Sürücülər üçün yeni cərimələr

Sürücülər üçün yeni cərimələrSon günlər avtomobillərində yanğınsöndürmə balonu və tibb çantası olmayan sürücülərin cərimələnməsi ilə bağlı xəbərlər ictimaiyyətdə müzakirə obyektinə çevrilib. Bəzi şəxslər bu istiqamət üzrə də cərimələrin artırılacağını bildirirlər.

BiG.AZ xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev musavat.com-a açıqlamasında bildirdi ki, bəhs etdiyimiz məsələ ilə bağlı cərimələr sərtləşdirilməyib:
"Qanuna görə, avtomobilində tibb çantasının və yanğınsöndürmə balonu olmayan sürücülər hər zaman cərimələnib. Yəni bu, yeni deyil. Proses Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, məcəllənin 166-cı maddəsinin 1-ci bəndinə görə, xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə üç manatdan beş manatadək miqdarda cərimə edilir. Həmçinin 166-cı maddənin 2-ci bəndində isə bildirilir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə, on manatdan on beş manatadək miqdarda cərimə edilir. Bu cərimələrdə heç bir dəyişiklik edilməyib".

Bəs avtomobilin tibb çantasında nələr olmalıdır?

Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il Tarixli 09 nömrəli əmrlə təsdiq olunmuş avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibi barədə aşağıdakılar bildirilir:
1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:
1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) qutu 1
1.2. Portativ hipotermik (soyuducu) paket - Konteyner ədəd 1
1.3. Natrium sulfasil məhlulu tubik 1
1.4. Aspirin qutu 1
2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vəsaitlər:
2.1. Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut ədəd 1
2.2. Steril bint 10x5 ədəd 1
2.3. Qeyri-steril bint 10x5 ədəd 1
2.4. Qeyri-steril bint 5x5 ədəd 1
2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı ədəd 1
2.6. Bakterisid leykoplastr 2,5x7,0 yaxud 2x5 ədəd 8
2.7. Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3 maq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli «Koleteks QEM» steril salfetləri yaxud statin (toz halında) 1,0q dəst 3
2.8 Spirtdə 5 faizli yodun yaxud1 %-li brillant abısının məhlulu (zelyonka) flakon 1
2.9. 1x500, yaxud 2x500, yaxud 1x250 sm öçüdə leykoplastr ədəd 1
2.10. Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən ədəd 1
2.11. Pambıq 50 q bağ 1
3. Ürək ağrılarına qarşı vəsaitlər:
3.1. Nitroqliserin həbləri №40 yaxud kapsulası №20 (trinitrolonq) qutu 1
3.2. Validol (tabletka yaxud kapsula) qutu 1
4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:
4.1. Süni nəfəs vermək üçün alət - «Ağız-qurğu-ağız» ədəd 1
5. Bayılmaya qarşı vasitə:
5.1. Ammiak məhlulu (naşatır spirti) flakon 1
6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:
6.1. Enterodez qutu 2 yaxud aktivləşdirilmiş kömür №10 qutu 1
7. Stres hallarına qarşı vəsaitlər:
7.1. Korvalol flakon 1
8. Küt uclu qayçı ədəd 1
9. Təlimat ədəd 1
10. Plastmass futlyar ədəd 1


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2032   Tarix: 28 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Səbəbkar özüdür"

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib. Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:. "Onu

23.07.2020 11000
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Bərbərxana və gözəllik salonları yenidən bağlanır

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. "Qafqazinfo"nun məlumatına görə, məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində bərbərxana və gözəllik salonları bağlanacaq. Bun

18.06.2020 2779