Saxta yumurta iddiaları: Əsl və saxta yumurtanı necə ayırd etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Saxta yumurta iddiaları: Əsl və saxta yumurtanı necə ayırd etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon günlər sosial şəbəkələrdə Çindən gətirildiyi iddia olunan saxta yumurtalarla bağlı paylaşımlar geniş müzakirə olunur. Bu iddialar əhali arasında narahatlıq yaradıb və bir çox insan bazarlarda və mağazalarda satılan yumurtaların həqiqətən təbii olub-olmadığını düşünməyə başlayıb. Xüsusilə gündəlik qida rasionunda geniş istifadə olunan yumurta ilə bağlı yayılan bu məlumatlar istehlakçıların diqqətini daha da artırıb.

Yumurtanın keyfiyyətini və təbii olub-olmadığını müəyyən etmək üçün bir sıra sadə üsulların olduğu bildirilir. İstehlakçılar yumurtanın həm xarici görünüşünə, həm də sındırıldıqdan və ya bişirildikdən sonra göstərdiyi xüsusiyyətlərə diqqət etməklə müəyyən fərqləri görə bilərlər. Bəs əhali əsl yumurta ilə saxta yumurtanı necə ayırd edə bilər? Bu sual hazırda ən çox müzakirə olunan mövzulardan biridir.
Saxta yumurta iddiaları: Əsl və saxta yumurtanı necə ayırd etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, sosial mediada tez-tez "saxta yumurta" videoları yayılır.

Ümumiyyətlə saxta yumurta varmı?

Burada iki anlayışı ayırmaq vacibdir:

- Sənaye üsulu ilə istehsal olunan "yumurta alternativləri".

Bəzi ölkələrdə, xüsusilə ABŞ və Avropada, bitki mənşəli "egg substitute" məhsulları istehsal olunur. Məsələn, JUST Egg adlı şirkət bitki əsaslı maye "yumurta" alternativi istehsal edir. Bu məhsullar açıq şəkildə alternativ kimi satılır, üzərində tərkibi yazılır və istehlakçını aldatmaq məqsədi daşımır. Onlar adətən veganlar və ya allergiyası olan şəxslər üçün nəzərdə tutulur.

- Sosial mediada yayılan "saxta yumurta" iddiaları.

İllər əvvəl belə xəbərlər yayılmışdı. Praktiki baxımdan isə tam sintetik yumurta hazırlayıb onu toyuq yumurtasından ucuz başa gətirmək çətindir. Yumurta özü artıq çox ucuz və əlçatan məhsuldur. Kimyəvi komponentlərlə qabıqlı, sarısı və ağı ayrılan, bişərkən struktur dəyişən, dad və qoxu baxımından eyni nəticə verən məhsul hazırlamaq həm texniki, həm də iqtisadi baxımdan sərfəli deyil.

Yəni alternativ yumurta məhsulları var, amma geniş bazarda gizli şəkildə "saxta toyuq yumurtası" istehsalı və yayılması barədə etibarlı sübut yoxdur.

Azərbaycan bazarında saxta yumurta varmı?

Hazırda Azərbaycanda dövlət qurumları tərəfindən "saxta yumurta"nın satışda olması ilə bağlı rəsmi təsdiqlənmiş fakt yoxdur.

Ölkədə qida təhlükəsizliyinə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir. Bu qurumun açıq məlumat bazasında və rəsmi açıqlamalarında saxta yumurta ilə bağlı kütləvi hal qeyd olunmayıb.

Azərbaycan bazarında satılan yumurtalar əsasən, yerli quşçuluq fabriklərinin məhsuludur, baytarlıq və sanitariya nəzarətindən keçir, qabıq üzərində kod və ya marka olur.

Sağlam qidalanaraq sağlam yaşayın!

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 974   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

18:30 1
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 195
.

Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?

Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma

18:45 1
.

Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?

Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar

05.10.2026 444
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 180
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

14:19 158
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 391
.