Zabit Səmədov: "Jan Klod Van Dammın təklifini qəbul etdim"

Zabit Səmədov: "Jan Klod Van Dammın təklifini qəbul etdim"BiG.AZ azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun azerisport.az saytına müsahibəsini təqdim edir:

- İlk olaraq Qroznıda keçirilən yarış barədə danışaq. Qalib gəldiyiniz rəqib Pol Slavinskiyə 8 il əvvəl məğlub olmusunuz.

- Çox möhtəşəm yarış oldu. Çeçenistan prezidenti, əziz dostum Ramzan Kadırova təşəkkür edirəm. Yüksək təşkilatçılıqla yadda qalan turnirin əsas məqsədi revanş görüşünün baş tutması idi. Pol Slavinskiylə mübarizə çox maraqlı alındı. Etiraf edim ki, döyüşdən əvvəl onun dediyi sözləri mənə toxunmuşdu. O deyirdi ki, Zabit gərək revanş istəməzdi. Əminliklə söyləyirdi ki, revanş olmayacaq. Əslində mən belə sözlərə fikir vermirəm. Hər zaman istəyirəm ki, qələbə qazanım.

- Üç raund zamanı üç nokdaun oldu. Sanki görüşün tez başa çatmasını istəyirdin....

- İlk raund zamanı istəyirdim onu nokauta yollayım. Bütün raundlar üstünlüyüm şəraitində keçdi. Sadəcə, hakimlər görüşü dayandırmadılar. Bəlkə də görüşü saxlamaq olardı, amma qələbə hər zaman qələbədir. Sonda hakimlərin yekdil qərarıyla qalib elan olundum. Çeçenistanda mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm. Arenada olan insanlar idmançını qələbəyə səsləyirlər. Məhz buna görə də belə turnirdə qalib olmaq sevindiricidir.

- 2008-ci ildəki görüşlə indiki revanş arasında fərq nədir?

- O vaxt mən bu qədər təcrübəli deyildim. Amsterdamda baş tutan görüşdə Slavinski hakimlərin qərarına əsasən qələbə qazanmışdı. Qroznıda Slavinski zəif idmançı olmadığını göstərdi. Üç dəfə nokdauna düşsə də, sona qədər mübarizəni davam etdirdi. Amma müqayisə etsəm, rəqib 8 il əvvəl daha güclü idi.

- 2015-ci ili özün üçün necə qiymətləndirirsən?

- Bu il mənim üçün çox uğurlu oldu. 5 görüş keçirdim. Bütün görüşlərdə qələbə qazandım. Ümumilikdə 3 ildən çoxdur ki, məğlub olmuram. Düzdür, görüşlərim çox oldu, hətta zədə aldım. Amma qələbədən sonra bütün ağrılar sağalır. 2016-cı ildə 3 görüş keçirməyi düşünürəm. Hazırda istirahətdəyəm. Həm də sol ayağımda və əlimdə olan zədələri sağaldıram. Bildiyiniz kimi, görüşdə də sol ayaqdan istifadə etmirdim. Çünki tam sağalmamışam.

- Yenə revanşlar var?

- Surinam idmançısı, məşhur döyüşçü Errol Simmermanla revanş görüş ola bilər. Hazırda bu görüş müzakirələr səviyyəsindədir. Eyni zamanda başqa güclü idmançılarla görüşlər gözlənilir.

- Bir müddət əvvəl Badr Hariylə yenidən görüşəcəyin söylənilirdi...

- Badr Hariylə duelimiz hamı üçün maraqlıdır. Biz hər ikimiz yenidən görüşməyə etiraz etmirik. Amma heç birimizə rəsmi təklif olmayıb. Son dəfə onunla görüşəndə bu barədə danışmadıq. Bildiyimə görə, Hari daha bir görüş keçirmək istəyir və bundan sonra karyerasını başa vuracaq. Ondan soruşdum ki, son görüşdə mənimlə görüşmək istəyərdinmi? Cavab vermədi. İstənilən halda Hari güclü idmançıdır.

- Qroznıda qələbədən sonra çoxlu sayda təbriklər qəbul etmisən. Eşitdiyimizə görə, hətta Jann Klod Van Damm da təbrik edənlər sırasında olub...

- İlk olaraq möhtəşəm turnirə və qonaqpərvərliyə görə Ramzan Kadırova təşəkkür edirəm. Çox gözəl avtomobil hədiyyə etdi mənə. Maşın üçün 95 seriyalı nömrə xahiş etmişəm, onunla maşını hər yerdə sürmək imkanım olacaq. Daha bir təbrik məşhur aktyor, hollivud ulduzu Jan Klod Van Dammdan gəldi. Uşaqlıq illərində onun kinolarına baxaraq məşq etmişəm. Onu özümə kumir seçmişdim. Van Damm təbrik etdi və döyüşlərimi izlədiyini bildirdi. Belə məşhur insandan təbrik almaq çox sevindiricidir. Eyni zamanda o məni 2016-cı ildə Los-Ancelesə dəvət etdi. Orada birgə hazırlıq keçməyi təklif etdi və mən də təklifi qəbul etdim.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 10458   Tarix: 29 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898