Abort olunan uşaqlar bunu hiss edir!

Abort olunan uşaqlar bunu hiss edir!Neçə-neçə Azərbaycan vətəndaşının ürəyi doğulmadan, elə ana bətnində dayanır.

Özü də onların ölümünə qərar verənlər özgələri yox, elə doğma ana - ataları olub. Söhbət hamiləliyin süni surətdə pozulmasından-abortdan gedir.

Abort zamanı baş verən bu faciənin daha da ağırlaşması ana bətnində olan uşağın əslində ağrıları da hiss etməsidir!

Bu artıq qəbul olunmuş və sübut olunmuş elmi bir faktdır. Artıq 7-ci həftəsində uşaq başını ağrı olan tərəfdən kənara qaçırır və ya yana çevirir (həyatının digər dövrlərində olduğu kimi)...

Bəzən analar istəməsə belə kişilərin günahı ucbatından övladının ölməsinə, abort olunmasına göz yumur. Bu yazını bir uşağın dilindən yazıram. Oxuyun görün övladlarınız sizin hər bir hissinizi necə hiss edir və əzab çəkir.

"Göyün dərinliklərində ağ-appaq bir dünya vardı. Bu dünyada pambıq kimi yumşaq buludların üstündə balaca, qəşəng evlər vardı. Bu evlərdə şipşirin körpələr yaşayırdı. Onların yarısından çoxu dünyada abort edilib, qalanları isə dünyaya gəlməyə hazırlaşırdılar. Hər tərəfi təravətli həyat qoxan, körpə qoxusu bürümüşdü. Onların qığıltıları səsləri, məsum gülüşləri hər tərəfə yayılmışdı. Körpələr buludların üzərində oturduqları anda birdən uzaqdan buludlara tərəf uzanan yolda balaca lap balaca bir körpənin gəldiyini gördülər. Bu məsum heçnədən xəbəri olmayan körpənin ayaqları, qolları yox idi. Başından isə qan axırdı. Körpə çox yorğun və ağlamış vəziyyətdə idi. Dünyadan qayıdan bu körpə nəhayət ki, gəlib onların yanına çatdı. Buludların üzərində oturan körpələr ondan soruşdu: Hardan gəlirsən? Körpə köks ötürərək dedi: Dünyadan. Soruşdular ki, niyə qayıtdın? Körpə kökrək halda dedi: Məni istəmədilər. Soruşdular bəs ayaqlarına, qollarına nə olub? Körpə yerdə oturub sıyrılmış boynunu yana əydi. Boynundan qan damçıları süzülərək dedi: Atamla anam məni çağırandan sonra yerə endim. Anam mənim üçün qarnında rahat yataq düzəltmişdi. Onun qarnında günlərim çox gözəl keçirdi. Anam məni sığallayır, əzizləyirdi. Deyirdi ki, yolumu səbirsizliklə gözləyir, məni çox lap çox istəyir. Anama güvənirdim, onun qarnında xoşbəxt yaşayırdım. Atam da məni çox sevirdi. Anamın qarnını öpüb, bu sonsuz sevgiyə görə məni kövrəldirdirdi. Mən ümidli idim. İşıqlığa çıxandan sonra onların ağıllı balası olacaqdım, onlar həmişə mənimlə fəxr edəcəkdirlər. Böyüyüb anamın arzuladığı yerlərdə olacaqdım. Axı onun mənim üçün xəyalları həddən artıq çox idi. Mən insanları, ailəmi çox sevəcəkdim, anam kimi. Bütün bunları həyata keçirtmək üçün çox tələsirdim. Amma bir gün o an gəldi və atam anamla mübahisə etdikdən sonra atam anamın qarnına (yəni mənə) bir təpik vurdu. Anam mənim üçün çox qorxurdu. Anamın içinə axıtdığı göz yaşları mənim üstümə töküldü. Az qala boğulacaqdım. Artıq atamdan ayrılmışdılar. Həm ayrılmağının həm də mənim gələcəyim haqqında fikirləşirdi. Məni necə tək böyüdəcəyini fikirləşirdi. Amma mənim olmağımı da səbrsizliklə gözləyirdi. Mənim üçün həyatdan daha da bərk yapışmışdı. Sonra məndə ağladım. Çünki atamın vurduğu təpikdən sonra artıq həyatda qala bilmirdim. Sonra anam məni qarnında hiss etmədikdən sonra həkimə getdi və mənim artıq ölmək üzərə olduğumu bildi. Yalvarıb onu səslədim, daha ağlama dedim. Məni eşitmirdi. Büzüşüb, soyuqdan tir-tir əsirdim. Səhəri gün, anamın dünyaya gəldiyi gün məni onun qarnından çıxartmaq üçün əməliyyat otağına apardılar. Cansız bədənimi, birinci ayaqlarımı, sonra isə qollarımı kəsdilər. Təkcə anamın qarnından çıxarıldıqdan sonra, onun dərindən ah çəkdiyini eşitdim. Bir də məni doğrayan cəllad cərrahın son sözlərini eşitdim: Üzülmə qızım, hələ cavansan bir də olar. Nənəm əlləri ilə məni anamın doğulduğu gün qəbrə qoydu...

