan vergilər, ingilis məmurların özbaşınaqlılarına qarşı mübarizə apardılar. Nəticədə qadınların vəziyyəti yaxşılaşdırıldı, ingilislər vergi məsələlərində geri çəkilməli oldular və bir çox məmur işdən azad edildi.
5. Lakshmi Sehgal
Xalq arasında "Komandir Lakshmi" olaraq tanınan Lakshmi Sehgal Hind azadlıq hərəkatı inqilabçılarından biri olmuş, Hindistan Milli Ordusunda əsgərlik etmişdir. 1940-cı illərdə Hindistanda ingilis müstəmləkəçiliyini devirmək uğrunda vuruşan və tamamilə qadınlardan ibarət olan "Jhansi Kraliçası" hərbi birliyinin komandiri idi. Bu hərbi birlik İkinci Dünya Müharibəsində iştirak edən və ancaq qadınlardan ibarət olan azsaylı birliklərdən biriydi. Birliyin adı Hind tarixinin başqa bir inqilabçı qadını olan Rani Lakshmibai’nin adından götürülmüşdü.
6. Sophie Scholl
Alman inqilabçı Sophie Scholl əl elanları və divar yazılarıyla Hitler rejiminə qarşı mübarizə aparan, pasifist Anti-Nasist mübarizə birliyi Bəyaz Gülün qurucu üzvü idi. Universitetdə əl elanları payladığı üçün həbs olunmuş və edam cəzasına məhkum edilmişdi.
7. Blanca Canales
Blanca Canales Puerto Riko Milliyətçi Partiyasının qadın qolu olan Azadlığın Qızları hərəkatının qurulmasında böyük rol oynayan milliyətçi idi. Jayuya Üsyanı olaraq bilinən, tarixdə Birləşmiş Millətllər Təşkilatına qarşı başlayan üsyanın liderliyini edən bir neçə qadından biri idi.
8. Celia Sanchez
Bir çoxumuz Fidel Castro və Che Guevaranı tanısaq da, çox az insan Celia Sanchez adını eşidib. Sanchez Kuba İnqilabının mərkəzindəki qadındır və hətta qərarları verən insanın o olduğu kimi iddialar da mövcuddur. İnqilabda bir çox döyüşlərə başçılıq edən Celia, inqilabdan sonra da ölənə qədər Fidel Kastronun yanında oldu.
9. Esma Mahfuz
Esma Mahfuz müasir dövrün inqilabçısıdır. O, 2011-ci ildə Misirdə üsyanın baş qaldırılmasına səbəb olan Təhrir meydanındakı etiraz çıxışıyla tanınır. Misir İnqilabının liderlərindən biri olan Mahfuz, Misir İnqilabi Gənclik Koalisiyasının da tanınmış üzvüdür.
10. Kathleen Neal Cleaver
Kathleen Neal Cleaver Qara Pantera Partiyasının üzvü və idarə heyətinin ilk qadın üzvü idi. Partiyanın mətbuat katibliyini edirdi. Eyni zamanda da, həbsdə olan partiya üzvü Huey Nevtonun azadlığa buraxılması üçün aparılan kampaniyanın tərtibçisi idi.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










