Xəyanət edən insanlar necə davranır?

Xəyanət edən insanlar necə davranır?Bu gün ailə münasibətlərdə ciddi problem yaradan, boşanmalara və ayrılıqlara səbəb olan xəyanət problemindən danışacağıq. Hansı ki, günümüzün ən böyük bəlalarından birinə çevrilib.

Türkiyəli məşhur ailə terapevti Cem Keçə xəyanət edən insanların psixologiyası və davranışlarında baş verən dəyişikliklər barədə maraqlı bir məqalə yazıb.

Yazını oxuyaraq xəyanətin qurbanı olub-olmadığınızı müəyyənləşdirə bilərsiniz.

BiG.AZ "Qadinlar.biz"-ə istinadən həmin məqaləni təqdim edirik:

Səbəbi nə olur, olsun, xəyanət qəbul edilə bilməz. Sevdiyi şəxs tərəfindən aldadılan kişi və ya qadın ağır zərbə alır.

Ən yaxın adamı rəhmətə gedən insan necə hisslər keçirirsə, xəyanətə uğrayan şəxs də eyni hala düşür.

Xəyanət edən isə məsələyə tam fərqli yanaşır.

O, sədaqətsizliyinə bəhanə tapmaqla məşğul olur. Yəni, hamıdan əvvəl özünü aldadır.
Xəyanətin səbəblərini tam olaraq müəyyənləşdirmək mümkün deyil. Belə insanların psixologiyası çox fərqlidir. Söhbət xəyanətdən gedəndə, hər kəsin səbəbi fərqli olur.
Xəyanət sevgi münasibətlərinin əsas düşmənidir.

Evlilik terapevtləri xəyanətin qismətlə deyil, genetika ilə bağlı olduğunu bildirirlər. Belə ki, atası şorgöz olan kişilərin özləri də eyni cür həyat tərzi keçirməyə meyilli olurlar.
Mütəxəssislər gələcəkdə xəyanətin əsl səbəbinin tapılacağına əmindirlər.

Hətta 2050-ci ildə cütlüklər üçün xüsusi xəyanət testlərinin hazırlanacağı deyilir. Sevgililər evlənməzdən öncə həmin testlərdən keçməli olacaqlar.

Təəssüf ki, hələlik elm həyat yoldaşınızın sizə xəyanət edib etmədiyini deməkdə acizdir.
Ancaq uzun illər davam edən araşdırmalar nəticəsində bir neçə ümumi müddəalar müəyyənləşdirilib ki, onlara əsasən 80 faiz doğru nəticələr əldə edə bilərsiniz.

Bunun üçün sadəcə, partnyorunuzun davranışlarına nəzər yetirməyiniz kifayətdir. Bəs, hansı davranışlarına əsasən, həyat yoldaşınızın sizə xəyanət etdiyindən şübhələnməyə tam haqqınız çatır?

Xəyanət edən insanlar necə davranır? -TANIYIN! Sizin üçün bir neçə ipucu verə bilərəm:

1.Geyim, qida və yuxu rejimində dəyişikliklər var?
2. Evdən xaricdə çox vaxt keçirir?
3. Sizə qarşı diqqətsizdir və cinsi istəyində azalma müşahidə edirsiniz?

Bu suallara "hə" cavabını verirsinizsə, deməli, torbada pişik var.

Düzdür, həyat yoldaşınızın bu davranışları başqa səbəblərdən də qaynaqlana bilər.
Ancaq yenə də diqqətli olmaqda fayda var.

Onu da qeyd edim ki, xəyanət edən kişi və qadın davranışları arasında fərqli nüanslar müşahidə edilir.

Sizin üçün hər iki cinsin nümayəndələrinin xəyanət siqnalı verən davranışlarını araşdırmışam.
Gəlin, görək xəyanət edən qadın və kişi necə davranır.

"Bu axşam işlə bağlı iclasım var, gec gələcəyəm", "Həftə sonu işlə bağlı səyahətim var, getməliyəm" kimi cümlələr quran kişidən ilk başda şübhələnməməyiniz normaldır. Ancaq bu cümlələri quran kişi eyni zamanda aşağıdakı müddəalara uyğun davranırsa, deməli. şübhələnməyə dəyər.

1. Xarici görkəminə, geyiminə daha çox fikir verməyə başlayıb.
2. Evə mütəmadi olaraq gec gəlir.
3. Mütəmadi olaraq işlə bağlı iclaslarda iştirak etdiyini deyir. Başqa şəhərə gedir.
4. Evlilik üzüyünü taxmaq istəmir.
5. Gigiyenik qaydalara əvvəlkindən daha çox əməl edir. Tez-tez çimir, alt paltarlarını dəyişir.
6. Tez-tez yalan danışır.
7. Sizinlə daha az vaxt keçirir, gözəl sözlər demir.
8. Kiçik bir şeyə görə dava çıxarır, tez əsəbiləşir.
9. Qəsdən dava salır, evdən getmək üçün bəhanə axtarır.
10. Kompüterinə və mobil telefonuna kod qoyur.
11. Mobil telefonundan ayrılmır.
12. Daha çox pul xərcləməyə başlayıb.
13. Heç bir səbəb olmadan sizə hədiyyə alır.
14. Gecələr televizora baxdığını bəhanə edərək sizdən ayrı yatır.
15. Cinsi fantaziyaları dəyişib.
16. Cinsi performansı zəifləyib.
17. Xəyanətlə bağlı verdiyiniz suallara "nə əlaqəsi var, səfehləmə, heç elə şey olar?", - deyə cavab verir.
18. Gün ərzində etdiklərini sizinlə paylaşmır. Verdiyiniz hər hansı sual onu əsəbiləşdirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7748   Tarix: 24 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364