Tütündən istifadənin azaldılması nəzərdə tutulur- Yeni

Tütündən istifadənin azaldılması nəzərdə tutulur- YeniAzərbaycanda tütündən istifadənin, həmçinin fiziki passivliyin 10 faiz azaldılması nəzərdə tutulur.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"da deyilir.

2020-ci il üçün Strategiyanın hədəflərinə 2014-cü illə müqayisədə tütündən istifadənin 10% azaldılması; gündəlik duz istehlakının adambaşına 5 qramadək azaldılması; böyüklər arasında fiziki passivliyin 10%-dək azaldılması; piylənmənin yayılmasında artımın qarşısının alınması; şəkərli diabetin yayılmasının artım tempinin azaldılması; hipertoniya ilə xəstələnmə səviyyəsinin stabilləşdirilməsi və azalma tendensiyasına nail olunması; ilkin səhiyyə səviyyəsində QİX-in müalicəsi üçün əsas dərman preparatları və diaqnostik texnologiyalarla əhalinin ən azı 90%-nin əhatə olunması daxildir.

Strategiyada bildirilir ki, qeyri-infeksion xəstəliklərin (QİX) yaranmasının şərtləndirici amillərinin əksəriyyəti səhiyyə sahəsi ilə bağlı olmadığından bu xəstəliklərlə əlaqədar sağlamlıq göstəricilərinə müsbət təsiri təmin etmək üçün sahələrarası məqsədyönlü tədbirlərin həyata keçirilməsi və əlaqələndirilməsi zəruridir. QİX-in qarşısının alınması və onlara nəzarət üçün nəzərdə tutulmuş büdcə vəsaitindən səmərəli istifadə baxımından da bütün aidiyyəti dövlət orqanlarının planlaşdırma, rəhbərlik, nəzarət və dövlət siyasətinin qiymətləndirilməsi prosesinə cəlb edilməsi ilə yüksəksəviyyəli çoxsahəli mexanizmin yaradılması vacibdir.

Qeyd olunur ki, QİX-in risk amillərinin azaldılması üçün görülən işlərin məqsədi hər kəs üçün sağlam olmaq imkanlarının təmin edilməsi və əhali arasında sağlamlığın qeyri-bərabərliyinin azaldılmasıdır. Buraya çoxsahəli tədbirlər, o cümlədən dövlət səviyyəsində tədbirlərin hazırlanması, ictimaiyyətin səfərbərliyi, ətraf mühitlə bağlı tədbirlər, səhiyyə sisteminin təşkili və xidmətlərin göstərilməsi, qanunvericilik və tənzimləmə üzrə proqramlar daxildir. Strategiya kənd təsərrüfatı, maliyyə, ticarət, nəqliyyat, şəhərsalma, təhsil və idman kimi bir çox sahələrdən həm dövlət, həm də qeyri-dövlət tərəfdaşların (tütün sənayesi istisna olmaqla) cəlb edilməsini tələb edir.

QİX-ə qarşı mübarizənin həyata keçirilməsi üzrə Strategiya, səmərəli profilaktik (ilkin profilaktika, skrininq və yüksək risk qruplarına aid əhali arasında QİX-in erkən aşkarlanması), müalicə, reabilitasiya xidmətlərinin və palliativ xidmətlərin göstərilməsini təmin edir. Yaxşı idarə edilən inteqrasiya olunmuş QİX ilə mübarizə sahəsində xidmətlər səhiyyə sisteminin hər bir səviyyəsində bütün əhaliyə əlverişli, əlçatan və bərabərlik prinsipinə əsaslanan səhiyyə xidmətlərinin göstərilməsini və xəstələnmənin, əlilliyin, vaxtından əvvəl ölümün azaldılmasını təmin edir. QİX üzrə inteqrasiya olunmuş Strategiyanın həyata keçirilməsi, QİX-in uzunsürənliyinə və belə xəstəliklərə nəzarətə xüsusi diqqət yetirməklə səhiyyə sisteminin bütün səviyyələrində tibbi xidmətlərin gücləndirilməsi və əhalinin bu xidmətlərlə hərtərəfli əhatə edilməsinin yaxşılaşdırılması pasiyentlərin sağlamlıq hüquqlarını təmin edir. Büdcə vəsaiti bütün tibb müəssisələrinə QİX-in qarşısının alınması Strategiyasına uyğun olaraq bölünməlidir.

Bildirilir ki, mükəmməl fəaliyyət göstərən səhiyyə informasiya sistemi aparılan siyasətin səmərəliliyinin və proqramların təsirinin qiymətləndirilməsi, QİX-in və onların əsas risk amillərinin dinamikasının izlənilməsi üçün zəruri vasitələri təmin etməklə, bu xəstəliklərə qarşı mübarizəyə yönəldilmiş tədbirlərin həyata keçirilməsi prosesini gücləndirir. Bu sahədə aparılan tədqiqatlar QİX-in qarşısının alınması və onlara nəzarət üçün gender, yaş və digər sosial amillərə əsaslanan siyasətin gücləndirilməsi üzrə ən düzgün qərarların qəbul olunmasına imkan yaradır. Belə bir informasiya sisteminin əsasının qoyulması və fəaliyyətinin təmin edilməsi üçün ictimai səhiyyə sahəsində aparılan tədqiqatlara kifayət qədər maliyyə vəsaiti ayrılmalıdır.

Strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli, zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir. Monitorinq və qiymətləndirmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar edilməsi, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatları təmin etməlidir.

Bu Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətləri həm səhiyyə sisteminin, həm də digər aidiyyəti dövlət qurumlarının hazırlığı nəzərə alınaraq, islahatların məqsədini və strateji istiqamətlərini, onların reallaşdırılması üçün keçiriləcək tədbirləri, icraya məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini müəyyən edir. Strategiyanın icrasının gedişi barədə Azərbaycan Səhiyyə Nazirliyi ildə iki dəfə Nazirlər Kabinetinə hesabat təqdim edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1685   Tarix: 23 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345