6 saniyədə bir can alan xəstəlik

6 saniyədə bir can alan xəstəlik"Dünya ölkələrinin çoxunda səhiyyə xərclərinin 5-20 faizi şəkər xəstəliyi ilə mübarizəyə xərclənir. Bununla belə, diabet hər 6 saniyədə bir can alır. Bu göstərici HİV, vərəm və malyariyanın - bu 3 xəstəliyin həmin zaman kəsiyində öldürdüyü insanların cəmindən çoxdur".

Beynəlxalq Diabet Federasiyasının (BDF) hesabatında belə deyilir.

Virtualaz.org yazır ki, şəkər xəstələrinin 90 faizi diabetin iki tipindən əziyyət çəkir. Bunlar həddən artıq köklük və oturaq həyat tərzi ilə bağlıdır.

Xəstəliyin bu növü sürətlə artır, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə. Hazırda şəkər xəstələri ən çox Çində qeydə alınıb.

BDF-nin icraçı direktoru Petra Uilsonun sözlərinə görə, diabet təkcə pasiyentləri yox, həm də ölkələrin iqtisadiyyatını risk altına alır. O, noyabrın 15-16-da Türkiyədə toplaşan "Böyük 20-lər"in liderlərinə çağırış edib. Onları 2008-ci il maliyyə böhranına qarşı hərəkət etdikləri kimi, həddən artıq köklüyə qarşı mübarizədə də əməkdaşlığa çağırıb.

Ancaq P.Uilson "Böyük 20-lik"dən səsinə səs veriləcəyi ilə bağlı hələlik bir işartı görmədiyini deyir.

2040-cı ilədək planetdə hər 10 yetkin adamdan biri diabet xəstəsi olacaq. Bununla da 2015-ci ildə 415 milyon olan şəkər xəstələrinin sayı 2040-cı ildə 642 milyona çatacaq. Diabetə çəkilən xərclər də 673 milyarddan 802 milyard dollara qalxacaq.

Bəzi ölkələr, o cümlədən Meksika, Çili və Fransa çıxış yolu kimi şəkərə vergi tətbiq etməyi sınaqdan keçirib. Ancaq qida sənayesinin və onların lobbiləşdirdiyi bəzi siyasi dairələrin müqaviməti ilə üzləşirlər. Məsələn, şəkərə verginin tətbiq olunduğu Meksikada bu yaxınlarda bəzi deputatlar həmin verginin iki dəfə azaldılması təşəbbüsü ilə çıxış ediblər.

Britaniyada şəkərli içki və yeməklərə rüsum tətbiqi üçün aparılan geniş kampaniyaya baxmayaraq baş nazir David Kameron buna qarşı olduğunu bildirib.

P.Uilson isə inanır ki, siyasətçilər tütündən dərs çıxararaq insanların səhhətinin qayğısına qalmalıdır: "Məlumdur ki, tütünə verginin tətbiqi və tütünün insan sağlamlığına zərəri barədə bildirişin məcburiliyi yaxşı effekt verib. İndi biz şəkərə də eyni cür yanaşmalıyıq".

Ancaq P.Uilson onu da etiraf edir ki, tütündən fərqli olaraq şəkərlə bağlı bu iş daha çətin olacaq. Ən azı ona görə ki, insan tütünsüz yaşaya bilər, amma şəkərsiz yox. Amma hər halda əlavə edilmiş şəkərsiz yaşamaq olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2978   Tarix: 15 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189