Həyatda qalma mücadiləsindəki körpəylə bağlı Mehriban Əliyevaya müraciət...

Həyatda qalma mücadiləsindəki körpəylə bağlı Mehriban Əliyevaya müraciət...BiG.AZ bildirir ki, Moderator.az - a "Heydər Əliyev Fondu"nun prezidenti, millət vəkili Mehriban Əliyevaya ünvanlanmış bir məktub daxil olub.

Məktub müəllifi ölkənin birinci xanımından ürək qüsuru ilə dünyaya gələn və yaşamaq uğrunda sözün həqiqi mənasında mücadilə edən azyaşlı övladı Kələşova Nurgül Pünhan qızının cərrahiyyə əməliyyatı üçün yardım istəyib və səlahiyyətlərindən istifadə edərək körpəsinin də açıq ürək əməliyyatı keçirməsini təmin etməyi ondan xahiş edib.
Pünhan Kələşov bildirir ki, Mehriban Əliyevanın xoşməramlı addımlarının sorağı ölkənin dörd bir yanına yayılıb və hamı ona son ümid yeri kimi baxaraq üzləşdikləri problemlərin həllində ondan imdad diləyirlər, çox vaxt da ona uzanan əllər geri qaytarılmır və elə buna görə də bu günədək minlərlə xəstə şəfa tapıb, taleyin ümidinə buraxılmış insanlar yenidən yaşamaq haqqına sahibləniblər. Məktub müəllifi bildirir ki, Mehriban xanımın bu müraciəti oxuyacağına və ya ona bu barədə məlumat veriləcəyinə ümid edir, o zaman ölkənin birinci xanımının belə bir acizanə xahişi cavabsız qoymayacağına isə şübhə etmir.

Qeyd edək ki, Nurgül Kələşova Naxçıvan Muxtar Respublikasında, Babək rayonu Şıxmahmud kəndində 2014-cü ildə dünyaya gəlib, ölkə xəstəxanalarında və Təbrizdə uzunmüddətli müayinə və müalicə kursu keçib. Amma ona birmənalı olaraq açıq ürək əməliyyatı keçirilməsi diaqnozu qoulub. Loru dildə desək, körpənin ürəyində deşik və damarların yapışması qeydə alınıb. Bir sözlə, körpə ağır birləşmiş ürək qüsurundan əziyyət çəkir. Ancaq ailəsinin həmin ağır cərrahiyyə əməliyyatının xərclərini ödəmək imkanı olmadığından yaşama imkanı demək olaraq ki, tükənmək üzrədir.

Sonda məktub müəllifi onun harayına səs verərək üzləşdikləri problemə əncam çəkmək istəyənlərə əlaqə nömrəsini də yazıb. Maraqlananlar (070-295-22-85) bu nömrə ilə əlaqə saxlaya bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2092   Tarix: 05 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 423
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 193
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 159