Azərbaycanın First Lady`sinə Krans Montana Forumunun Qızıl Medalı verildi

Belçikanın paytaxtı Brüsseldə dünən Azərbaycanın First Lady`si Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı verildi.

Krans Montana Forumunun Qızıl medalı insanlıqda üstün xidmətləri olan insanlara verilir. Mərasimi Krans Montana Forumunun sədri Jan Pol Karteron açdı. "Biz bu mükafatı Mehriban Əliyevaya daha yaxşı dünya qurmaq üçün sərf etdiyi səylərə görə veririk" deyən Jan Pol Karteron, Qızıl medalı qəbul etdiyi üçün First Lady`yə təşəkkür etdi.

İSESKO baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də mərasimdə iştirak etdiyi üçün məmnun olduğunu ifadə etdi. Mehriban Əliyevanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni vurğulayan İSESKO baş direktoru Əl-Tüveycri, Krans Montana Forumunun Qızıl medalını aldığı üçün Mehriban Əliyevanı təbrik edərək, Krans Montana 'Forumunun Qızıl Medalını Mehriban Əliyevaya təqdim etdi.

Daha sonra bir çıxış edən Azərbaycanın First Ladysi Mehriban Əliyeva, "Krans Montana Forumunun Qızıl medalını mənə verdiyiniz üçün sizə təşəkkür edirəm. Bu il Azərbaycanın da təmsil edildiyi Krans Montana Forumuna qatılmaqdan çox məmnunam "dedi.

"Bu il biz müstəqilliyimizin 20-ci ilini qeyd edirik. Azərbaycan, müstəqil bir ölkə kimi daha gəncdir, amma köklü bir tarixi keçmişə malikdir. Cənubi Qafqazda Xəzər sahilində ilk dövlətlər M. Ö II-I. minillikdə mövcud idi. Tarixi İpək Yolu ölkəmizin ərazisindən keçmiş və Azərbaycan uzun əsrlər boyu mədəniyyətlərin qovşağında yerləşmişdir "deyən Əliyeva danışmasına belə davam etdi:

"1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası İslam dünyasında ilk parlamentar respublika oldu. O dövrdə qızlar üçün məktəb açıldı. Azərbaycan qadınları seçmə haqqı qazandılar, ilk opera və balet yaradıldı. Təəssüf ki, respublika ciddi geosiyasi problemlərlə qarşılaşdı və Azərbaycan Demokratik Respublikası 23 ay yaşadı. 70 ildən sonra Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə yenidən qazandı. Ermənistan, Azərbaycanın torpaqlarının yüzdə 20in işğal etdi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün kimi yaşamaq məcburiyyətində qaldı.

Azərbaycan artıq siyasi, iqtisadi, idman, mədəniyyət və digər istiqamətlərdə sürətlə inkişaf etməkdədir. Xüsusilə də 2004-cü ildə Heydər Əliyev Fondunun qurulmasından etibarən bir çox sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Eyni zamanda Azərbaycanın mədəni irsinin qorunmasına əhəmiyyətli qatqılar təmin etmişdir. Bundan başqa Fond qaçqın və məcburi köçkünlərin problemləriylə əlaqədar bir sıra layihələr həyata keçirmişdir.

"Azərbaycan-tolerantlıq məkanı" layihəsi Fond üçün ayrı bir əhəmiyyət daşıyır. Mədəni müxtəliflik baxımından tolerantlıq ənənələrini davam etdirməyi nəzərdə tutan Fond bir sıra məscid, sinaqoq və Pravoslav kilsələrinin abadlıq-təmir işlərini həyata keçirmişdir. Bundan başqa Pakistanda zəlzələ nəticəsində yıxılan qızlar məktəbini yenidən inşa etmişdir.

Heydər Əliyev Fondu bu yaxınlarda Parisdə təşkil edilən muzey əsərləri sərgisində böyük müvəffəqiyyət qazanmışdır. Fond, YUNESKO, İSESKO, BMT-nin İnkişaf Proqramı (UNDP) və YUNİSEF kimi bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla mədəniyyətlərarası dialoq əməkdaşlığını davam etdirir.

Bundan əlavə Fond "Evrovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakını təmin etmişdir. 2011 ilin yazında Azərbaycan Dünya Mədəniyyətlərarası Forumuna ev sahibliyi etməkdən qürur duydu. Məncə, bu, Krans Montana Forumunun "Daha humanitar dünyaya sadiq qalaq" şüarıyla üst-üstə düşür. Çünki elm, texnologiya və iqtisadi sahədə əldə edilən müvəffəqiyyətlərdən əlavə insanlara yaxşılıq və mərhəmət lazımdır. Bu mükafatı almaqdan şərəf duydum. Ortaq səylərimizin daha böyük uğurlara yol açacağına əminəm.

Mərasim iştirakçıları bir daha Azərbaycanın First Ladysini bu yüksək mükafata layiq görülməsi səbəbiylə təbrik etdilər, ona işlərində müvəffəqiyyətlər arzuladılar. Son olaraq da xatirə olaraq şəkil çəkdirdilər.
Azərbaycanın First Lady`sinə Krans Montana Forumunun Qızıl Medalı verildiAzərbaycanın First Lady`sinə Krans Montana Forumunun Qızıl Medalı verildiAzərbaycanın First Lady`sinə Krans Montana Forumunun Qızıl Medalı verildiAzərbaycanın First Lady`sinə Krans Montana Forumunun Qızıl Medalı verildiAzərbaycanın First Lady`sinə Krans Montana Forumunun Qızıl Medalı verildi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1919   Tarix: 27 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 569
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 405
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

03.05.2024 335
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 207
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 287
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 715
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 311
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 236
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 187