"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairə

"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairəTanınmış şairə Nazilə Səfərli ilə söhbətimiz çox səmimi alındı. Ona ünvanladığımız sualları tərəddüd etmədən cavablandıran şairə həm özü, həm də sənəti barədə müəyyən məqamlara aydınlıq gətirdi. BiG.AZ həmin müsahibəni sizə təqdim edir...

- Nazilə xanım, sizdə şeirə, sənətə maraq neçə yaşınızdan etibarən yarandı?

- Hələ onda on üç yaşım var idi. Zəlimxan Yaqubun şeirlərində ilhamlanmışam. Ondan sonra müstəqil olaraq şeirlər yazmağa başladım.

- İlk şeirinizi nə barədə yazdınız?

- Sosila mövzuda, cəmiyyətdə olan problemlərdən yazmışam. Daha sonra isə məhəbbət və təbiət mövzularına müraciət etdim.

- Bəs indi şeirlərinizi nəyə ithaf edirsiniz?

- İndi daha çox təbiət mövzusunda yazıram. Bunun da səbəbi tətiət aşiqi olmağımdır.

- Təbitə deşmişkən, hansı fəslin vurğunusunuz?

- Payızı çox sevirəm. Ümumiyyətlə, şairlərin çoxu payız fəslinin heyranıdır.

- İndi sevgidən yazmaq sizin üçün çətin deyil ki?

- Xeyir, heç bir çətinliyi yoxdur. İnsan kamilləşdikcə daha çox sevməyə başlayır.

- Həyat yoldaşınıza şeir yazmısınız?

- Çox yazmışam, amma həyat yoldaşım şeirlərimi başa düşmür (gülür-red).

- Bəs hansı mövzuda şeir yazmaq sizin üşün çətindir?

- Mən obraza girib şeir yazanda mənim üçün çox çətin olur. Gərək nəyisə yaşayım, duyum, sonra yazım. Bir də hərçənd ki, mən dövlətimi, millətimi çox sevirəm və vətənpərvər insanam, amma siyasətdən yazmıram.

- Təbinizdən düzgün istifadə edə bilirsiniz?

- İndi özümü çox qınayıram. Əvvəl hər gecə şeir yazırdımsa, indi həftədə bir dəfə yazsam, böyük şeydir. Sözün düzü, bu mənim həvəsimin ölməsindən irəli gəlmir. Çox yorğun oluram.
Məclislər imkan vermir ki, rahat başla oturub nəsə yazasan.

- "Toy bazarı"nı ələ almağı bacarmısınız?

- Biz publika üçün işləyən adamlarıq. Hər kütlənin də sevdiyi, seçdiyi sənətçi olur.

- Sizə rəqib olanlar var?

- Əgər rəqabət varsa, inkişaf da var. Mən öz kütləmi ətrafıma toplamağı bacarmışamsa, deməli mən sevinirəm. Amma rəqabəti də sağlam aparmaq lazımdır.

- Nədən gileylənirsiniz ki?

- Məsələn, çıxıb mənim şeirlərimi efirlərdə, məclislərdə oxuyurlar. Ancaq adımı çəkmirlər. Pul qazananda yaxşıdı, müəllifin adını qeyd etməyə canınız çıxır?! Mən onlara halallıq vermirəm. Ya şeirimi oxuyanda adımı çəkin, ya da ki, oxumayın! Sizin murdar ağzınıza ehtiyacım yoxdur!

Cavidan Abdullayev

"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairə"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairə"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairə


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3556   Tarix: 18 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qorxduğu üçün plastik əməliyyatı narkozsuz etdirdi

Əməkdar artist Ruhəngiz Allahverdiyeva etdirdiyi plastik əməliyyatdan danışıb. Axşam.az xəbər verir ki, "Öz aramızda" proqramında qonaq olan müğənni qorxduğu üçün narkoz almadığını deyib:. "Yerli keyitmə ilə üzgərdirmə etdim. Bəlkə yatıb durmazdım. Gözlərimi yumdum, açıb baxmadım. Üz dərimi

09.12.2025 445
.

Amerikada yaşayan Günel övladları ilə - Foto

Amerikaya köçən aparıcı Günel Musəvi övladları ilə görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, Hindistan vətəndaşı ilə ailə quran Günel qızı və oğlu ilə məktəbdə fotolar çəkdirib. O, paylaşımına "Övladlarımla məktəbdə ənənəvi nahar yeməyi" sözlərini yazıb

16:00 135
.

"Belə şəkillərə aldanmayın, bu, işimizdir"

Aşıq Samirə Əliyeva paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə izləyiciləri ilə fotosunu bölüşərək insanları bəxtəvər görünməməyə çağırıb:. "Bəxtəvər görünməyə deyil, bəxtəvər olmağa çalışın və ümumiyyətlə görünməyin. Belə şəkillərə də aldanmayın, bu işimizdir"

07.12.2025 608
.

"O ses Türkiye"nin münsifləri onlar olacaq

"O ses Türkiye"nin münsifləri bəlli olub. OLAY yazır ki, verilişin hər il 31 dekabrda ekrana gələn "O ses yılbaşı özel" çəkilişinin bu ilki münsifləri Murat Boz, Hadise, Acun Ilıcalı və aktrisa Gupse Özay olacaq. Çəkilişlərin nə vaxt başlayacağı hələ ki bəlli deyil

10.12.2025 547
.

Bu da İbrahim Borçalının 21 yaşlı gözəl qızı Aysun - VİDEO

Tanınmış sənətçi İbrahim Borçalı qonaq olduğu "Rəngarəng" verilişində qız övladı Aysunla bağlı danışarkən duyğulu anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. xəbər verir ki, ifaçı verilişdə qızına olan sevgisindən söz açaraq bildirib:. "Qızım mənə deyir ki, verilişlərdə hər kəsl

06.12.2025 1191
.

"Uşaq Avroviziyası"nda Azərbaycan özünə səs verə biləcək

2025-ci il "Uşaq Avroviziyası" Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür. Qaynarinfo xəbər verir ki, bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək. Bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməy

12.12.2025 254
.

Nadir xanımı və yeni doğulan nəvəsi ilə - Foto

Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc və yeni doğulan nəvəsi ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi oğlu Loğmanın övladının şəklinə "Ailəmizin günəşi. Qafaq Qafarzadə, dünyamıza xoş gəlmisən" şərhini yazıb. Qeyd edək ki, Loğman Əntiqə adlı xanımla ailəlidir. Nadir

15:20 215
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızından ŞOK paylaşım - FOTO

26 sentyabr saat 01:30 radələrində Yalovanın Çınarcık rayonunda, 6 mərtəbəli binanın ən üst qatındakı mənzilindən yıxılaraq həyatını itirən müğənni Güllünün ölümü hələ də tam aydınlaşdırılmayıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mərhum sənətçinin qızı Tuğyan Ülkem Gülterin sosial mediad

07.12.2025 787
.

Röya: "Aygün Bəyləri heç vaxt bağışlamayacam"

Xalq artisti Röya Ayxanın RTV-də yayımlanan "Çərçivədən kənar" verilişinə verdiyi müsahibə gündəm olub. xəbər verir ki, sənətçi uzun müddət küsülü olduğu mərhum həmkarı Aygün Bəylər haqqında sərt fikirlər səsləndirib. Belə ki, Röya Ayxan Aygün Bəyləri heç zaman bağışlamayacağını bildirib. Xatırlada

07.12.2025 832
.

TOP MP3