Diqqət! Son 10 ilin ən dəhşətli qışı gəlir

Diqqət! Son 10 ilin ən dəhşətli qışı gəlirDünya son 10 ilin ən soyuq qışını gözləyir. Bu barədə ABŞ Milli Okean və Atmosfer Agentliyi məlumat yayıb.

BiG.AZ Sputnik.az-a istinadən bildirir ki, qurumun apardığı müşahidələr nəticəsində bəlli olub ki, axırıncı dəfə 1997 - 98-ci ildə müşahidə olunan "Super El Nino" qasırğası bu qış da özünü göstərəcək. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan "El Nino" bu qış dünyanın qütblərində pik həddə çatacaq. Xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.

Milli ekoloji proqnozlaşdırma mərkəzinin prezidenti Telman Zeynalovun fikrincə, bu qış sərt deyil, soyuq keçəcək:

"Qış sərt keçməyəcək, qışımız soyuq keçəcək. Keçən il oktyabr ayında yağıntılar yağmırdı, amma hava çox soyuq idi. Bu, oktyabrın 25-dən başlamışdı, bu il isə oktyabrın beşindən başlayıb, yəni qabaqlayıb. Gördüyünüz kimi, havalar soyuq keçir. Oktyabrın axırıdır hələ də yağışlar səngimir; dağlara qar yağır, yerə isə yağış tökür, sürüşmələr baş verir. Xaricilər deyəndə ki, Azərbaycanda hava həddən artıq sərt keçəcək, 30 dərəcə şaxta olacaq - tamamilə cəfəngiyatdır, buna inanmayın.

Diqqət! Son 10 ilin ən dəhşətli qışı gəlirƏgər Bakıda 3-5 dərəcə şaxta olacaqsa, Bakı küləyi onu 15 dərəcəyə qaldıracaq. Son ilə qədər Azərbaycanda yayın quraqlı, qışın isə mülayim keçməyinin səbəblərindən biri cənub küləklərinin əsməsi idi. Yayı da, qışı da bizdə əsasən cənub küləkləri əsirdi, ona görə də bizdə mülayim hava şəraiti var idi".

Qeyd etmək lazımdır ki, son vaxtlar əhali arasında yayılan "dəhşətli" proqnozlar tək qış ilə bağlı deyil. Azərbaycanda güclü zəlzələnin, eləcə də ciddi torpaq sürüşmələrinin baş verəcəyi haqda da xəbərlər yayılmışdı. Bəs bütün bu proqnozlar nə dərəcədə reallığa uyğundur? Telman Zeynalovun fikrincə, son günlər yayılan bu söhbətlər cəfəngiyatdan artıq bir şey deyil:

"İqlim dəyişikləri ilə əlaqədar həddən artıq çox pessimist və qorxuducu məlumatlar yayılır. Amma indiyənədək heç bir elm - hidrologiya, geologiya, metrologiya və ya baçqası bir həftə əvvəl proqnoz verə bilməz ki, dünyada nələr baş verəcək. Bu cəfəngiyatdır".

Qeyd edək ki, ekspert yayılan dezinformasiyalar səbəbindən əhalini təşvişə düşməməyə çağırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7714   Tarix: 08 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 201
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 174
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 169
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 155
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

05.05.2024 167
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 253
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 219
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 232
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

05.05.2024 238