"Kamran erməni ifaçısı Bokanı bəh-bəhlə səhnəyə..." Təranə biabır etdi

"Kamran erməni ifaçısı Bokanı bəh-bəhlə səhnəyə..." Təranə biabır etdiAparıcı Kamran Həsənlinin "Təranə Səmədova kimdir ki" deməsi prodüsseri yaman qəzəbləndirib. Sandıqları açan prodüsser BiG.AZ-a eksklüziv açıqlama verib:

"Mən elə insan deyiləm ki, durduğum yerdə kiməsə söz atım. Sadəcə BiG.AZ saytının əməkdaşı ilə müsahibəm olan zaman sual verdilər ki, sizcə aparıcılardan kimin karvanı çoxdan keçib, mən də düşündüyümü dedim. Fikrim maraqlı olduğu üçün onu ayrı xəbər şəklində təqdim ediblər və digər saytlar da BiG.AZ-a istinadən bu xəbəri veriblərsə, burada mənim nə günahım var?! Mən acı həqiqəti söyləmişəm. Acı həqiqət Kamran Həsənlinin boğazından keçməyibsə, özü bilər. Amma məncə bu fikirlər onun ikinci baharı üçün stimul yarada bilər. Arzu edirəm ki, öz üzərində çalışsın və geri dönüşü möhtəşəm olsun. Qaldı ki, məni tanımamağına mən ona hər şeyi xatırladaram. 2004-cü ildə Moskva səfəri zamanı Sərxan Kərəmoğlunun təşkilatçılığı ilə tanınmışları yığıb, Moskvaya aparmağımı yəqin unudubdur. Həmin Kamran Həsənlidir ki, mənə dəfələrlə yığıb, xahiş edirdi ki, arvadının da onunla birgə getməsi üçün icazə alım. Mən həmin Təranə Səmədovayam ki, 2010-cu ildə Qazaxıstanda toyda Kamran Həsənli erməni ifaçısı Bokanı bəh-bəhlə səhnəyə dəvət edəndə, düz səhnənin qarşısında əyləşmişdim. O zaman ətrafımda olan azərbaycanlı dostlarımdan xahiş etdim ki, bu məsələni heç yerdə açıqlamayaq. Həmin Təranəyəm ki, onun xəbəri olmadan ona bu yaxşılığı etdim. O zaman mən Kərimlə yox, Rəqsanə ilə idim. 2004-cü ildə Moskva səfəri zamanı isə heç kəslə işləmirdim. O zaman 17 tanınmışın Moskva səfərini S. Kərəmoğlunun təşkilatçılığı ilə mən təşkil eləmişdim. "Günəbaxan" verilişində də onun qonağı olmuşam. Məni aparıcı kimi izləyə bilməməsi də ayıb etməz. Çünki onunla eyni zamanda efirə çıxırdım. Necə olur Sevil, Sevinc bacıları, İlqar Mikayıloğlu məni tanıdı, amma o tanımadı?! Bəlkə onun verilişinin retinqini mənim verilişim keçdiyi üçün məni xatırlamır?! Kamran Həsənliyə yeganə tələbat olan yer şou-proqramlar və toy səhnələrindədir".
Xatırladaq ki, bu mübahisəyə səbəb prodüsser Təranə Səmədovanın aparıcı Kamran Həsənlinin qatarının çoxdan getdiyini və aparıcı olaraq ona tələbatın olmadığını deməsi olub. Kamran Həsənli isə prodüsseri çətinliklə tanıyıb və ona BiG.AZ vasitəsilə cavab verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7104   Tarix: 18 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899