"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva

"Göz görə-görə mənə xəyanət edirdi" – Diana BabayevaÖz gözəlliyi, cazibəsi ilə kişilərin diqqət mərkəzinə tez-tez düşən aktrisa Diana Babayeva ona ünvanladığımız suallara birbəbir cavab verdi. Şəxsi həyatından qaranlıq məqamlarını üzə çıxartdı. BiG.AZ həmin müsahibəni sizə təqdim edir.

- Diana xanım, həyat bir səhnədir , deyirlər. Hamı buraya öz "rol"lunu oynamaq üçün gəlir, hərə bir şey üçün doğulur. Bəs siz nə üçün doğuldunuz?

- Düşünürəm ki, mən məhz səhnə üçün doğulmuşam. Düzdür, ilk öncə valideynlərim mənim bu peşəyə yiyələnməyimə qəti razı deyildilər. Hətta buna görə aramızda inciklik də oldu.

- Nə baş verdi ki?

- Mən onlardan ayrılıb Bakıya gəldim. Qərar vermişdim ki, mən aktrisa olacağam və məşhurlaşacağam.

- Bakıda tək yaşamağı necə bacardınız?

- Mən bura oğlumla birlikdə gəlmişdim. Çox çətin günlər yaşadım. Çox əziyyətlər gördüm. Amma yıxılmadım. Öz ayaqlarım üstündə durmağı bacardım.

- Deməli, siz güclü xanımsınız...

- Bəli, elədir. Mən öz gücümü həmin andan etibarən dərd etməyə başladım.

- Bir oğlunuz var?

- Bəli...

- Allah saxlasın. Amma mən bilən siz indi ailəli deyilsiniz, elədir?

- Düzdür, hal-hazırda ailəli deyiləm. Boşanmışıq.

- Səbəb nə oldu?

- Ondan xəyanətə görə ayrıldım.

- Güzəştə gedə bilməzdiniz? Nəticə etibarilə, o, kişidir..

.
- Bəlkə də güzəştə gedə bilərdim, ancaq artıq yeri yox idi. Göz görə-görə mənə xəyanət edirdi.

- Ondan sonra sevməmisiniz?

- Demək olar ki, sevmədim. Əslində münasibət qurmaq istədiyim insanlar olub, lakin onların da fikirlərinin ciddi olmadığını sonradan anladım.

- Gözəlsiniz, cazibədarasınız... Sizə ciddi yanaşmaq yox, məhz vaxt keçirtmək məqsədilə yaxınlaşanlar buna görə çoxdur bəlkə...

- Bilirəm, elədir. Amma mən öz gözəlliyimi, qürurumu heç nəyə dəyişmərəm. Mənliyimi satmaram. Neçə il Bakıda tək yaşadım, amma pis bir yola getəmədim.

- Tək olduğunuz anlarda nə barədə düşünürdünüz?

- Yalnız valideynlərimi düşünürdüm. Onlar üçün çox darıxırdım.

- Sonradan necə oldu? Barışdınızmı?

- Bəli, anam gəldi. Dil tapdıq.

- Bəs indi münasibətiniz necədir? Danışığınızdan hiss edirəm ki, indi də elə sıx münasibətiniz yoxdur.

- Onlar Azərbaycanda yaşamırlar. Münasibətmiz istidir, desəm, yalan demiş olaram. Hər halda, mən onların qızıyam, onlar da mənim valideynlərim.

- Aktrisalığıq marağınız necə yarandı? Bir az ondan danışın...

- Mən uşaqlıqdan bu sahəyə maraq göstərmişəm. Həmin o maraq məni comdey.az-a gətirdi. Tanınmağım da oradan başladı.

- Erotik filmlərdən təklif alsanız qəbul edərsiniz?

- Belə təkliflər almışam. Hansısa açıq-saçıq bir səhnədə oynamaq üçün dəvətlər olub, lakin qəbul etməmişəm. Azərbaycanda heç çəkilmərəm.

- Niyə?

- Milli "mentalitet"i nəzərə alıram. Bizdə belə səhnələrə yaxşı baxmırlar.

- Bəs xaricdə necə, çəkilərsiniz?

- Onu bilmək olmaz (gülür).

- Son çəkildiyiniz "İki tüstü" filmində də açıq-saçıq səhnələr var idi. Bunu normal qəbul edirsiniz?

- Düzdür, açıq-saçıq səhnələr var idi. Amma o səhnələrin heç birində mən olmamışam. O ki qaldı qəbul edib-etməməyimə, məncə, o səhnələr vulqar görünmür.

- Həmin filmin təqdimat mərasimində öz geyiminizlə diqqətləri üzərinizə çəkə bilmişdiniz...

- Bəli, mən gözəl geyinməyi sevirəm. Geyim seçməkdə mənə hər zaman yardımçı olan Günel Behbudovaya sizin vasitənizlə təşəkkürlərimi çatdırmaq istəyirəm.

- Həyatınızda nə olmamalı idi, amma oldu?

- Mənim ailəm dağılmamalı idi, amma dağıldı...

Cavidan Abdullayev

"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva"Göz görə-görə mənə xəyanət edirdi" – Diana Babayeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11217   Tarix: 20 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875