Azərbaycanda bahalaşma gözlənilir

Azərbaycanda bahalaşma gözlənilirXəbər verdiyimiz kimi, noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sansiyaların tətbiqi haqqında fərman imzalayıb. Fərmana görə, Rusiya ərazisinə idxal olunan bir sıra türk mallarına qadağa qoyulub. Bu fərman bu gündən-dekabrın 1-dən qüvvəyə minib. Bu sırada isə ilk növbədə kənd təsərrüfatı məhsulları var. Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev ölkəsinin tərəvəzlərin, ilk növbədə pomidorların idxalında alternativ bazar kimi xüsusilə Azərbaycan, İran, İsrail, Özbəkistan və Mərakeşin əvəz edəcəyini deyib.

Rusiyanın Türkiyəyə qarşı sanksiya irəli sürməsi Azərbaycana birmənalı olaraq təsir göstərəcək.

Statistik məlumata görə, Türkiyə Rusiyaya 360 min tondan çox tomat, 250 min ton sitrus meyvələri ixrac edir. Ölkəyə idxal edilən ərzaq məhsullarının 20 faizi də Türkiyənin payına düşür.

Çox guman ki, bundan sonra Rusiya yaranan tələbatı ödəmək üçün məhsulları Azərbaycan və ona yaxın olan digər ölkələrdən idxal edəcək. Bu səbəbdən də ölkədə bahalaşmanın müşahidə edilməsi gözləniləndir. Çünki Rusiyaya aqrar məhsulların ixrac həcmi artmaqda davam edir və bu, daxili bazarda yerli məhsulların miqdarının azalmasına yol açır.

Ən pisi isə odur ki, ekspertlər bahalaşmanın hələ uzun müddət davam edəcəyini proqnozlaşdırır.

İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov deyir ki, Azərbaycan az məhsul istehsal edir.

İstehsal etdiyi məhsulun da bir qismi Rusiyaya gedir. Bu da qiymətlərin çox sürətlə qalxmasına səbəb olur. Azərbaycan göndərdiyi məhsulun əvəzində özü hansısa ölkədən alış-veriş etməli olacaq. Məsələn, Türkiyə və İrandan. Nəticədə həmin məhsulların Azərbaycan bazarında qiyməti qalxacaq:

"Türkiyə istehsal etdiyi məhsulun 20%-ni Rusiyaya satırdı. Amma bundan sonra Rusiyanın təlabatını ödəmək üçün daha çox satmalı olacaq. Bu da azərbaycanlı istehsalçılara imkan yaradacaq ki, Rusiya bazarına daxil ola bilsinlər. Bu proqnoz öncədən planlaşdırılmadığı üçün mütləq daxili bazara öz təsirini göstərəcək, xüsusən, kənd təsərrüfatı mallarının qiyməti artacaq".

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bunun əksini deyir. Nazirlik rəsmisi bildirib ki, Azərbaycan əsas ərzaq məhsulları ilə özünü tam təmin edir:

"Azərbaycan özü kifayət qədər məhsul istehsal edir. Odur ki, o, bu məhsulları xarici bazara ixrac etsə belə, öz əhalisinin təlabatını da ödəyə biləcək. Bunun üçün də qiymətlərdə artım olmayacaq".

Araşdırmalardan belə nəticə çıxır ki, yaxın vaxtlarda yerli ərzaq məhsullarının qiymətlərində artım proqnozlaşdırılır. Bu da istənilən halda, əhali arasında ciddi narahatlığa yol açacaq. Daxili bazarda yaranan boşluq isə ölkəyə idxal olunan məhsullar hesabına doldurulacaq ki, bu məhsulların qiyməti də vətəndaşların cibinə uyğun olmayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2253   Tarix: 01 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 501
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 107
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 190
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 205
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 264
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 155
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

04.05.2024 182
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

12:30 0
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

10:30 83