İkisinində hələ qıra bilmədikləri 10 rekord - SİYAHI

İkisinində hələ qıra bilmədikləri 10 rekord - SİYAHIDünya futbolunun son illərdəki ən böyük 2 ulduzu heç şübhəsiz ki, Lionel Messi və Kristiano Ronaldodur.

Bu iki super ulduz dünya futbolunda bəzi rekordları hələ də qıra bilməyiblərr.

Həmin rekordları təqdim edirik:

1. Avrokubok finallarında ən çox vuran futbolçu

UEFA bayrağı altında keçirilən Avroliqa və Çempionlar liqası finallarında bu günə qədər hər iki ulduz iki dəfə fərqlənməyi bacarıblar.

Rekord isə hərəsinə 7 qolla iki əfsanəvi "Real"lı futbolçular – Alfredo Di Stefano və Ferenc Puşkaşa aiddir.

2. Ən çox komanda ilə Çempionlar Liqası çempionu olma rekordu

Kristiano Ronaldo "Manester Yunayted" və "Real" ilə ÇL qalibi olmağı bacarıb. Messinin isə aydındır ki, karyerasında sadəcə bir komanda olub – "Barselona".

Bu sahədə rekordçu 3 ayrı komanda ilə ÇL kubokunu qazanmış Klarens Zeedorfdu. Hollandiyalı futbolçu "Ayaks", "Real" və "Milan" ilə birlikdə bu uğura imza atıb.

3. Çempionlar Liqasında ən çox komanda ilə qol vuran oyunçu

Kristiano Ronaldo karyerası boyunca 3 klubun formasını geyinib – "Sportinq", "Mançester Yunayted" və "Real". Portuqaliyalı futbolçu son iki klubla ÇL-də qol sevinci yaşayıb. Messi isə karyerasında sadəcə bir klubun – "Barselona"nın formasını geyinib.

Bu sahədə rekordçu isə Zlatan İbrahimoviçdir. İsveçli hücumçu 6 müxtəli komanda – "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan" və PSJ ilə ÇL-də qol sevinci yaşayıb.

4. Çempionlar Liqasının ən sürətli qolu

Kristiano Ronaldo və Lionle Messinin ən sürətli ÇL qolu 4-cü dəqiqəyə təsadüf edir.

Ancaq hollandiyalı hücumçu Roy Makaay "Bavariya" forması ilə "Real"a 10,12 saniyədə qol vuraraq mütləq rekordu əlində saxlayır.

5. Çempionlar Liqasıında ən sürətli het-trik

İki futbolçu da karyeraları boyunca saysız-hesabsız het-trikə imza atıblar. Ancaq onlardan heç biri ÇL-də ən sürətli het-trikə sahib deyillər.

Ronaldonun ən sürətli het-triki 2015-ci ildə "Real" forması ilə 27 dəqiqədə "Şaxtyor"a vurduğu 3 qoldur.

Messi isə 2012-ci ildə "Bayer Leverkuzen"ə 16 dəqiqədə 3 qol vurmuşdu.

Bu göstəricidə rekordçu isə 2011-ci ildə "Lion" forması ilə "Dinamo Zaqreb"ə qarşı 8 dəqiqədə het-trik edən Bafetimbi Qomisdir.

6. Çempionlar Liqasında ən çox mövsüm oynama rekordu

Həm Messi, həm də Ronaldoda 10 ildir davam edən ÇL macərası hələ ki, rekorda çatmayıb.

7. Çempionlar Liqasında qol vurmuş ən yaşlı futbolçu

Təbii ki, yaşlarına görə, nə Ronaldo, nə də Messinin bu rekordu qıra bilməmələri təəccüblü deyil.

Rekord isə 25 noyabr 2014-cü ildə Moskva MOİK-i ilə oyunda fərqlənərkən 38 yaş, 1 ay, 29 günlüyündə olan "Roma"nın əfsanə kapitanı Françesko Tottiyə aiddir.

8. Çempionlar Liqasında üst-üstə ən çox mövsümdə qol vurma rekordu

Ronaldo və Messi artıq ardıcıl olaraq 10 mövsümdür ki, ÇL-də qol sevinci yaşaya bilirlər. Ancaq hələ "Real"ın əfsanəsi Raula çata bilməyiblər. İspan futbolçuda bu göstərici ardıcıl 14 mövsümdür.

9. Avrokuboklarda bir mövsümdə ən çox qol vuran futbolçu

Hər il Avropa arenasında çıxış edən bu iki futbolçudan Lionel Messi ən çox qolu 2011/12 mövsümündə vurub – 14 qol.

Buna qarşılıq Ronaldoda isə bu göstərici 17 qoldur.

Rekord isə Radamel Falkaoya aiddir. Kolumbiyalı futbolçu 2010/11 mövsümündə "Porto"da çıxış edərkən 18 qol vurmuşdu.

10. Avrokuboklarda ən yaxşı qol ortalaması olan futbolçu.

Ronaldonun ən yaxşı ortalama qol statistikası bir mövsümdə 0,67 olub. Messidə isə bu göstərici 0,77-dir.

Alman futbolunun unudulmaz futbolçularından biri Herd Müller isə 0,97 qol ortalaması ilə rekordu əlində saxlayır.

Rekord isə Rayan Giqqzə aiddi. Uelsli futbolçu ardıcıl 16 mövsüm Avropanın ən nüfuzlu klub turnirində çıxış edib.

gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3148   Tarix: 03 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

07.04.2024 472
.

"Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed

31.03.2024 461
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 309
.

"Araz Naxçıvan"ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

"Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb. Bu barədə "Report"a 39 yaşlı mütəxəssis bildirib. "Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliy

06.04.2024 308
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 578
.

"Qarabağ"ın qapıçısı: "Nyukasl"da dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq yaxşıdır

"Nyukasl"ın heyətində dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq daha yaxşıdır. "Report" xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper vaxtilə İngiltərənin "Nyukasl"

30.03.2024 413
.

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxa

30.03.2024 349
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 476
.

Volkan Demirel istefa verdi

Türkiyənin "Hatayspor" klubunun baş məşqçisi Volkan Demirel istefa verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Hüriyyet" məlumat yayıb. Gənc mütəxəssis qərarını klub rəhbərliyinə bildirib. Onun istefasının qəbul edilib-edilmədiyi barədə məlumat yoxdur

10:56 203