"Sevməyibsə, niyə 2 uşaq dünyaya gətirib?" - Lalənin əri boşanma səbəbini açıqladı - VİDEO
Əməkdar artist Lalə Məmmədova həyat yoldaşı İlham bəydən boşanması barədə danışıb. BiG.AZ xəbər verir ki, ifaçı "ATV maqazin olarla" verilişində həyat yoldaşının onu iki aylıq hamilə olan zaman tək buraxdığını və boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirib. Lalə Məmmədovanın həyat yoldaşı İlham bəy BiG.AZ-a özəl açıqlama verib. İlham bəy nə üçün boşandığını açıqlayıb:
"Dünənki verilişdən xəbərim yoxdu, baxmamışam. Dostlarım deyib. Boşanma ərizəsini mən birinci məhkəməyə təqdim etmişəm. Çünki Lalə dəfələrlə məni təhqir edib ki, sən qocasan, sən qocasan... Anama da ağır söz deyəndən sonra mən qərar verdim ki, ayrılaq. 85 yaşlı anamla nəyi bölüşdürə bilmədi?! Mən onu sevmişəm, dəstək olmuşam, uşaqlarımı da dəlicəsinə sevirəm. Mən də istəməzdim boşanım. Onun anası mənə şərt qoydu ki, istəyirsən Lalə səninlə olsun evi, bağı keçirt onun adına... Lalə də onu təkrarladı. Mən bunlara dözə bilmədim. Bətnində iki aylıq uşaq var idi, getdim məhkəməyə... Bəlkə də düz etməmişəm. Amma məcbur olmuşam. Mən ağıllı insanam, düzdür ondan da 16 yaş böyüyəm. Amma mən ondan heç vaxt yaşımı gizlətməmişəm. Deyir ki, o məni sevməyib. Sevməyibsə, niyə iki uşaq dünyaya gətirib? Qadın da sevmədiyi kişidən uşaq dünyaya gətirər?! Niyə məni sevməmisən amma 10 ilimi almısan?! O qadın idi, gərək arada hörmət saxlayardı".
"Lalə xanım ikinci dəfə ailə həyatı qursa nə deyərsiniz?" sualına İlham bəy belə cavab verdi:
"Biz rəsmi boşanmışıq. Mən hüquqi cəhətdən heç kiməm. Ona nə xoşbəxtlik arzu edirəm, nə də ki, bədbəxtçilik... Sadəcə boşluq... Öz uşaqlarıma yazığım gəlir. O evlənsə, övladlarım başqasına "ata" deyəcək. Övladlarımla görüşmürəm. Amma onları çox istəyirəm".
"Boşanma səbəbi kimi xəyanət göstərilmişdi. Lalə xanıma xəyanət etmisinizmi" sualına cavab olaraq İlham bəy etiraf etdi:
"Mənə dəfələrcə "sən qocasan" deyildiyi üçün təngə gəldim, bəli etiraf edirəm xəyanət etmişəm. Və bunu da boynuma almışam. Amma yenə deyirəm, mən Laləni sevmişəm. Mən elə insanam ki, sevgisiz ailə həyatı qurmazdım. Gör məni nə həddə çatdırdılar ki, doğum evinə getmədim".
Bu ittihamlara cavab olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
ƏFRUZƏ AĞAYEVA
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirilib
Xalq artisti Məleykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qızının xəstəxanaya yerləşdirildiyini bildirib. O qeyd edib ki, Gülər son günlər yayılan virusa yoluxub. "Gözəl qızım qrip olub. Özünüzü bu pis virusdan qoruyun. Xəstəxanaya üz tuturam. Heç kim xəstələnməsin"
02.02.2026 1050 "Azərbaycanda ifaçını alqışlamırlar"
Müğənni Günel Zeynalova Azərbaycanda tamaşaçıların ifaçıları alqışlamamasından gileylənib. Axşam.az xəbər verir ki, "İki başlı" proqramında qonaq olan sənətçi aparıcıların "Türkiyədə, yoxsa Azərbaycanda daha çox sevilirsiniz" sualına belə cavab verib:. "Məni Ağdamda çox sevirlər
01.02.2026 537 Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənni yeni görüntüləri yayımlayıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görüntüsünə xoş sözlər yazıblar. Sözügedən görüntüləri təqdim edirik:
08.02.2026 861 Fatimə gələn ay əməliyyat olunacaq
Rəqqasə Fatimə Fətəliyeva gələn ay əməliyyat olunacaq. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. Fatimə göz bəbəyini zədələdiyini bildirib:. "Gözlərimdə problem yaranıb. Dörd ay əvvəl dırnağım bəbəyimə dəydi və onu zədələdim. Görməm zəifləyib. Nə qədə
08.02.2026 748 "Məktəbə hamı istədiyi hər şeyi çox asan gətirə bilər?"
"İdrak - dərk etmək, anlamaqdırsa, bir uşaq dərk etmədən bunu etdi. Bir müəllim dərs verdiyindən dərd aldı. Konflikt var idi? Kimsə bilirdimi. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva sosial şəbəkədə yazıb. O, ötən gün müəllimini güllələyən şagirddən yazıb:. "Uşaq üçün evdək
07.02.2026 522 Atası infarkt oldu, Aysunun reaksiyası MÜZAKİRƏ YARATDI
Müğənni Aysun İsmayılovanın doğma atası ilə bağlı üzücü xəbər yayılıb. "Rəngarəng" verilişində sənətçinin doğma atası Yaşar bəyin infarkt keçirdiyi barədə məlumat verilib. Aysun atası ilə danışmaq istəmədiyini deyib. Onun bu qərarı studiya və tamaşaçlar arında müzakirə yaradıb
08.02.2026 696 "Boşandığımızı kim deyib?" - Murad
Aktyor Murad İsmayıl keçmiş həyat yoldaşı Ülviyyə Xalinbəyova ilə bağlı açıqlama verib. xəbər verir ki, sənətçi bu barədə "Tarixin bir günü" verilişində danışıb. O, şəxsi həyatı ilə bağlı səslənən söz-söhbətlərə aydınlıq gətirib:. "Bizim boşandığımızı kim söyləyib? Kim deyibsə, elə onda
01.02.2026 1206 "Diskotekanın bünövrəsini mən qoymuşam"
"İndiyənə qədər hər nəsil dəyişəndə mənim nəğmələrimi sevib. 60 il bunu qoruyub saxlamaq sizə zarafat gəlməsin". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev "Gün ortası" verilişində deyib. Müğənni sənət fəaliyyətindən danışaraq, bir çox yeniliyin məhz onu
08.02.2026 313 Şeyma Subaşından özünə qadağa
Narkotik araşdırması çərçivəsində qadağan olunmuş maddələrlə bağlı test nəticəsi müsbət çıxan sosial media fenomeni Şeyma Subaşı yeni qərar alıb. Axşam.az xəbər verir ki, Subaşı "Bundan sonra bikini şəkillərimi və videolarımı nadir hallarda görəcəksən" açıqlamasını verib. Artıq bikini şəkillərin
01.02.2026 675