"Dollar qalxanda heç kim sinəsini qabağa vermədi"- Deputat

"Dollar qalxanda heç kim sinəsini qabağa vermədi"- DeputatMillət vəkili Vahid Əhmədov parlamentin bugünkü iclasında manatın devalvasiyası ilə bağlı cəmiyyətdə yaranmış gərginliyə toxunub.

BiG.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat hökuməti bu məsələ ilə bağlı gecə-gündüz işləməyə çağırıb:

"Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi, isə əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik morotorium qoyulsun.

Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseelər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli omağa çağırırıram".

Spiker Oqtay Əsədov isə cavabında bunları deyib: "Bu istiqamətdə cənab prezidentin hökumətə ciddi tapşırıqları var. Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək".

Millət vəkili Fazil Mustafa qeyd edib ki, keçən dəfəki devalvasiyanın şokundan çıxmamış yenidən 50 faizlik devalvasiya baş verib: "Əhali yoxsullaşandan sonra bunu başa düşür. Amma çıxış yolu ilə bağlı heç nə demirlər. İdxal bərpa olunacaqmı? İnhisarçılıq ləğv ediləcəkmi? Monopoliya aradan götürüləcəkmi? Keçən dəfə manat qalxanda yalnız Zahid Oruc sinəsini qabağa verib bunu dəstəklədi. İndi isə heç kəs bu məsələdə özünü qabağa verərək nəsə demək istəmir. Dövlətin bank sektoru vasitəsilə vətəndaşın götürdükləri krediti qaytarmaq imkanı yoxdur. Vətəndaşın vəziyyətini düşünürək işlər görülməlidir. Dövlət komitələrinin, nazirliklərinin sayı azalmalıdır. İcra hakimiyyətlərinə verilən vəsait azalmalıdır. Bu vətəndaşa çatdırılmalıdır. Çatdırılmadığı üçün əhalidə çaş-baş yaranıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1498   Tarix: 29 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111
.

Bərbərxana və gözəllik salonları yenidən bağlanır

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. "Qafqazinfo"nun məlumatına görə, məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində bərbərxana və gözəllik salonları bağlanacaq. Bun

18.06.2020 2779
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606