Körpələr onu dinləyib kədərləndirlər. Bu zaman saçları qıvrım, yanaqları toppuş, bapbalaca körpə qızlardan biri ayağa durub, dedi: Bacılar, qardaşlar mən artıq getməliyəm, salamat qalın. Bunu eşidən abort edilmiş körpələr ağlıyaraq getmə, insanlar səni də öldürəcək dedilər..."
Abort olunan uşaqlar bunu hiss edir!Hər abort bir dayanan ürək deməkdir. Bir cüt gözün görməyəcəyi deməkdir. Bu, bir cüt əl deməkdir ki, heç vaxt tərpənməyəcək. Bu, bir cüt ayaqdır ki, heç vaxt qaçmayacaq. Bu, bir ağızdır ki, heç bir söz deyə bilməyəcək. Əziz xanımlar, bətninizdəki körpəniz hələ çox kiçik olsa da, hər şeyi sizinlə birlikdə yaşayır, hiss edir. Abort etdirib, sonra bir ömür boyu vicdan əzabı ilə baş-başa qalmayın. Qıymayın öz balanıza!

Qəmər Əliyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5155   Tarix: 05 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 483
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

05.05.2024 209
.

Paltaryuyan maşın gün ərzində neçə dəfə istifadə edilə bilər?

Paltaryuyan maşında yuyulmalar arasında fasilə verilməsə, cihazın ömrü xeyli azalacaq. xəbər verir ki, bununla bağlı hər kəs ehtiyatlı olmalıdır. Paltaryuyan maşın nə qədər tez-tez işlədə bilər?. Birincisi, yuyulmalar arasında fasilə lazımdır. Paltaryuyan maşın ən azı 30 dəqiqə, əsasən isə iki-üç saa

05.05.2024 1071
.

"TikTok"da bir-birini tapan "əkizlər" trend oldu

TikTok sosial şəbəkəsində bir-birlərinə çox bənzəmələri ilə diqqət çəkən iki azərbaycanlının söhbəti trend olub. -ın xəbərinə görə, biri Zərdab, digəri Ağcabədi rayonundan olan Məhəbbət və Ədalət adlı bu iki nəfər sosial şəbəkədə təsadüfən tanış olublar və oxşarlıqlarına özləri də mat qalıblar. Sosia

05.05.2024 1134
.

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər

Mayın 5-6-da geomaqnit qasırğası olacaq. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1 (R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər akti

05.05.2024 209
.

Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib

Almaniyanın və Fransanın şimal-şərqində yerləşən Strasburq şəhərindəki kitabxanalardan üzlükləri arsenlə (sıçanotu) örtülmüş minlərlə kitab yığışdırılıb. Strasburq Milli və Universitet Kitabxanasının əməkdaşı Jerom Şvaytser bildirib ki, hələ 1840-cı illərdə yaşıl üzlüklü kitablar dəb halına gəlib v

05.05.2024 210
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 481
.

Avropanın ən gözəl çimərliyi AÇIQLANDI - SİYAHI

Maltanın Mellieha kəndi yaxınlığındakı "Ghajn Tuffieha Bay" çimərliyi 2024-cü ildə Avropanın ən gözəl çimərliyi kimi tanınıb. xəbər verir ki, bu nəticə dünyanın müxtəlif ölkələrindən Avropada istirahətə üstünlük verən səyahətçilərin sorğusu əsasında tərtib edilib. Çimərlik turistlərə yüksə

05.05.2024 256
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

06.05.2024 254