Bakının mənzil bazarında qiymətlər düşür

Bakının mənzil bazarında qiymətlər düşür2015-ci ilin sentyabrında Bakının ilkin mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti avqust ayı ilə müqayisədə 3,09% azalaraq 1005 dollar (ötən ay 1037 dollar), manatla ifadədə isə 1053 manat olub.

Bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.

İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 $/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir - ümumi portfelin 65%-i. Qiyməti 1000-1500 $/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 28%-dir.

Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 725 $/kv.m və 1140 $/kv.m-dir. Ümumi təklif portfelinin qalan 7%-ni isə qiyməti 1500 $/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edir. Burada qeydə alınan orta qiymət isə 2080 $/kv.m-dir.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan mənzillərin sayında Nəsimi, Abşeron, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 76%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, Cavanşir körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan ilkin qiyməti 3200 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 104 kv.m olan 2 otaqlı yeni tikili mənzildə qeydə alınıb - 400 $/kv.m.

Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 1.7% artıb. Təklif üzrə ən çoх pay 2 və 3 otaqlılarda qеydə alınıb - müvafiq olaraq 34% və 33%. Ümumi təklif portfelinin 19%-ni 1 otaqlı, qalan 14%-ni isə çoxotaqlı mənzillər təşkil edib.

trend


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2071   Tarix: 01 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693