Azərbaycanlı aktyorlar yeni layihədə - FOTO
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Bakı, mən səni sevirəm" kinolayihəsinin oktyabrın 23, 24 və 25-də təqdimatı keçiriləcək.
BiG.AZ-ın məlumatına görə, layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Ekran əsəri "Mosfilm" kinokonsernində istehsal olunub. Heydər Əliyev Mərkəzində təşkil olunacaq təqdimat mərasiminin ilk günündə filmin yaradıcı heyəti iştirak edəcək.
"Bakı, mən səni sevirəm" layihəsi 10 novella əsasında ekranlaşdırılmış qısametrajlı filmlərdən ("Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Xəzər Atlantidası", " Lotereya bileti" "Sevgi haqqında", "Aysel", "Hadisə") ibarətdir.
Fimlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan). Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.
Filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi isə 2012-ci il martın 12-dən başlayıb. Çəkilişlər 2 sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz, yay sessiyalarının hər birində 5 film çəkilib. Kinoalmanaxın çəkiliş heyəti 138 nəfərdən ibarət olub. Kütləvi səhnələr də nəzərə alınmaqla "Bakı, mən səni sevirəm" layihəsində 150-dən artıq aktyor və aktrisa rol alıb.
Ekran əsərində Azərbaycanın xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar var.
Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.
Qeyd edək ki, indiyə qədər dünyada "Paris, mən səni sevirəm", "Nyu-York, mən səni sevirəm", "Moskva, mən səni sevirəm" kimi analoji kinolayihələr həyata keçirilib.
"Bakı, mən səni sevirəm" filminin Heydər Əliyev Mərkəzindəki nümayişinə biletləri Mərkəzin kassasından əldə etmək olar.

















BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1447 Tarix: 12 oktyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər zəhərə davamlı qurbağa növü aşkar atdilər
Alimlər gözlənilməz dərəcədə güclü zəhər dözümlülüyünə malik və təhlükəli iynələrinə baxmayaraq, mütəmadi olaraq eşşəkarısı ilə qidalanan qurbağa növü aşkar ediblər. xəbər verir ki, tədqiqatçıların fikrincə bu növ heyvanlarda zəhərə tolerantlığın necə formalaşdığını öyrənmək üçün faydalı bir model ol
07.12.2025 403 Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?
Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın
08.12.2025 1957 Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?
Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçü
15.12.2025 473 Troya müharibəsi həqiqətən olubmu?
Qədim yunan əfsanəsinə görə, Troya müharibəsi troya şahzadəsi Parisin evli olan Sparta gözəli Yelenaya aşiq olması ilə başlayıb. Yelenanın əri Menelay bunu öyrənəndə qisas almağa qərar verir. Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, Menelay - Sparta şəhər-dövlətinin hökmdarı - Troyay
08.12.2025 526 Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir
Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir
14.12.2025 461 Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?
Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il
07.12.2025 485 Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO
Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları
13.12.2025 312 Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı
Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek
07.12.2025 649 Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO
Bakıda keçirilən toy məclisindən sosial şəbəkələrdə maraq doğuran görüntülər yayılıb. xəbər verir ki, kadrlar qısa zamanda gündəmə çevrilərək minlərlə istifadəçi tərəfindən izlənilib. Görüntülərdə bəy və gəlinin məclisin düz ortasında boks əlcəklərini taxaraq məşq elementləri yerinə yetirdiyi əks olunur
14.12.2025 1081