MTN-nin dörd generalı vəzifələrindən azad olundular

MTN-nin dörd generalı vəzifələrindən azad olundular Milli Təhlükəsizlik Nazirliyinin 9 yüksək vəzifəli əməkdaşının vəzifədən azad olunmaları ilə bağlı özəl informasiya əldə edilib.

Məlumatda qeyd olunur ki, MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov, Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev, MTN-nin Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov və Nazirliyin Xətai, Pirallahı, Masallı rayon şöbələrinin rəisləri tutduğu vəzifələrindən azad olunaraq sərəncama götürülüblər.

Əldə etdiyimiz daha bir məlumata görə, MTN-də kadr islahatları bundan sonra da davam edəcək və yaxın zamanda digər yüksək vəzifəli məmurların da vəzifələrindən azad ediləcəyi gözlənilir.

Xatırladaq ki, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edildi və nazir səlahiyyətlərinin M.Quliyevə ona həvalə edildi.

trend


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1867   Tarix: 23 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 194
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

13:02 188
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

14:55 77
.

Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib

Avropa İttifaqı Şurası bəyan edib ki, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi ölkə hakimiyyətinin avrointeqrasiyaya sarsılmaz sadiqliyini nümayiş etdirənədək dayandırılıb. Bizim.Media xəbər verir ki, bəyanatda demokratiya, insan hüquqları və hüququn aliliyi sahələrində ciddi geriləmənin müşahidə edildiy

17.12.2025 240
.

Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."

"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz

12:24 174
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 382
.

ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir

ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın

11:14 142
.

Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...

"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin

11:25 249
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 198
.

TOP MP3