Payız stressinə qarşı - Alma çayı

Payız stressinə qarşı - Alma çayıStress - insanın gözlənilməz, onu gərginləşdirən şəraitlə qarşılaşarkən verdiyi emosional reaksiyadır.
Ruh düşkünlüyünə, hətta bir sıra xəstəliklərə səbəb olan stressin səbəbləri çox olduğu kimi, onunla mübarizə yolları da az deyil.
Şəhər həyatı, səs-küyün artması, çətin həyat tərzi, nəqliyyat problemi və digər hallar insanda stress yaradır. Aydın məsələdir ki, hər insan gün ərzində özünü gümrah və enerjili hiss etmək istəyir. Lakin yuxarıda dediyimiz kimi bu, heç də həmişə mümkün olmur. Gündəlik iş həyatı və ya məişət problemləri həyəcanı bilavasitə stressə səbəb olur. Bununla əlaqədar, demək olar ki, sakitləşdirici vasitələr praktiki olaraq hər bir insana lazımdır.

Diyetoloq Şəfiqə Aydın Səlcuq payız aylarında yaranan bu kimi stressin qarşısını almaq üçün bədəni rahatlaşdıran içkilərə üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, alma və nanə çayı sakitləşdirici xüsusiyyətlərə malikdir. Daim stress altında olan insan şirniyyatlara, yağlı və hazır qidalara, daha çox meyil edir. Amma həmin ərzaqlar stress əleyhinə elə də kömək etmir, insan gün ərzində özünü yuxulu və yorğun hiss edir, əlavə stresslə yükləyir.
Ərzaqlar: Alma, limon, nanə yarpağı, şəkər, çay
Hazırlanması: Almanı yuyub təmizləyib kubik şəklində doğrayır, limonu dilimlərə bölür, sonra isə doğranmış nanə və 1 çay qaşığı şəkəri alma və limonun üzərinə əlavə edirik. Üstünə qaynar çay töküb dəmlənməsi üçün 30 dəqiqə gözləyirik.
Diyetoloq "Qeyri-sağlam qidalanma, uzun müddət ac qalmaq, həddindən artıq yağlı yeməklər, alkoqol və həddindən artıq kofein qəbul etmək əsəbilik və dözümsüzlük kimi xoşagəlməz vəziyyət yaradır. Dolayısı ilə stress hormonlarını çoxaldır. Piroq və qoğal kimi un məmulatları yerinə, kəpəkli çörəkarası pendir, qoz və fındıq kimi daha az yağlı və doyumlu məhsullar seçin. Gündə ən az bir dəfə zülallı qidalara yer verin. Əgər insanın zülal ehtiyacı qarşılanmazsa, həm metabolizm zəifləyir, həm də orqanizminizdə anemiya (qanazlığı), halsızlıq və əzələ itkisi yaranır ki, bu da insanın özünü zəif və gücsüz hiss etməsinə yol açır.
Stress zamanı immun sisteminin zəifləməsi nəticəsində infeksiya və xəstəliklərə tutulmaq riski artır. Yerkökü, tünd yaşıl yarpaqlı tərəvəzlər, sarı-narıncı meyvələrdə olan beta-karotin də immun sisteminə müsbət təsir göstərir.
Stress ilə mübarizə yollarının bir neçə üsulu:
Stresslə mübarizə özünətəsirdən başlayır - özünüzün fiziki və emosional əmin-amanlığınıza görə yalnız siz cavabdehsiniz. Optimist olun. Pessimizm stressin yüksək səviyyədə olmasına zəmanət verir.
Müntəzəm olaraq idmanla məşğul olun.
Hər işə nizam-intizamla yanaşın. Səliqəsizlik, intizamsızlıq bir tərəfdən "azadlıq" hissi bəxş etsə də, əslində, stress yaradır.
Yaxşı yaşamağa çalışın - vaxtlı-vaxtında istirahat etmək lazımdır - bir qədər yuxulamaq, kitab oxumaq, musiqiyə qulaq asmaq və s.
Keçmiş hadisələr haqqında çox fikirləşməməyə çalışın. Arabir masaj salonuna getmək - gərginliyin, stressin azalmasına təsir edir.
Həmişə hadisələrin xeyrinə, ümumiyyətlə, yaxşı sonluqla qurtaracağına inanın.
Unutmayın, insanın stressdən tez və ya gec çıxması çox vaxt onun öz əlində olur.

publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1592   Tarix: 05 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424