İş dəftəri almaq məcburidir? - RƏSMİ MÖVQE

İş dəftəri almaq məcburidir? - RƏSMİ MÖVQEYeni tədris ilinin başlanılması ilə bəzi valideynlərin orta məktəblərlə bağlı narazılıqları yenidən gündəmə gəldi. Bu narazılıqlardan biri isə tədris prosesində iş dəftərlərindən lüzumsuz yerə istifadə edilməsi, müəllimlərin bu vəsaitləri şagirdlərə məcburi şəkildə aldırması ilə bağlıdır. Bəzi valideynlər bu vəsaitləri almaq üçün hətta kifayət qədər vəsait xərclədiklərini də bildirirlər.

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev bildirib ki, iş dəftərlərindən 2008-ci ildən 2O11-ci ilə qədər olan 4 il müddətində istifadə edilməyə icazə verilib: "Bu vəsaitlər həmin müddətdə dərslik komplektinə daxil olub. Lakin o zaman da iş dəftərlərinin şagirdlərə verilməsi dövlət tərəfindən maliyyələşdirilməyib. Bu vəsaiti TN ilə əməkdaşlıq edərək dərslik çap edən nəşriyyatlar özləri hazırlayaraq satıblar. Lakin sonradan yerlərdən daxil olan narazılıqlar iş dəftərlərinin dərslik komplektindən çıxarılmasına əsas verdi. İş dəftərləri komplektdən çıxarıldı, orada verilən müəyyən suallar, tapşırıqlar dərsliklərə yerləşdirildi. Iş dəftəri dərslik komplektindən rəsmən çıxarılıb, artıq yoxdur. Müəllim üçün metodiki vəsaitdə də yazılmır ki, iş dəftərində nə isə iş görsünlər".

Ə.Quliyev deyib ki, hazırda yalnız I sinif üzrə vəsaitlərdə iş dəftərindən müəyyən tapşırıqların edilməsi ilə bağlı tapşırıqlar qalıb: "Lakin bu məsələ də bu il I siniflər üçün yeni dərsliklər hazırlanarkən nəzərə alınacaq və ləğv ediləcək. Artıq bütün dərsliklərdə, müəllim üçün metodiki vəsaitlərdə iş dəftəri ilə bağlı tapşırıqların, əlavə göstərişlərin hamısı çıxarılıb, yalnız I sinifdə qalıb. I siniflər üzrə dərsliklər 4 il əvvəl nəşr edilib, bu il isə həmin dərsliklər yenidən nəşr ediləcək. Bu il I siniflərdə də bu məsələləri çıxaracağıq".

Ə.Quliyevin sözlərinə görə, məktəblərə tapşırıq verilib ki, heç kəs iş dəftərlərindən istifadə etməyə məcbur edilə bilməz: "Dərslik komplektində iş dəftəri olmadığı üçün məktəb şagirdi iş dəftəri almağa məcbur edilə bilməz. Əgər belə hallar varsa, Bakıda yaşayan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, digər rayon və şəhərdə yaşayanlar isə müavfiq təhsil şöbələrinə müraciət etsinlər. Bu qurumlar da məktəb direktorlarını inzibatı qaydada töhmətləndirsinlər ki, belə hallara niyə yol verirsiniz?"

Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Sevinc Məmmədova isə Trend-ə bildirib ki, əslində I, II, III siniflər üzrə olan "İş dəftərləri" istifadə üçün olduqca yararsızdır və bu vəsaitlərdə uşaqları maraqlandıra biləcək yeni məlumatlar yoxdur. Amma IV sinif üzrə "İş dəftərləri" əvvəlki siniflər üçün nəzərdə tutulmuş iş dəftlərlərindən bir qədər fərqlənir, burada bəzi maraqlı məntiqi məsələlər var: "Müəllim həmin məsələri lövhədə yaza, şagirdlər isə dəftərlərində bunu həll edə bilərlər. Bunun üçün şagirdlərin iş dəftəri alması mütləq deyil. Hər şagirdin buna imkanı çatmır. Mən də iş dəftərlərindən istifadə etmirəm".

S.Məmmədovanın sözlərinə görə, iş dəftərləri daha çox müəllimlərin işinin yüngülləşdirilməsinə kömək edir. Amma bu, şagirdlərin imla yazma və s. kimi bacarıqlarının inkişaf etməsinə imkan vermir: "Əgər müəllim yaradıçıdırsa, o, özü uşaqları işlədə bilər. Əgər hansısa müəllim deyir ki, iş dəftəri olmasa, işləmək mümkün deyil, bu, düzgün yanaşma deyil".

Trend\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2487   Tarix: 01 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 765
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 152
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 135
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 345
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 107
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 146
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26.04.2024 267
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 350
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 486