Oğurluq edən polis azadlığa buraxıldı

Oğurluq edən polis azadlığa buraxıldıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xəyal Ələkbərov, Nicat Ələkbərov və Elvin Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxslər 2014-cü ilin aprelin 13-də Arif Yunisovun evindən qızıl oğurlayıblar. Hökmə əsasən Nicat Ələkbərov 3500 manat məbləğində cərimə olunub, haqqında başqa yerə getməmək barədə qərar çıxarılıb. Xəyal Ələkbərovun barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqda qərar verilib. X.Ələkbərov 3500 manat məbləğində cərimə olunub. Onun 10 ay müddətinə həbsdə qalması nəzərə alınaraq cəzası 3 min manata endirilib və məhkəmə zalından azadlığa buraxılıb. Elvin Mənsimov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. O bununla yanaşı 1810 manat cərimə olunub. N.Ələkbərov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), X.Ələkbərov və E.Mənsimov 177 və 32-ci (cinayətin törədilməsinə məsləhət vermək ) maddələri ilə təqsirləndiriliblər. E.Mənsimov atası hökmdən narazı olduğunu bildirib.

Nurəli Mənsimov "Qafqazinfo"ya açıqlamasında oğlunun haqsız yerə həbs olunduğunu deyib: "Xəyal polisdi deyə açıb buraxdılar. O 37-ci bölmənin işçisidi. Bizim ev bölmənin həyətindədi. Xəyal 1 il əvvəl gəlib məhlədə Elvindən qonşumuzun evində niyə işıq yanmadığını soruşub. Elvin də deyib evdə yoxdular, Türkiyəyə gediblər. Xəyal da əmisi oğlu Nicatla başqa 3 nəfəri qonşunun evinə oğurluğa göndərib. Həmin 3 nəfər pulunu verib polisdən buraxıldılar. Elvin oğurluqda iştirak etməyib, sadəcə dövlət qulluqçusuna məlumat verib. Sonra Nicat da Xətai rayon məhkəməsindən buraxıldı. Xəyalı da bu gün buraxdılar. Amma mənim oğluma 4 il həbs verdilər. Pulu Nicat oğurlamışdı, qızılları da gətirib qaytardı, hər şeyi boynuna aldı. Xəyal özü oğurluqda iştirak etməyib, amma onları göndərib. Biz qərardan apellyasiya şikayəti verəcəyik".
Xətai Rayon Polis Idarəsi 37-ci Polis Bölməsindən bildirilib ki, serjant Xəyal Ələkbərov həmin bölmədə yox, Xətai RPI-də Post Patrul Xidmətinin işçisi olub.

qafqazinfo\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1113   Tarix: 06 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814