"Daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşır"

"Daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşır"Dünya bazarında neftin qiyməti yuxarıya doğru yön alıb. Bunun daşınmaz əmlak bazarında hansı dəyişikliklərə yol açacağı sual doğurur.

Daşınmaz əmlak bazarı üzrə ekspert R.Əliyev açıqlamasında bildirdi ki, 2014-cü ilin payızından bazarda qiymətlər enməkdədir:

"Əsas səbəb isə dünya bazarında neftin qiymətinin düşməsinin makroiqtisadi vəziyyətə mənfi təsir edəcəyi və bununla bağlı daşınmaz əmlak bazarında qiymətlərin enəcəyi gözlənilridi. Bir müddət sonra bu gözləntilər özünü doğrultdu. Makroiqtisadi şəraitin pisləşməsi iqtisadiyyatda bir qədər gec hiss olunmağa başladı. Ancaq daşınmaz əmlak bazarında mülayim qiymət enməsi artıq başlamışdı. Bu təbiidir, çünki daşınmaz əmlak bazarı iqtisadiyyatın mühüm indikatorlarından biridir".

İqtisadçının sözlərinə görə, bazarda qiymət enməsi artıq 1 ildən artıq davam edir və bu kifayət qədər böyük dövrdür: "Maraqlı odur ki, daşınmaz əmlak bazarında oxşar vəziyyət 2008-ci ildə də baş verib. Hər iki dövrün oxşar və fərqli cəhətləri var. Oxşarlıq bazardakı böhranın səbəbləri və qiymətlərin enmə həcmləri ilə bağlıdır. Fərqlər isə bazarda mövcud şərait və ona təsir edən amillərdir".

Oxşar cəhətlərə toxunan R.Əliyev deyir ki, qiymətlərin azalmasının səbəbi makroiqtisadi vəziyyətin pisləşməsi olub: "Hər iki haldada səbəb neftin qiymətlərinin aşağı düşməsidir. Qiymətlər dollar ifadəsində əvvəlki pik həddən orta hesabla 30-35%-ə qədər azalıb. (2015-ci il üzrə hazırki tarix götürülür. Bundan sonra nə baş verəcəyi bilinmir). Fərqli cəhətlərə gəlincə, 2008-ci ildə başlayan böhran zamanı manatın dollara olan məzənnəsi sabit qaldı. 2014-cü ildə başlayan böhran nəticəsində isə 2015-ci ilin fevral ayında manat 33% devalvasiyaya uğradı və nəticədə son 20 ildə ilk dəfə olaraq qiymətlər manat və dollar ifadəsində fərqli istiqamətlərdə hərəkət etdi. Sonradan məzənnə sabit qaldığı üçün az müddətdən sonra qiymətlər yenidən həm manat, həm də dollar ifadəsində düşməyə başladı".

R.Əliyevin sözlərinə görə, 2008-ci ilin əvvəlində iqtisadi "bum" nəticəsində daşınmaz əmlak bazarında qiymətlər şişib. Qiymətlər enməmişdən əvvəl onlar yuxarı həddə sabitləşməmişdi: "Halbuki, 2014-cü ildə bazar enmədən əvvəl artıq sabitləşmişdi (şəhərdə söküntü işləri ilə bağlı ucuz əmlakların qiymətlərinin şişməsini istisna etsək). 2008-ci ildə ipoteka kreditləşməsi həyata keçirilməyib. Proses 2007-ci ildə dayandırılmış və 2009-cu ilin iyun ayında bərpa edilmişdir. Buna görə də ipoteka kreditləşməsi qiymət azalması dövründə bazara dəstək göstərə bilmirdi. 2014-cü ildən bazarda başlayan böhrandan bu vaxta kimi ipoteka kreditləşməsi müəyyən fasilələrlə olsa da, davam edib. Bu isə bazara əlavə dəstək olub.

2008-ci ildə qiymətlərin enməsinə baxmayaraq, daşınmaz əmlakın investisiya cəlbediciliyi nisbətən qorunmuşdu. Buna görə də həmin dövrdə kommersiya obyektlərinin qiymətləri çox az düşdü. O zaman daşınmaz əmlaklarla bağlı əməliyyatlara vergi nəzarətidə yox idi. İndi isə daşınmaz əmlakların investisiya cəlbediciliyi aşağı səviyyəyə enib və bununla yanaşı ən çox zərbə kommersiya obyektlərinə dəyib. 2008-ci ildə kommersiya obyektləri və mənzillər fiziki təlabat daha çox olub. Ölkə iqtisadiyyatının strukturu bu dövrlərdə nisbətən fərqlidir. Hazırda qeyri-neft sektorunun rolu iqtisadiyyatda daha çoxdur. Bu isə ona işarə edir ki, hazırki bazar ehtimala görə daha dayanıqlı olmalıdır. 2008-ci ildə daşınmaz əmlak bazarına dəstək göstərən əlavə amillər çox az idi. Hazırda isə bazara bir çox amillər dəstək göstərə bilər. Məsələn, hazırda vətəndaşlarımızın sərəncamında olan sərbəst pul kapitalının həcmi o vaxta nisbətən daha çoxdur.Əlavə fərqlərdə var. Bunlar bazarın həcmi və strukturu, iqtisadiyyatın və daşınmaz əmlakla bağlı əməliyyatların kreditləşməsi həcmləri. ÜDM-nin həcmi, neft qiymətlərinin bir qədər fərqli hərəkəti və s".

O da bəlli olur ki, daşınmaz əmlak bazarında 2008-ci ildə başlayan böhran 2014-də olduğu kimi seqmentlər üzrə müxtəlif olub: "2009-cu ilin iyun ayında İpoteka Fondu uzun fasilədən sonra ipoteka kreditləşməsinə start verdi. 1 iyun 2009-cu il tarixindən 31 dekabr 2009-cu il tarixinədək, yəni 7 ay ərzində 1800 nəfərə yaxın vətəndaşa ümumi həcmi 76 mln. manatdan artıq təşkil edən ipoteka krediti verildi. Bu həmin dövr və bazar həcminə görə ciddi rəqəmdir. Həmin kiçik dövrdə verilən kreditlərin həcmi 2006-2007-ci illərdə verilmiş ipoteka kreditlərinin həcmindən (75,8 mln.manat) artıq olub. Mənzil bazarında bahalaşma bu proses ilə üst-üstə düşdü, lakin müəyyən dövrdən sonra qiymətlər sabitləşdi. Digər seqmentlərdə bahalaşma uzun müddətdən sonra başladı.

Digər maraqlı fakt da var. Mənzil bazarında iyun ayında ipoteka kreditlərinin sayəsində bahalaşmanın başladığı dövrdə BRENT markalı neftin qiyməti 65-72 dollar arası olub. 2009-cu ilin sonlarında isə neftin qiyməti artıq 70 dollardan yuxarı idi, ancaq buna baxmayaraq bazarda mənzil bazarından başqa digər seqmentlərdə durğunluq davam edirdi. Yəni neftin qiymətinin artması bazara gec təsir etməyə başlayırdı".

publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1074   Tarix: 06 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 246
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 154
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 169
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 158
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 235
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

05.05.2024 155
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 175
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 157
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 211