Mədət Quliyev kimdir?

Mədət Quliyev kimdir?Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

BiG.AZ yeni nazir müavininin tərcümeyi-halını təqdim edir.

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib.

Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb. 1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib. Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5552   Tarix: 20 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aİ Rusiya diplomatları ilə bağlı yeni təlimatlar yayımladı

Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Cenevrədə yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) daimi nümayəndəliklərinə Rusiya diplomatları ilə təmaslarla bağlı xüsusi təlimatlar göndərib. xarici mediaya istinadən xəbər verir ki, tövsiyələr əvvəlcə Cenevrədəki Aİ-nin BMT yanında Daimi Nümayəndəliyin

10:47 151
.

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının altıncı turunda keçirilən "Qarabağ" - "Ayaks" (2:4) oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı Əkbər Zülfüqarovla görüşüb. Axşam.az xəbər verir ki, o, görüş anından lentə aldığı görüntülər

11:07 250
.

Məşhur yazıçı vəfat etdi

Məşhur britaniyalı yazıçı Joanna Trollop 82 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Joanna Oksfordşirdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Joanna Trollop romantik və ailə hekayələrinə həsr olunmuş məşhur romanların müəllifidir

17:10 65
.

"Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar..."

"Lux İnternational Hospital"a kəskin mədə ağrısı, ürəkbulanma ilə müraciət etmişdim. Bir neçə gün müayinələrdən keçdim, ümumilikdə 4300 manat ödəniş etdim. Amma bunun müqabilində normal xidmət görmədim, xəstəyə başdansovdu yanaşaraq pul alıb və resepti verib yola salırlar". Bu iddia il

10:40 266
.

"Təkər aləmi" kimi tanınan bazar sökülür (VİDEO)

Bakıda daha bir bazar sökülür. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, uzun illərdir burada çalışan sahibkalar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb. Sahibkarların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib. Kompensasiya məsələsinə gəlinc

10:22 175
.

Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək

"Vergi Məcəlləsi"nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizli

14:35 144
.

"Location"dakı partlayışa görə məhkum edilən menecer - Azad olundu

3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə məhkumun ərizəsini təmin edib. O.Səfərlinin cəzasının qalan hissəsi şərti hesab edilib

12:01 174
.

Hande Erçelin yeni sevgilisi

Bir müddət əvvəl iş adamı Hakan Sabancı ilə uzun sürən münasibətlərini sonlandır aktrisa Hande Erçel yeni münasibətə başlayıb. Axşam.az xəbər verir ki, o, "OGM Pictures" şirketinin sahibi Onur Güvenatamla eşq yaşayır. Cütlük bu yaxınlarda birlikdə Londona səfər edib

10:37 247
.

ABŞ dövlət katibi Vitkov Zelenski və Avropa liderləri ilə görüşmək üçün Berlinə gedəcək

ABŞ-ın Ukraynadakı səfiri Stiv Vitkov və prezident Donald Trampın kürəkəni Cared Kuşner bu həftə sonu Berlində Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşəcəklər. Bu barədə məlumatlı ABŞ rəsmisi Reuters-ə bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, rəsmi şəxs əlavə edi

10:00 152
.

TOP MP3