Nardaranlının GÖZ QAMAŞDIRICI işıq borcu
Son günlər ölkə mediasında və sosial şəbəkələrdə Nardaran əhalisinin istifadə etdiyi elektrik enerjisi borclarına görə qəsəbəyə verilən işıqların kəsilməsi bir sıra söz-söhbətlərə səbəb olub. Bəzi qruplar "Azərişıq"ın belə bir addım atmasını bu qəsəbədə yaşanan son olaylarla əlaqələndirir. Bir sıra insanlar isə aidiyyəti qurumun Nardarana verilən enerjinin dayandırılmasını sırf burada yaşayan abonentlərin borcuna görə olduğunu deyir.
BiG.AZ xəbər verir ki, hafta.az-ın əməkdaşı bu gün Nardaran qəsəbəsində olarkən işıq sayğaclarının önündə yerə atılmış ödəniş qəbzlərinə rast gəlib. Ələmdar Bünyatov adlı qəsəbə abonentinin "Azərişıq"-a olan borcu isə gözümüzü qamaşdırdı. Nardaran sakininin borcu 5 min 394 manat 18 qəpik idi. Qəbzin üstündə yazılan son ödəmə tarixi isə 2015-ci ilin yanvar ayının yeddisini göstərir. Axırıncı ödənilən məbləğ isə 11 ay bundan əvvəl olub və 30 manat təşkil edib.
Sadə bir vətəndaşın aidiyyəti dövlət qurumuna olan bu qədər borcu bir sıra mətləblərə aydınlıq gətirir. Adıçəkilən sakin isə hafta.az-a açıqlamasında bildirib ki, bu borc illərə yığılıb qalan pullardır və ödəmək imkanı olmayıb.
Məsələyə münasibət bildirən "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında deyib ki, Nardarandakı abonentlər vaxtında istifadə etdikləri enerjinin pullarını ödəsəydi, heç bu qədər borc da üst-üstə yığılmazdı:
"Sizin əlinizdə olan fakt hər şeyi deyir. Ümumiyyətlə, Nardaran qəsəbəsində ümumi ödəniş iki faizdir. Əgər ümumi qəsəbə iki faiz istifadə etdiyi elektrik enerjisinin pulunu ödəyirsə, deməli, Nardaranda "Azərişıq"a borcu olmayan yoxdur. Təsəvvür edin, sadə bir abonentin bizə olan borcu 5300 manatdan çoxdur. Bunlar illərlə yığılıb qalıb".
Tanrıverdi Mustafayev borclu abonentlərlə bağlı görüləcək tədbirlərdən də danışıb:
"Həmişə xəbərdarlıqlarımızı edirik. Sonuncu bildirişimiz isə noyabrın 20-də olub. Həmin gün edilən xəbərdarlıqda vurğuladıq ki, 23 noyabr, saat 12:00-a qədər bütün borclar ödənməlidir. Borclu olan abonentlərin məhkəməyə veriliməsi məsələsini mən öz hüquqşünasımıza ünvanlayacağam. Hələlik Nardaran abonentlərinin borcu tam təsdiq olunub. Ödəmənin 2 faiz olduğu tam təsdiqlənib".
Qeyd edək ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti artıq beş gündür ki, Nardaran əhalisinin külli miqdarda olan elektrik enerjisi borclarına görə, əraziyə enerji verilişini dayandırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4050 Tarix: 01 dekabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 194 Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl
13:02 188 Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj
"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan
14:55 77 Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib
Avropa İttifaqı Şurası bəyan edib ki, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi ölkə hakimiyyətinin avrointeqrasiyaya sarsılmaz sadiqliyini nümayiş etdirənədək dayandırılıb. Bizim.Media xəbər verir ki, bəyanatda demokratiya, insan hüquqları və hüququn aliliyi sahələrində ciddi geriləmənin müşahidə edildiy
17.12.2025 240 Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz
12:24 174 Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)
Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"
17.12.2025 382 ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir
ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın
11:14 142 Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...
"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin
11:25 249 Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş
Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib
11:58 198