Qarabağ FK

Azərbaycanın ən köklü futbol klublarından olan Ağdamın "Qarabağ" Klubunun əsası 1951-ci ildə qoyulmuşdur. 1966-ci il Azərbaycan SSRİ daxili birinciliyində "Məhsul" adı ilə çıxış edən Ağdam klubu iki il sonra fəaliyyətini dondurmuş və 70-ci illərin sonunda bərpa olunaraq bu dəfə "Şəfəq" və "Kooperativ" adı daşımış və nəhayət 1988-ci ildə "Qarabağ" adı ilə ölkə çempionatının qızıl medallarına yiyələnmişdir.

Qarabağ FK1993-cü ildə Ermənistan və Azərbaycan arasında gedən müharibədə Ağdam rayonunun düşmən tərəfindən işğalından sonra doğma "İmarət" stadionundan didərgin düşən "Qarabağ" o vaxtdan ev oyunlarını məcburi şəkildə Bakı şəhərində keçirməyə başlamışdır. Bununla belə, ağır maliyyə və infrastruktur çətinliyinə baxmayaraq Ağdam futbolçuları 1993-cü ildə müstəqil Azərbaycanın ikinci milli çempionatının qızıl medallarına və ölkə kubokluna yiyələnərək ilk titulunu qazanmaq sevinci yaşayır. Eyni naliyyəti 1997-ci ildə də təkrarlayan klub sonralar maliyyə problemləri ilə əlaqədar bir qədər kölgəyə çəkilsə də 1999-cu ildə Avropa Kuboklarında mərhələ adlayan ilk Azərbaycan klubu kimi adını tarixə yazdırmağı bacarır. Belə ki, UEFA İnterToto kuboku çərçivəsində İsrailin güclü "Makkabi" Hayfa klubunu səfər meydanında 2:1 hesabı ilə məğlub edən "Qarabağ" bununla da bir ilkə imza atmış olur. Bu, həm də 1996-99-cu illər arasında davamlı olaraq Azərbaycanı UEFA bayrağı altındakı yarışlarda təmsil edən klubun ən uğurlu göstəricisi idi.

Qarabağ FKNəhayət, 2001-ci ildə "Azersun Holding" tərəfindən himayəyə götürülməsilə çətin günlərə əlvida deyən "Qarabağ" 2006-cı ildə muzeyini ölkə kuboku ilə zənginləşdirsə də, Avropa kuboklarında uğurlu çıxış üçün uzun müddət gözləməli olur. 2008-ci ildə məşhur türkiyəli mütəxəssis Rasim Karanın klubdan gözlənilməz gedişindən sonra baş məşqçi postuna gətirilən yaxın keçmişin məşhur futbolçusu Qurban Qurbanov kluba tarixinin ən uğurlu dövrünü yaşadır. 2009-cu ildə heyətinin 99%i yerli futbolçulardan təşkil olunan klub Azərbaycan kubokunun qalibi olaraq Avrokuboklarda iştirak hüququ əldə edir. UEFA Avropa Liqasının ikinci seçmə mərhələsində bəxtinə rəqib olaraq Norveç futbolunun flaqmanı "Rosenborg" düşən klub inanılmazı həyata keçirərək Rəşaq Sadıqovun fantastik qolu ilə rəqibi mübarizədən kənarlaşdırır - 1:0. Sanki ikinci nəfəsi açılan Ağdam klubu eyni aqibəti hər iki oyunda Finlandiyanin güclü "Honka" klubuna da yaşadır (2:1; 2:1) Avropa Liqasının qrup mərhələsinin bir addımlığında olan komandanın qarşısını isə son Hollandiya çempionu "Tvente" kəsir (0:0; 1:3).

Qarabağ FKQarabağ FKQarabağ FKBu minvalla klub tariximizin ən uğurlu nəticəsinə imza atan "Qarabağ" 2009/10 mövsümündə ölkə çempionatında bürünc mükafata sahib çıxaraq yenidən Avropa Liqasında oynamaq hüququ əldə edir. Bir mövsüm öncəki uğurlardan qətiyyən arxayınlaşmayan klub 2010-cu il Avropa kuboklarında da qələbələri sıralayır. Avropa Liqasında növbə ilə Makedoniyanın "Metalurg" (4:1; 1:1), Şimali İrlandiyanın "Portadoun" (2:1; 1:1), Polşanın məşhur "Visla" (3:2, 1:0) klublarını mübarizədən kənarlaşdıraraq Azərbaycan tarixinin Avropa kuboklarında ən uğurlu klubu olduğunu bir daha isbatlayır. Komandanın qrup mərhələsinə gedən yolunu isə dünya nəhəngi Almaniyanın "Borrusiya" Dortmund klubu kəsir.

Qarabağ FKBu gün "Qarabağ" Azərbaycanı Avropada layiqli təmsil etməklə yanaşı, futbolçu fabriki funksiyasını da yerinə yetirməkdədir. Təsadüfi deyidir ki, Azərbaycan milli yığma komandasının heyətinin 70%i məhz Ağdam klubunun futbolçularından təşkil olunub. Gənc futbolçuların yetişdirilməsinə xüsusi önəm verən klubun əvəzedici heyəti 2009/10 mövsümündə ölkə çempionu adını qazanmışdır.

"Qarabağ" 2009/10 mövsümündə bir çox ev oyunlarını Ağdamın Azərbaycan ərazisində yerləşən Quzanlı qəsəbəsi Olimpiya Kompleksinin stadionunda keçirməklə qaçqın azarkeşlərə böyük sevinc bəxş etmiş oldu.

Qarabağ FK


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 16098   Tarix: 23 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

TOP MP3