Bunları yeyənlərin üzü qırışmır

Bunları yeyənlərin üzü qırışmırDəri 25 yaşdan sonra yavaş-yavaş qırışmağa başlayır. Qırışların qarşısını almaq üçün təkcə qulluq vasitələrindən istifadə etmək kifayət deyil. Gözəl dəri arzulayırsınızsa, ilk növbədə sağlam qidalanmağa diqqət etməlisiniz.

1. Avokado
Tərkibində bol miqdarda E və B vitaminləri olan bu meyvə dərini ehtiyac duyduğu nəmlə təmin edir. Dəriyə elastiklik və yumşaqlıq bəxş edir, qidalandırır. Tez-tez avokado yesəniz, dəriniz daha gənc görünəcək.

2. Pomidor
C vitamini ilə zəngin olan pomidor dərinin gənc görünməsini təmin edir. Likopen maddəsi ehtiva etdiyi üçün dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Qırışların və dəri sallanmasının qarşısını alır.

3. Qızıl balıq
Qızıl balıq da qırışlara çarə olan qidalardan biridir. Qızıl balıq omeqa 3 yağ turşusu ilə ən zəngin qidalardan biri hesab edilir. Omeqa 3 yağ turşuları dərini nəmləndirir, günəşin ultrabənövşəyi şüalarına qarşı qalxan vəzifəsini görür. Həftədə ən az iki dəfə qızıl balıq yeyərək qırışlarla mübarizə apara bilərsiniz.

4. Tut, böyürtkən, çiyələk, göyəm
Bu meyvələrin hər birində "flavonoid" adlı maddə var. Həmin maddə dəri toxumalarını gücləndirir, dərialtı xırda damarları qoruyur. Qan dövranını yaxşılaşdıran bu meyvələr dərinin yaşlanmasının qarşını almaqda çox təsirlidir. Antioksidantlarla zəngin olduqları üçün qırışların qarşısını alırlar. Bu meyvələrin təsirini artırmaq üçün onları yarım kasa qatıqla yemək məsləhətdir.

5. Yaşıl çay
Həm sağlam, həm də gözəl qalmaq üçün ən təsirli vasitə yaşıl çaydır. Yaşıl çayı süfrənizdən əskik etməyin. Bu yolla həm təhlükəli xəstəliklərdən qorunacaq, həm də dərinizin qayğısına qalacaqsınız. Yeməklərdən yarım saat sonra 1 stəkan yaşıl çay için.

6. Kefir
Probiotik xüsusiyyəti daşıyan kefir, sadəcə, qırışlarla deyil, həm də dəridəki qızartılarla mübarizə aparır. Qüsursuz dəriyə qovuşmaq istəyirsinizsə, gündə 1 stəkan kefir için. Gecə yatmazdan 1 saat öncə içməyiniz məsləhətdir.

7. Yumurta
Zülalla zəngin olan bütün qidalar qırışlara qarşı təsirlidir. Onlardan ən effektlisi isə yumurtadır. Yumurta həm də dəri üçün faydalı amin turşuları ehtiva edir. Hər səhər 1 ədəd yumurta yeyin.

publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2582   Tarix: 05 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 510
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27.04.2024 372
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 958
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 488
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 442
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 312
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 323
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 420
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 321