Dırnağınızı yeməyin yoxsa ....

Dırnağınızı yeməyin yoxsa ....Hər kəsin bir vərdişi var. Bəzisi yaxşı, bəzisi isə, pis. Bəzən çalışsaq belə, bu vərdişlərdən xilas ola bilmirik. Məsələn, dırnaqları yemək kimi. Dırnaq yemək bu gün həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilən pis vərdişlərdən biridir. Bir çox insan dırnaqlarını yediyini heç ağlına da gətirmir. Yalnız ətrafdakıların xəbərdarlığından sonra bu pis vərdişin qurbanı olduqlarını anlayırlar.

Mütəxəssislər bildirirlər ki, həddən artıq stress keçirənlər, qayğı, əsəb, xəyal qırıqlığı ilə üzləşənlər dırnaq yeməyə meyllidirlər.

Tibbdə xəstəlik kimi qəbul edilən bu halın qarşısı mütləq alınmalıdır. Zərərsiz hesab edilən bu vərdiş mütəmadi hal aldıqda, təhlükəli xəstəliklərə səbəb ola bilər. Belə xəstələrin həm dırnaqları zərər görür, həm də dişlərinin minası korlanır.

Dırnaq udulursa, yemək borusu, mədə və bağırsaqlarda təhlükəli xəstəliklər baş qaldıra bilər. Əllərimizi nə qədər çox yumağımızdan asılı olmayaraq, mikroblar dırnağa yığılır. Ona görə də, dırnaq yemək bu mikrobların bədənə daxil olmasına şərait yaradır.

Bəs bu vərdişi tərgitmək üçün nə etmək olar?

BiG.AZ Publika.az-a istinadən bunun üçün bir neçə məsləhət təqdim edir:

Dağdağan ağacı yağı

Bu yağın dadı acı olur. Yağı dırnaqlarınıza çəksəniz, dırnaqyemə vərdişi öz-özünə keçib gedəcək.

Sarımsaq

Dırnaqlarınıza sarımsaq çəkin. Əgər qoxusu sizi narahat edirsə, sarımsaq yağından da istifadə edə bilərsiniz.

Dırnaqlarınızı vaxtaşırı tutun

Dırnaqlarınızı uzatmağa çalışmayın.

Süni dırnaqlar

Süni dırnaqlardan istifadə edin. Onlar normal dırnaqdan daha möhkəm olduğu üçün yeyə bilməyəcəksiniz.

Yeni vərdişlər qazanın

Stress və depressiyadan əziyyət çəkdiyiniz zaman hörgü hörün, yemək bişirin və ya digər əl işləri ilə məşğul olun. Bunların heç birini edə bilməsəniz, musiqi dinləyin.

Saqqız çeynəmək də bu vərdişi tərgitməyə kömək edə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2691   Tarix: 25 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986